Salam,
E-bayda çox ucuz qiymətə 7 və 8 düymli Google Android tablet PC(planşet) satılır, qiymətləri də ucuz, 70-90 ABŞ dolları civarında.
Belə planşeti gətizdirən varsa məsləhət verin, onlar necədir, almağa dəyərmi?
Cavablarınıza görə minnətdaram.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
2
Məsləhətli deyillər. Ekran keyfiyyətsiz və köhnə nəsil rezistiv touch-a malik olur onlarda, touch həssaslığı çox ağır, avadanlıq da ucuz olduğundan tez sıradan çıxır. Xüsusən touch əsas yaralı yeridir. Planşetin də canı məhz odur.
Bir tanışın tanışı almışdı, keyfiyyətsiz çıxmışdı. Kindle Fire var ucuz qiymətə, ondan alın, cəmi 199$, o biri məşhur tabletlərdən heç nəyi ilə geri qalmır. Bircə 3g-si yoxdur, wifi-dır
0
Hörmətli Admin,
Cavaba görə minnətdaram.
Sual verin
Cavab verin