login.php parolun düzgün çağırılmaması

Salam. Bildiyiniz kimi myadmində parollar şifrələnmiş formada yazılır. Deyək ki, 123456 parolu myadmində f1f8b336fe1a4323fb18b00e57054973 şəklində görsənir. Problem ondan ibarətdir ki, login.php 123456 parolunu düzgün qəbul etmək əvəzinə myadmində olan şifrələnmiş parolu düzgün qəbul edir.
Əvvəlcədən təşəkkürlər.


Yadda saxlama
Kateqoriya: Web skriptlər, kod həlləri . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(21:55, 02/01/2012 ) #5937

$parol dəyişənini md5() elə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:21, 02/01/2012 ) #5943

    Üzr istəyirəm, proqramlaşdırmadan anlayışım yoxdur. Əgər mümkündürsə, aşağıdakı kodun üzərində görsədərdiniz. Saytın öz login səhifəsi normal işləyir. Bu login flaş üçün lazımdır.

     <?php 
    mysql_connect("db_h","db_u","db_p") or die(); 
    mysql_select_db("db_n") or die(); 
    
    $check = mysql_query("SELECT * FROM members WHERE login = '".$_POST['Ad']."'")or die();
    
    $check2 = mysql_num_rows($check);
    if ($check2 == 0) {
    print "words=User doesn't exist.&checklog=3";
    die();
    }
    while($info = mysql_fetch_array( $check )) 
    {
    
    if ($_POST['pass'] != $info['passwd']) {
    print "words=Incorrect Password.&checklog=4";
    die();
    }else 
    { 
    print "words=Succes!&checklog=5";
    die();
    } 
    } 
    
    
    ?>  
    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:40, 02/01/2012 ) #5944

      Kod anlayışı olmadığı halda kod üzərində işləmək nə dərəcədə düzgündür? Ya bu işi bilmək lazım, ya da bilənə həvalə etmək lazım. İşi bilən adam bu tip sual verəndə ona verilən cavaba uyğun artıq dəqiq bilir ki neynəmək lazımdır. Əks halda bunu düzəltsə belə növbəti oxşar problemdə yenə ilişmə olur. Odur ki, məncə ya öyrənmək lazım, ya da bilənə həvalə etmək lazım, əks halda problemlər bitməyəcək ki bitməyəcək 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:55, 02/01/2012 ) #5946

      Cavabladığınız üçün təşəkküllər.
      Bəs php öyrənə biləcəyim bir sayt var və ya bunu internetdən oxuyaraq öyrənmək mümkündürmü?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:20, 02/01/2012 ) #5942

phpmyadmindən gedir söhbət? Siz bazaya nə yazmısınızsa o olduğu kimi göstərir. Siz 123456 yazsanız, o kriptə olunmuş kimi görsətməyəcək xeyr. Əgər göstərirsə deməli sizin kodda həll olunub bu. Kodunuza nəzər salın görün bazaya insert olunan kodda $parol dəyişəni hansı əməliyyata uğrayıb? İlk ağla gələn md5-dir, amma ola bilər 2qat md5 olsun və ya üstünə hər hansı başqa sətir əlavə edilib sonra md5 edilsin və.s. Bir sözlə insert olunan hissəyə baxın, ordakı əməliyyatı logində də tətbiq edin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Azərbaycanda fahişə yanına getmək gedən kişi üçün cinayyətdirmi? (5 gün əvvəl)

Software Developer cavab verdi - İnzibati həbs (7 gün əvvəl)

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (8 gün əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (11 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (13 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (14 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (17 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (17 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (17 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (19 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (19 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (20 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (21 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (21 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23299 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025