Telefonların android versiyaları

Hər kəsə salam! Mən internetdə bəzi samsung telefonlarında gördüm ki, onlar android versiyalarına görə bir-birlərindən fərqlənirlər. Məsələn Samsung Galaxy Nexus (Android OS v4.0), Samsung Galaxy Note (Android OS, v2.3.5 Gingerbread). Bunlara aid bir neçə sullarım var.

1)Ümumiyyətlə bu versiyalar arasında nə fərq var?

2)Bəs yaxşı bu köhnə android versiyalı telefonları yeniləmək mümkündür? Yəni OS v4.0 yazmaq mümkündür?Çünki deyəsən bu saytda Samsung Galaxy Note-nin yenilənməsi haqqında nəsə yazılıb
(http://software2tech.com/tag/samsung-galaxy-note-android-4-0-update/)

3)Bəs yaxşı, sizin fikrinizcə bu telefonlardan hansı daha üstün olar?
1.Samsung Galaxy S II
2.Samsung Galaxy Note
3.Samsung Galaxy Nexus
4.Samsung Galaxy Nexus i515
5.HTC Sensation XE


Yadda saxlama
Kateqoriya: Mobil telefon, smartfon və proqramlar . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

(20:02, 10/01/2012 ) #6651

Necə ki, ƏS yeniləşdikcə onlara yeni funksiyalar,daha yaxşı dizayn bir sözlə istifadəçiyə daha geniş imkanlar verir burda da həmçinin. Froyo ilə GingerBread arasında çox fərq var həm dizaynda həm funksionallığı baxımından.
Hər modelin özünə uygun firmware-si var. Amma hələki qarşıma köhnə modeller üçün yeni firmware-lər çıxmıyıb ( <1.6 versiyalar üçün) .
Samsung Galaxy Note planşetlə smartfonun birləşməsi olduğu üçün o digərlərindən daha üstündür məncə. Amma HTC Sensation XE isə daha media telefonudu (iBeats Sounds texnologiyasını dəstəkləyir). Bunların 5-indən birini seçməli olsam Samsung Galaxy S 2-ni seçərəm. Smartfon kimi çox güclü smartfondur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:33, 10/01/2012 ) #6654

Cavidan ilə tamamilə razıyam. Galaxy S2 2 nüvəli prosessor ilə təchiz olunub. Çox güclüdür. Yenilənmə ilə narahatlıq yaşama. Bu baxımdan Android açıq sistemdi. Yəni 2.2 olan sistemi yeniləyib 4.0 edə bilərsən. Təbii ki, əgər lazım olan versiya yaması hazırlanıbsa.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:39, 10/01/2012 ) #6655

Axı Galaxy Note-nin proseessoru Galaxy S II-dən güclüdür axı.

Galaxy Note – Dual-Core 1.4 GHz ARM Cortex-A9
Galaxy S II – Dual-Core 1.2 GHz ARM Cortex-A9

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:49, 10/01/2012 ) #6656

Həm də çox şeyə görə Galaxy Note Galaxy S II-dən fərqlənir

1)Note-də 4G var amma S II-də yoxdur.
2)Bayaq yazdığım kimi Note-nin prosessoru daha güclüdür
3)Note-nin ekranı SII-dən böyükdür
Galaxy Note – 800×1280
Galaxy S II – 480×800
4)Note, S II-dən çox sonra çıxıb
5)Note-nin başqa xırda üstünlükləri də var.
Məsələn: Note – 5.3 inches
S II – 4.3 inches

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:56, 10/01/2012 ) #6657

    dediyim kimi Galaxy Note smartfon üçün çox böyükdür.O daha çox planşetə oxşayır.Əgər “cibinizdə” telefon kimi Galaxy Note apara biləcəksizsə onda buyurun 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:00, 10/01/2012 ) #6658

Məlumatlara görə çox sağ olun.Təki Galaxy Note-um olsun.Cibdə aparmağa yer tapılar 😀

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:04, 10/01/2012 ) #6659

    2 ay gözlüyün QUADCORE-lər çıxsın,ondan sonra indiki telefonların qiyməti kəskin düşəcək 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:08, 10/01/2012 ) #6660

QUADCORE nədir?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:14, 10/01/2012 ) #6661

    4 nüvəli processor

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:24, 10/01/2012 ) #6662

Uyda. 4 nüvəli 2 aydan sonra çıxacaq?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:12, 10/01/2012 ) #6666

isiqaqa, cavabı diqqətlə oxu. Mən yazmadım ki, S II modeli Note-dən güclüdür. Mən yazmışam ki, S II ən güclü smartfondur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:19, 12/01/2012 ) #6709

Ümumiyyətlə S2 ən rahat cihazdır.Şəxsən mənə həm dərsdə həm də proqramlaşdırmada S2 çox kömək edir.Root etdikdən sonra rahat işləyir. Hal-hazırda bu sayta elə S2 ilə daxil olmuşam)))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (8 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (16 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (42 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (47 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (56 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (60 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (64 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (70 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23289 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024