Hansı Linux? Linux Mint, Elementary OS və s.

Salam. Windows, MacOS və Ubuntu istifadə etmişəm. Uzun müddət Ubuntu istifadə etdikdən sonra interfeysi xoşuma gəlmədiyi üçün, başqa bir Linux distrosu istifadə etmək istəyirəm. Bunlardan Linux Mint, Elementary OS. Fedora, Arch Linux, Manjaro və s. var. Amma əsasən Debian (Ubuntu) based bir şey axtardığıma görə ilk ikisi daha çox maraqlandırır. Hər ikisini USB-dən live olaraq boot edib yoxladım. Elementary daha şıx görünür, MacOS bənzəri görünüşü və s. Desktopa fayl və qovluq yerləşdirmək olmur. Öz applikasiyaları var və s. Amma Chrome yüklədim, Applications bölümündə ikonu əvəzinə qırıq ikon göründü. (İkonu olmayan applikasıyalar üçün standart ikondu yəqin). Amma aşağıda panelə yerləşdirdikdə problem olmurdu. Bir də Chrome-da video açdım, dona-dona açılırdı.
Linux Mint-da isə hər şey yaxşı idi. Eyni videonu Chrome-da açdım və problem olmadan çalışırdı. Ümumiyyətlə Mint çox şey vəd edir. Gələcəkdə mobil telefonlar üçün ƏS və s. Sadəcə Elementary-nin dizaynı daha çox xoşuma gəldi. Bilmək istəyirəm ki, diskdə install etsəm, problem aradan qalxar? Restart etdikdən sonra ikon yerinə gələr? Videolar düzələr? Ümumiyyətlə bu ƏS-in bugları çoxdurmu?


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(11:27, 20/05/2019 ) #75173

“MacOS bənzəri görünüşü” – bu sizcə mənfi cəhət deyil? Poddelka kimi bir şey. Ciddi ƏS-in özünə məxsus görünüşü olmalıdır.
Maraqlıdır, 18.04 mükəmməl UI-yə malikdir, niyə xoşunuza gəlmir ki.
Mən 2009dan bəri fasiləsiz olaraq əsas ƏS olaraq Ubuntu istifadə edirəm. 9.04 versiyadan bəri gəlmişəm, 18.04 istifadə edirəm hazırda. Çox qəşəng, unikal, əla performanslı, stabil.

ƏS seçərkən iki məqsəd ola bilər:
1. Sadəcə maraqlanmaq, macəra üçün – o zaman fedora, arch, elementary və.s. qurun yoxlayın bir az, bəlkə xoşa gəldi.

2. Gündəlik stabil istifadə üçün – Ubuntu məsləhətdir yenə. O olmazsa Mint.
Bu məsələlərdə community önəmlidir. Ki sabah spesifik bir problem və ya məsələ çıxarsa, 1 dəqiqəlik google etməklə məsələ həll olsun – bu da Ubuntuda mümkündür, qismən də Mint-də. Community böyükdür deyə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:22, 23/05/2019 ) #75202

Şəxsən interfeys baxımından yanaşsaq, mənim fikrimcə Ubuntu 19.04 Linux Mint’dən daha yaxşı görünüşə sahibdir. Amma mən özüm bir neçə Linux distrosu istifadə etdikdən sonra Mint’də qalmağa qərar vermişəm.
Səbəbini belə izah edim. Ubuntu Debian’ı necə daha istifadəli vəziyyətə gətiribsə, fikrimcə, Mint’də Ubuntunu daha asan, daha user-friendly edib. Bundan başqa Mint Ubuntudan daha az Memory (RAM) istifadə edir.
Üstəgəl demək olar ki, Ubuntu üçün olan bütün həllər Mint’də də keçərlidir. Yəni community problemi yoxdur demək olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:09, 03/06/2019 ) #75282

Təşəkkürlər cavablarınız üçün.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (15 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (9 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (9 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (22 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (22 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024