Iphone 4 yoxsa Samsung Galaxy S2

Salam əvvəlcə :) Sizcə Iphone 4 yoxsa Samsung Galaxy S2 yaxşıdır? Buna oxşar bir sual gördüm amma konkret cavab tapa bilmədim. Kim hansından işlədib yeni pis cəhəti olan hansıdı. Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

avarahka92 (2012-03-02 21:35:24)
1 aydirki bunu fikirleshirdim iphone 4 GS yoxsa samsung galaxy SII ??? cox teshekkurler meslet verenlere.. artig qerarimi verdim "SAMSUNG GALAXY SII"

nicat (2012-01-10 16:47:41)
salam men bu yaxinlarda telefon alacam iphone ile galaxy nin en axrinci modeli arasinda qalmisam mene meslehet vere bilersiz ??

Farahim Alili (2011-12-02 14:57:19)
Əgər sizin koputeriniz Apple dırsa, yaxud da siz qlamurluğu sevən insansızsa iPhone almalısınız. Android texnologiyasının hələ ios-a catmağına var. Amma mən də Galaxy secərdim.

orxan@361 (2011-12-02 07:32:13)
Galaxy ilə İphone? Nəə? Sözsüz ki, Galaxy qat-qat yaxşıdır.

Un-know (2011-12-01 16:32:58)
Shaiq, təşəkkürlər

Shaig (2011-12-01 01:49:26)
Tez xarab olma məsələsində bir qədər məsələ başqadır. Cihazın yaxşı olmağını istəyirsinizsə onu dünyanın harasında olur olsun, rəsmi distributordan alanda zəmanət və keyfiyyət qane edici olur. Digər tərəfdən seqment məsələsi də var. Məsələn samsung duoslar əlbəttə tez xarab olacaq. Çünki "qara ölkələr" üçün nəzərdə tutulduğundan onda keyfiyyət ön planda olmayıb. Ancaq Galaxy seriyası daha çox "ağ ölkələr" üçün nəzərdə tutulduğundan onun keyfiyəti daha üstündür. Mən 1 ildən artıqdır ki, Galaxy S işlədirəm. Hələki hardware cəhətdən heç bir narazıçılığım yoxdur. Elə aldığım gündəki kimi qalıb. Software isə artıq narazıçılığım yarana bilər. Çünki, birinci nəsil Galaxy-lər üçün Android 4.0 update çıxmaya bilər =). iPhone ilə Galaxy S müqayisəsində isə məncə bu ehtiyaca uyğun seçim etmək lazımdır. Çünki, hərəsinin özünə görə üstünlükləri var. Mən Android OS tərəfdarı olduğum üçün Galaxy S 2 seçərdim.

Un-know (2011-12-01 00:19:04)
Rəsmi distributordan almışdım 2sinidə. Təşəkkülər ətraflı cavaba göre :)

admin (2011-12-01 00:15:24)
Əgər geydirmə Dubay zborkası deyilsə, Samsunglar çox yaxşı keyfiyyətdə olur. Galaxy S II-dən narazılıq edən görməmişəm hələ ki. O cümlədən də özüm də razıyam :) Bir az baha olsa da, çalışıb rəsmi distributordan almaq lazım və ya xaricdən gətirtmək lazım, o halda keyfiyyət yüksək olur.

Un-know (2011-12-01 00:06:21)
Təşəkkülər admin. Bəs keyfiyyət baxımından necə? İndiyənəcən 2 dənə samsung işlətmişəm 2sidə tez xarab olub :) galaxydə də belə hallar olur?

admin (2011-11-30 23:51:34)
Müqayisə ediləsi telefonlar deyil, Galaxy S II bütün parametrlərinə görə İphone 4-dən üstündür. Galaxy S II ilə İphone 4S müqayisə oluna bilər ancaq. Amma bu müqayisədə də udan tərəf Galaxy S II-dir. Müqayisə parametrlərə görə aparılmalıdır, və SII-nin İphone-lara uduzan parametri yoxdur, demək olar hamısında üstündür. İphone özünə görə ideal bir həlldir, hər şey nəfis, gözəl, asan həll olunub və istifadəyə hazırdır. Galaxy S II isə hələ ki ən yaxşı Android cihazdır, ideal bir həlldir, ekranı sadəcə olaraq möcüzədir. Müsbət və mənfi cəhətləri haqda review saytlarında oxuya bilərsiniz. Məsələn gsmarena.com Hər iki telefon istifadəyə layiq telefonlardır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefona dil yükləmək

Nokia Lumia 900 kontur problemi

sony z1 vs oneplus one müqayisə

Serverdə option 60 və 66

myphone`dan gələn telefon Azərbaycanda işləmir

Evə 2 telefon xətti çəkə bilərəmmi ? (nömrə)