Saytın sürətlənməsi

Salam.Mən saytı necə sürətləndirə bilərəm? ADSL sürətdən asılı olmayaraq


Yadda saxlama
Kateqoriya: Web Developement . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(20:16, 13/01/2012 ) #6846

Salam, Saytın sürəti sizin hostingdən asılıdır, hostinqiniz nə qədər sürətli olsa, sayt da o qədər sürətli olacaq. Həmçinin saytın həcmi də müəyyən qədər sürətə təsir edir. Mümkün qədər az şəkildən istifadə etməlisiniz, kodlarınızı yığcam yazmalısınız və s. Həmçinin google saytın kodununda səhvlər tapıb saytı sürətli etmək üçün servis təklif edir. Sadəcə Google-da Google PageSpeed yazın və nəticə gələcək.Orda saytınızı daxil etdikdən sonra saytınıza uyğun məsləhətlər verəcək

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:45, 13/01/2012 ) #6850

Saytın süretini aşağı salan esas amiller şekiller, bannerler vs. olur. Şekillerin genişliyini ve yüksekliyini html koduynan vermek yerine şekili ftp’ynen işledeceyiviz genişlikte ve yükseklikte atın server’a. Bundan elave eğer video varsa seyfede videonun ayarlarından ele qurun ki seyfe açılan kimi yox istifadeçi baxmaq isteyende dolmağa başlasın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:21, 14/01/2012 ) #6890

Bəli saytın tam açılma sürətinə təsir edən amillər əsasən şəkil və bu kimi digər multimedia faylları olur. Amma nəzərə də alaq ki bunlarsız müasir və gözəl dizayna sahib saytlar saytlar təsüvvür etmək mümkün deyil.
Mən sizə bu multimedia faylları ilə çox dyişiklik etmək əvəzinə saytınızda işləyən JavaScript, CSS kimi HTML fayllara qoşma fayl və əlavələrə diqqət yetirin. Bu faylların düzgün optimizasiyası, minimalizayasiya vacibdir. Browser üçün şəkil və video faylları açmaq, onları başlatmaq sadə prosesdir, amma müxtəlif əmr və dəyişikliklər edən JS kodları əsas proses və vaxt tələb edəndir.
Səhifələrdə şəkil və videoların yüklənməsi bir başa olaraq sizin və səhifəyə daxil olanların internet sürətindən asılıdır, JS. PHP əmr və prosesləri isə eyni host və serverdə hər kəs üçün eyni müddətdə yerinə yetirilir, müəyyən vaxt tələb edə bilir.
Mən ilk növbədə sizə saytınızın səhiflərinə qoşulan JS və CSS fayllarına göz atmağınızı məsləhət görürüm, onları mümkün qədər minimallaşdırın, lazımsız hissələri ləğv edin, bütün hamısını .gzip formatında arxiv faylında hostda saxlayın. Bu sayədə browser bir neçə CSS və JS fayllarını yükləmək əvəzinə bir GZIP faylını hostdan yükləyəcək, vaxta, traffikə və hesablama prosesinə qənaət etmiş olacaq.
Səhifənizin HTML və CSS səhvlərindən azad olduğuna əmin olun. Səhifələrdə bu kodlarda səhvlərin olması çox zaman browser üçün “anlaşılmaz” konfliktlərə səbəb olur, bu səbəbdən də səhifənin tam yüklənməsində gecikmə və səhvlər olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (6 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024