WordPress admin panelinin manual olaraq tərcüməsi

Salam,
Bir neçə axtarış elədim amma ki tam istədiyim cavabı ala bilmədim ona görə da ayrıca soruşmalı oluram.
https://launchpad.net/~wpaz burdan .mo faylını download edib, adını az.mo redaktə etdikdən sonra dil fayllarının arasına qoydum. Config dəyişikliyini elədikdən sonra admin panel Azərbaycan dilində oldu amma bəzi sözlər hələ tərcumə olunmayıb. İstifadə elədiyim versiya WordPress 3.3-dür. Yeniden girdim launchpad-a ki, bəlkə ordan bəzi tərcümələri eləyib yenidən download edərəm amma orda da untranslated olaraq cəmi üç dənə şey görsəndi ki, mən onları istəmirdim. Hal hazırda admin paneldə tərcümə olunmamış sözlər bunlardır

Galleries
– All galleries
– add new
Yazılar
– all posts
– tags
Səhifələr
– all pages
….

belə bir neçə tərcümə olunmamışlar var. Onları tərcümə eləmək istərdim. Bunun .mo faylını edit eləmək istədim amma oxuduqlarıma görə bu compile olunmuş bir fayl olduğu üçün edit eləmək mümkün deyil. Bu vəziyyətdə təklifləriniz nələrdir?

indidən çox sağolun


Yadda saxlama
Kateqoriya: Wordpress . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(14:36, 06/01/2012 ) #6122

Salam.
Siz .mo yox, .po faylını yükləyin orda, .mo binar faylıdır. Sonra text redaktorda istədiyiniz qədər redaktə edin po-nu, daha sonra POEDİT adlı proqramı yükləyib .po faylını orada açın və save edin. Redaktə işini adi text redaktorda yox, birbaşa Poeditdə də apara bilərsiniz.

WordPressin Launchpadda tərcüməsi ilə hal-hazırda birbaşa özüm məşğulam əsasən. Ümumən komandada xeyli üzv var, sadəcə aktiv dəstəyi hazırda mən verirəm. İlkin işləri isə komandanın əvvvəlki üzvləri görüblər. Bunu deməkdə məqsədim odur ki, hazırda dəstək verməkdə davam edirəm və yaxın zamanda yüksək səviyyəyə çatacağına əminəm.

P.S. Bu “all” ilə başlayan tərcümə olunmayan sözlər hələ ki .po faylına daxil edilməyib nədənsə, ona görə elə qalıb, edilən kimi tərcümə edəcəyik onu da.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:28, 06/01/2012 ) #6126

Çox sağol Elvin geniş formada cavablandırdığın üşün. Artıq qeyd elədim bir kənara.

all ilə başlayan tərcümələr əlavə olunmayıbsa onda deməli .po faylı da mənə kömək olmayacaq. Ümumiyyətlə wordpressin bu tərcümə işi kimi çürükçü heç nə yoxdu. Smarty sistemindəki kimi rahat olsaydı daha əla olardı. Hal hazırda o qədər problemlidir ki, hələ də codecanyonda multilanguage üçün kodlar yazılır satılır

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:50, 06/01/2012 ) #6127

    Multilingual mənə görə WordPressin baş problemidir 🙂 Bir yolluq yekun həll yoxdur. Yalnız WPML iddia edir ki, bizimki biryolluq həlldir, amma o da pulludur, keyfiyyətinə əmin olmadığım üçün almıram. Özüm hazırda optimal həll kimi QTranslate+ ona uyğun qurulan şəxsi plugin istifadə edirəm. Qtranslate kontentin, naviqasiyanın tam çoxdilliliyini təmin edir, öz pluginimsə theme, pluginləri library fayldan oxunan massiv elementləri tərcümə edir. Qtranslate-də seçilən dilə uyğun olaraq. Bir də ki, qtranslate ancaq GET dəyişəni ilə işləyir, bu çox pis haldır, ona session və cookies də inteqrasiya etmişəm.
    Theme və pluginlər üçün .mo faylları ilə işləməkdən çoxdan imtina etmişəm, heç cür əlverişli deyil.
    Sizin də şəxsi yanaşmalarınız, təklifləriniz, həlləriniz varsa, paylaşmanız yaxşı olardı.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:05, 06/01/2012 ) #6128

mənə təcili olaraq multilanguage sayt sifarişi oldu mən də qtranslate-i qurdaladıqdan sonra dedim birdən problemlər yaşanar WPML aldım. onu öyrənmək üçün belə mənə kalan vaxt lazım idi ona görə onu silib yeniden qtranslate istifadə elədim. Demək olar ki, hər şeyi rahatlıqla qtranslate ilə elədim. Forumları da çox kömək oldu amma admin panel məndədir deyə problem yoxdur. Bir başqası nəsə çoxdilli bir şey əlavə eləmək istəsə gərək bir bir başa salasan ki belə yazsan işləyəcək. Amma hələ də WPML-a ümidnən baxıram bir ara vaxtım olanda yenidən qurdalayacam. istəsən gtalk üzərindən bu barədə danışa da bilərik.

Əlavə olaraq, ” öz pluginimsə theme, pluginləri adi fayldan çağırılan massivlərlə tərcümə edir Qqranslate-də seçilən dilə uyğun olaraq” bu mənə maraqlı gəldi. bilmirəm istifadəsi necədi amma daha usable gəldi.

Mən Prestashop və digər smarty ilə yazılan scriptlər üzərində çox işləmişəm. Bunlardan ən yaxşısı Prestashopdur. məsələn {l s=’Login’ mod=’blocklogin’} Blocklogin module(plugin) içərisində belə bir şey yazırsan. Sonra admin paneldə translations içində bu avtomatik olaraq blocklogin modulunda çıxır. Və istədiyən dilə elə ordan ya google translate ilə ya da özün əlavə edə bilirsən. ancaq {l s=’Login’} belə yazsan onda da ümumi tərcümələr arasında görsənir. WordPress gərək ciddi şəkildə işləsin bu barədə. Nə qədər CMS-ə yönəlik yeniliklər eləsə də bu dil problemi həmişə yaranacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (22 saat əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (11 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (11 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (13 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23297 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024