Ubuntu 11.10 “sleep” olduqdan sonra, ekran yenidən açılmır

Belə ki, 11.10-a update etdikdən sonra, mənim laptopumda Ubuntu displeydə qaralıb, "sleep" rejiminə nə vaxt keçsə, bundan sonra displey yenidən açılmır və qara olaraq qalır. Laptopumun modeli: Acer 5740G-dir.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Kamran (2012-03-20 12:33:55)
Mən təzə qurmuşdum Ubuntunu. Orda belə bir pəncərə gəldiki notebookun qapağı örtüləndə nə edilsin? 2 variant vardı heçbir şey və dərin yuxu modu. mən heçbir şey secmişdim problemim olmadı.

Qubadov (2012-01-18 01:52:29)
Ahmed qardasimin meslehetin hindi oxudum.Raziyam onunla bu tek ubnutda deyil windows xp,windows 7-de olur ancaq video kart driverin yoxlamaq duzelecek

Qubadov (2012-01-18 01:47:28)
Qardas sen video kart dirverin deyis basqasin yaz..Duzelmelidir.Bele problemlerle men tez-tez rast gelirem.Bu problemler qurgunun proqram teminatindan yaranir.

ahmed (2012-01-13 12:11:11)
Hibernate/Suspend problemi Ubuntunun məşhur problemidi. Bu bug-ı həll edə bilmirlər, özü də ancaq ubuntuda yaranır. Sistem standby olandan sonra donur (freeze) və heç nəyə reaksiya verə bilmir, yeganə çıxış yolu power düyməsini sıxıb saxlamaqla sistemi söndürüb yenidən yandırmaqdır. Bu bug özünü büruzə verməsi proseesor, videokart v.s. arxitekturalardan asılıdır. Ən məsləhətlisi videokart driverin yeniləməkdir. Bunu System -> Administration -> Additional Drivers pəncərəsindən edə bilərsiniz. (keçidə bax: https://help.ubuntu.com/community/BinaryDriverHowto/Nvidia ) Alınmasa onda gərək suspend xidətini dayandırasınız. Başqa bir səbəb də ola bilər ki, sizin kopüter 64 bitlikdir, siz 32 bitlik sistem quraşdırmısınız. Bu zaman 64 bitlik sistemi quraşdırmaq problemin həlli ola bilər. İstənilən halda aşağıdakı məlumatları göndərsəniz daha dəqiq nəsə demək olar. Əgər mümkündürsə dmesg və lspci -v əmrlərinin nəticəsini göndərərdiniz. [user@fedora ~]$ [user@fedora ~]$ lspci -v > lspci.txt [user@fedora ~]$ dmesg > dmesg.txt [user@fedora ~]$ Bu əmrləri daxil etdikdən sonra lspci.txt və dmesg.txt adlı fayllar yaranacaq. Bu faylları mənim ünvanıma göndərsəniz lazım olan driver yeniləməsi ilə bir fikir deyə bilərəm. ahmed.sadikhov@gmail.com P.S. Admin: 1. Saytın gələcək yenilənmələrində kiçik həcmli faylların istifadəçilər tərəfindən birbaşa cavablar.net -ə yüklənəbilməsi xidmətini əlavə etməyinizi xahiş edir. 2. Terminal çıxışın nəticələri üçün xüsusi CSS -in Cavab verin pəncərəsinə əlavə etməyinizi xahiş edirəm. Hal-hazırda yalnız code üçün bu mümkündür.

Ayaz Quliyev (2012-01-13 09:28:48)
Ümumiyyətlə hər hansı bir error notification yoxdur. Dediyim kimi, elə sleep olur ki, bir də ağarmır ekran. Yatıb qalır kompyuterim. Dediyin problem yoxdur.

Emin Mastizadeh (2012-01-13 00:50:47)
Salam Ayaz, səndə irq adlı problem gəlmir? Məndə 3kompdan 1də bu problem gəlirdi. Update edəndən bəri gəlmir. Ümumiyyətlə nəsə bir error yazısı olmalıdır.

Ayaz Quliyev (2012-01-13 00:35:01)
Açığı bütün update-ləri etmişəm. Son olaraq bu gün baxdım 74Mb-lıq update qalıb bircə. Ancaq dediyiniz o yığılan 300Mb-lıq update-i etmişəm.

Elvin Hacı (2012-01-12 18:58:12)
Salam. Siz bütün update-ləri etmisiniz? 11.10 başlanğıc halda bug-larla zəngindir, hardasa 300 MB-a yaxın update yığılıb oktyabrdan bəri. Hamsını edəndə bu problem olmamalıdır. Mənim özümdə də Acer-dir, 5741, bənzərdir sizin kompüterə, amma məndə elə bir problem yoxdur qətiyyən.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu-da 5.1 səs sistemini nəçə qoşa bilərəm?

ubuntudakı parolu ləğv etmək

Hansı Linux? Linux Mint, Elementary OS və s.

Ubuntuda internetə necə girmək olar?

Ubuntu Notepad++ əvəzedici

ftp user login error 530