Hər kəsə salam! Mən paypaldan iphone 4s almaq istəyirəm. Düzdür ebayda olan iphonelər bakıya gəlmir.Amma paypalın başqa shopping saytlarında görmüşəm.Amma bilmirəm necə edim?
1)Ümumiyyyətlə paypaldan iphone alanda ona nə dərəcədə etibar etmək olar?Yəni onun Bakıya gəlib çatmasında problem olmaz ki?
2)Bu yaxınlarda eşitmişəm ki, Amerikadan alınan iphone guya Bakıda işləmir.Bu doğru fikirdir?
3)Əgər işləməzsə mən başqa hansı telefonlara internetdə baxa bilərəm?Başımı lap itirmişəm.Bilmirəm HTC yaxşıdır, Apple, Nokia yoxsa Sony Ericsson.Düzdü bütün bu brendlərin telefonları hamısı ən yaxşıdır.Amma seçim edə bilmirəm.Xahiş edirəm mənə kömək edin.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam.
Paypaldan nəsə almaq anlayışı səhvdir. Paypal prosessinq servisidir, ödəmə vasitəsidir, paypal nəsə satmır, pulu köçürməni və qəbul etməni təmin edir.
1. Başqa mağazalar risklidir, hər birinə fərdi yanaşıb araşdırmaq lazımdır. Dələduzu da ola bilər, düzgünü də. İnternetdə adlarını axtarıb forumlardan filandan araşdıra bilərsiniz. Ödəməni isə hər zaman paypalla etməyə çalışın ki, hansı mağaza olur olsun, kart məlumatlarınızı görməsin, paypal elə məhz bununçün çox yaxşıdır, harda istəsəz ödəmə edirsiniz, həm də kart məlumatlarınız satıcılardan gizli tutulur.
2. Bəli, Amerikadan alınan locked İphone-lar bizdə işləmir, gərək jailbreak oluna ki, işləsin. Səbəb isə budur ki, Amerikada buraxılan telefonlar əksəri operatorlarla müqavilə ilə çox ucuz satılır(məsələn İphone deyəsən 300$-dır), bu şərtlə ki, ancaq o operatorla işlədilə, başqa nömrə taxılmaya
3. Samsung və ya HTC məsləhətdir, Sony də pis deyil. ebay.com-da kifayət qədər boldur seçimlər, ebay bəs edər məncə. Sizə hansı istəklərinizi ödəyən telefon lazımdır? və nə qədər pul ayıra bilərsiz buna maksimum? onu deyin konkret model məsləhət görək
1
Pula gəldikdə internetdəki telefonlara baxanda 500$-a kimi olar.
1.Mən əsasən əmaliyyat sisteminin çox güclü olmasını istəyirəm
2.Telefonun yaddaşıda kifayət qədər yaxşı olsun
3.Proqram və oyun təminatı çox güclü olsun
Sual verin
Cavab verin