Iphone 4 yoxsa Samsung Galaxy S2

Salam əvvəlcə 🙂 Sizcə Iphone 4 yoxsa Samsung Galaxy S2 yaxşıdır? Buna oxşar bir sual gördüm amma konkret cavab tapa bilmədim. Kim hansından işlədib yeni pis cəhəti olan hansıdı. Təşəkkürlər


Yadda saxlama
Kateqoriya: Mobil telefon, smartfon və proqramlar . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(23:51, 30/11/2011 ) #4794

Müqayisə ediləsi telefonlar deyil, Galaxy S II bütün parametrlərinə görə İphone 4-dən üstündür. Galaxy S II ilə İphone 4S müqayisə oluna bilər ancaq. Amma bu müqayisədə də udan tərəf Galaxy S II-dir. Müqayisə parametrlərə görə aparılmalıdır, və SII-nin İphone-lara uduzan parametri yoxdur, demək olar hamısında üstündür.
İphone özünə görə ideal bir həlldir, hər şey nəfis, gözəl, asan həll olunub və istifadəyə hazırdır.
Galaxy S II isə hələ ki ən yaxşı Android cihazdır, ideal bir həlldir, ekranı sadəcə olaraq möcüzədir.
Müsbət və mənfi cəhətləri haqda review saytlarında oxuya bilərsiniz.
Məsələn gsmarena.com
Hər iki telefon istifadəyə layiq telefonlardır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:06, 01/12/2011 ) #4796

Təşəkkülər admin. Bəs keyfiyyət baxımından necə? İndiyənəcən 2 dənə samsung işlətmişəm 2sidə tez xarab olub 🙂 galaxydə də belə hallar olur?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:15, 01/12/2011 ) #4800

Əgər geydirmə Dubay zborkası deyilsə, Samsunglar çox yaxşı keyfiyyətdə olur. Galaxy S II-dən narazılıq edən görməmişəm hələ ki. O cümlədən də özüm də razıyam 🙂
Bir az baha olsa da, çalışıb rəsmi distributordan almaq lazım və ya xaricdən gətirtmək lazım, o halda keyfiyyət yüksək olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:19, 01/12/2011 ) #4802

Rəsmi distributordan almışdım 2sinidə. Təşəkkülər ətraflı cavaba göre 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:49, 01/12/2011 ) #4806

Tez xarab olma məsələsində bir qədər məsələ başqadır.
Cihazın yaxşı olmağını istəyirsinizsə onu dünyanın harasında olur olsun, rəsmi distributordan alanda zəmanət və keyfiyyət qane edici olur.
Digər tərəfdən seqment məsələsi də var. Məsələn samsung duoslar əlbəttə tez xarab olacaq. Çünki “qara ölkələr” üçün nəzərdə tutulduğundan onda keyfiyyət ön planda olmayıb. Ancaq Galaxy seriyası daha çox “ağ ölkələr” üçün nəzərdə tutulduğundan onun keyfiyəti daha üstündür.
Mən 1 ildən artıqdır ki, Galaxy S işlədirəm. Hələki hardware cəhətdən heç bir narazıçılığım yoxdur. Elə aldığım gündəki kimi qalıb. Software isə artıq narazıçılığım yarana bilər. Çünki, birinci nəsil Galaxy-lər üçün Android 4.0 update çıxmaya bilər =).

iPhone ilə Galaxy S müqayisəsində isə məncə bu ehtiyaca uyğun seçim etmək lazımdır. Çünki, hərəsinin özünə görə üstünlükləri var. Mən Android OS tərəfdarı olduğum üçün Galaxy S 2 seçərdim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:32, 01/12/2011 ) #4825

Shaiq, təşəkkürlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(07:32, 02/12/2011 ) #4834

Galaxy ilə İphone? Nəə? Sözsüz ki, Galaxy qat-qat yaxşıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:57, 02/12/2011 ) #4842

Əgər sizin koputeriniz Apple dırsa, yaxud da siz qlamurluğu sevən insansızsa iPhone almalısınız. Android texnologiyasının hələ ios-a catmağına var. Amma mən də Galaxy secərdim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:47, 10/01/2012 ) #6642

salam men bu yaxinlarda telefon alacam iphone ile galaxy nin en axrinci modeli arasinda qalmisam mene meslehet vere bilersiz ??

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:35, 02/03/2012 ) #9953

1 aydirki bunu fikirleshirdim iphone 4 GS yoxsa samsung galaxy SII ??? cox teshekkurler meslet verenlere.. artig qerarimi verdim “SAMSUNG GALAXY SII”

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (3 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (4 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (21 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (21 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024