Bəzi İT terminlərin tərcüməsi 4

istifadəçi mənasında root root user root access root privilege access rights file access ribghts qovluq mənasında root folder root filesystem mount mounting root filesystem

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

ahmed (2011-12-28 12:29:11)
Çox sağ ol təkliflərin üçün. Məndə öz variantlarımı əlavə edib biraz müzakirə edək sizin variantlarla(icazənizlə). root, root user. bunlar hər ikisi eyni mənada işləndiyindən hər ikisinə ali istifadəçi demək olar. Gözəl tərcümədi. To access root privilege - Ali imtiyaz əldə etmək. Məncə pis alınmır. access idarəetmək kimi tərcümə etmək məncə düz deyil. Mən girişim sözünə üstünlük verirəm. Səhv eləmirəmsə bu sözü Osman Gündüzdən eşitmişəm (tv-də). access rights - girişim hüququ. (Права доступа) Burada sistemə daxil olmaq mənasında işlənir. Aşağıda isə file access rights - fayldan istifadə edə bilmək mənasında. Ona görə fayla girişim hüququ yox, fayla müraciət hüququ olmalıdır. root folder qovluqlar ierarxiyasına baxsaq həqiqətən kökü xatırladır və bir neçə yerdə kök qovluq kimi tərcüməsinə rast gəlmişəm, o səbəbdən kök qovluq, kök fayllar sistemi kimi tərcümə alınır. alternativ olana kimi bu tərcümədən istifadə etmək olar məncə. mount. bu söz həqiqətən də problemdir. mən qoşmaq variantı üzərində dururam. mounting root faylsistem - kök fayllar sistemini qoşmaq. yeni təkliflərlə tanış olmaq çox xoş olardı.

Elvin Hacı (2011-12-28 10:15:11)
Salam. Çətin terminlərdir deyə variantları optimal təklif kimi yox, sadəcə təklif kimi yazıram. root - Ali idarəetmə root user - Ali idarəetmə hüquqlu istifadəçi(Ali istifadəçi) root access - Ali idarə imkanı root privilege - Alilik imtiyazı Access rights - İdarəetmə imkanları file access rights - Fayl idarə imkanları root folder - Əsas qovluq root filesystem - Əsas fayl sistemi mount - sistemə qoşmaq mounting root filesystem - Əsas faylsistemi sistemə qoşmaq

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Rus dilində termin – “по умолчанию”

Termin tərcüməsi

“Mask” sözünün tərcüməsi

Termin удаленные хосты

Termin tərcüməsi – sort

Partition termini