EBAY, Məhsulun İzlənilməsi!

Hər kəsə Salam olsun!
Mənə elə gəlir ki, elektron alıcıları üçün bu sual və ona verilən cavablar maraqlı olacaq.

Qardaşlar, Ebayda hərrac yolu ilə bir saat udmuşam. Saatın Standard Int’l Shipping vasitəsilə göndərilməsi təxminən 20 Dollar, öz qiyməti isə təxminən 10 dollardır.
Sifariş verərkən çatdırılma yerinin bütün məlumatlarını İngilis hərfləri ilə temiz yazmışam.

Bildiyimiz kimi də məhsulu sifariş verdiyimiz 45 gün ərzində ebaya disput açmaq haqqımız var. Yoxsa 45 gündən sonra disput bağlanır.
Amma saatın altında məlumat üçün yazılıb ki, saatın bizim ölkəyə gəlib çatması maksimum 45 gün müddətindədir.

Satıcı İzləmə Nömrəsi(Tracking number) vermədi.
Artıq saatın sifariş verildiyi gündən 1 ay keçib. Amma saat hələ də gəlib çıxmayıb. MƏn rayonda Yaşayıram. Poçt kodunu yazdığım Poçt dairəsindən xaricidən banderolun gəlib-gəlməməsini bir neçə dəfə soruşmuşam. Amma gəlməyib deyirlər.

Səhv etmirəmsə Ebaydan mallar mərkəzi poçt idarəsinə gəlir və oradan rayonlara paylanır.
Suallarım bunlardır.
1.Sizcə məhsulun poçtdan oğurlanması ehtimalı varmıdır? Əgər varsa mən bunu necə öyrənə bilərəm?
2. Məhsulun Azərbaycana daxil olmasını hər hansı bir poçt vasitəsilə öyrənə bilərəm? mümkünsə bildirin.
3. Bir dəfə başqa adamdan məhsul almışdım. Amma evin adresini sehv yazdığım üçün gəlib çatmamışdı. Mən satıcıya məhsulun gəlib çatmamasını bildirdim. O da mənə pulu geri qaytardı. Üstündən 10 gün keçdikdən sonra Poçta getdim və poçtdan mənə adresin düzgün yazılmaması səbəbindən məhsulun poçtda qaldığını bildirdilər və həmin məhsulu mənə verdilər. MƏn vəziyyəti satıcıya bildirərəkk pulu təkrar ona ödədim. Əgər məhsul qeyd edildiyi kimi yanlış adrese getsəydi və mən satıcıya məhsulun çatmamasını bildirsəydim. MƏhsulun harada olması haqqında ebayın bir məlumatı olacaqdı?
Çünki məhsul sifarişçiyə çatdığı halda sifarişçi pulu geri ödətmək üçün məhsulun ona çatmadığını bildirə bilər? Sanmıram ki, bu cür boşluq ebayda var. Əgər yoxdursa, o zaman mən də tracking number olmadan sifariş edilmiş malın harada olmasından xəbərdar ola bilərəm. Deyilmi?

Satıcı-Top sellerdir. Həmin adamdan bir dəfə də saat almışdım. 10 gün ərzində evə gəlib çatmışdı. O vaxtı hər hansı bir problem yaşamadım.

Cavablandıran hər kəsə Təşəkkür edirəm.
Hörmətlə!


Yadda saxlama
Kateqoriya: Elektron alış-veriş . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(17:51, 18/12/2011 ) #5368

45 yox, malı alan gündən 90 gün müddətində olmalıdır mən bilən.
1. Oğurlanma ehtimalı 0-a yaxın, sadəcə gecikmədir, ilin son ayı gecikmə adi haldır, hətta 2012yə də qala bilər gəlməsi.
2. Tracking yoxdursa, öyrənmək alınmaz.
3. Xeyr, ebay heç nə bilməyəcəkdi, ebay belə hallarda daim alıcının tərəfini saxlayır deyə yalandan da demək olar ki almamışam malı, pulu geri almaq olar. Amma bunu təkrar etdikdə məncə ebay artıq alıcını blok edər. Bu səbəbdən də bahalı malları trackinglə göndərirlər daim. O halda satıcı və ya ebay artıq dəqiq bilir ki mal çatdı ya yox, alıcı yalandan iddia edə bilməz ki mən malı almamışam.

Bir sözlə sadəcə səbr edin, gələcək mal.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:29, 06/07/2012 ) #17633

trackin haraya yazirsan ki malin yerini bilirsen

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024