Salam bu saytdan qısa müddət ərzində çox şey öyrəndim ona görə də öncəliklə bu layihəni hazırlayan bütün şəxslərə öz minnətdarlığlmı bildirib keçirəm sualıma 🙂
1.eBay-da və ya PayPal-da ünvanı tam olaraq necə qeyd etmək lazıçdır ? 🙁 Ən çox əziyyət çəkdiyim yer budur … məsələn mən Sumqayıtda yaşayıram burda kvartal və mikrorayon olarag gedir ərazilər … Yəni küçə adın istifadə etmirlər.. Mən 14-cü kvartalda qalıram bura küçə adı N.Nərimanov gedir və məsələn ev (yəni bina) 21\9 mənzil 99-dur tutaq ki . Bunu necə qeyd etməliyəm ? (nümunə olaraq bunu verin zəhmət olmasa) … Bir də bunu 1-ci Adress yerinə yoxsa 2-ci Adress yerinə qeyd edim ? Əgər 1-ciyə qeyd etsəm bəs 2-ciyə nə yazim ? Boş buraxım ?
2.Bir də məsələn bizim evə yaxın iki poçt şöbəsi var fərqi var (biri mərkəzidir) hansının indeksin daxil etməyimin ? (mərkəzi AZ5000 Sumqayıtda)
İNDİDƏN HƏR BİRİNİZƏ TƏŞƏKKÜR EDİRƏM !
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
3
Salam.
1. Ünvanınız şəxsiyyət vəsiqənizdə necə yazılıbsa elə də yazın. Mürəkkəbliyindən narahat olmayın, ünvan ebayın özünə lazım deyil ki onsuz da, ünvan Sumqayıt poçtuna lazım olacaq, onlar da ki hər halda Sumqayıtı pis tanımazlar, necə ünvan olur olsun, gəlib sizin evi taparlar, tapmasalar evinizə zəng edərlər. Ən pis halda siz özünüz gedib indeksini göstərdiyiniz poçt şöbəsindən malınızı götürə bilərsiniz. Dəqiqləşdirməkçün isə poçta zəng edib adınızı deyirsiniz, ki mənim adıma mal gəlib ya gəlməyib, onlar da deyirlər. Bir sözlə bu barədə narahat olmayın, dəqiq bildiyiniz ünvanı yazın, hər hansı şablonu yoxdur bunun, bildiyiniz kimi yazın, əsas odur ki Azərbaycan, Sumqayıt və Sumqayıtdakı hər hansı poçtun indeksi(məsələn mərkəzi poçtunuzun indeksi AZ 5000-dir) düzgün göstərilsin.
2. Evə hansı yaxındırsa onu yazın. Sadəcə unutmayın ki, hansını yazmısınızsa, ona da gələcək, evinizə çatdırmasalar da orayla əlaqə saxlamalı olacaqsınız. Deməli hər hansı yaxını qeyd edə bilərsiniz.
3
Salam! Qeydiyyat zamanı iki adress, email və ya nömrə yeri göstərilmişdirsə, qarşısında “optional” olan xananı boş buraxa bilərsiniz. Yəni digərini doldurmaq mütləqdir.
0
Çox təşəkkürlər Admin və Aytashi 🙂 Növbəti sualımı da cavablandırsanız şad olaram 🙂
0
size yaxin olan poctun indexsini yazin . ele vaxt olur ki baglamani qaytarirlar bu indekxs sizin yasadiginiz kuceye(mehleye) baxmir .
Sual verin
Cavab verin