Google Android planşetində Wi-Fi problemi

Salam,
Ebaydan bir Google Android planşeti almışam. Evdə D-Link 2600 Wi-Fi modemi var. Lakin, planşetdən ona qoşulmaq istəyəndə qoşula bilmir və modemin Wi-Fi, DSL, Internet işıqlarını sondurur, təbii ki, internet olmur.
Xahiş edirəm, məsləhət verəsiniz. Problem nədədir, planşetdə yoxsa modemin “nastroykalarənda” nəyisə dəyişmək lazımdır?
Əvvəlcədən təşəkkür edirəm.


Yadda saxlama
Kateqoriya: Mobil telefon, smartfon və proqramlar . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(13:48, 14/01/2012 ) #6880

Modemin kökləmələrində WMM -i söndür.Bir çox android tab-lər bunu dəstəkləmirlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:31, 14/01/2012 ) #6885

Salam. Yaxşı olardı ki aldığınız Android planşetin tam adını deyərdiniz.
Əslində nə modemdə, nə də planşetdə heç bir problem yoxdu əgər onlar digər cihazlarla normal işləyirsə. Sadəcə bəzi səbəblərdən qoşulmalarında konflikt yarana bilir.
Modemdə Wi-Fi şifrəsi varsa hansı şifrələmə metodundan istifadə edirsiniz? – WEP, WPA, WPA2?
Bəzən mobil cihazın seçilmiş şifrələmə metodunu dəstəkləməməsi üzündə qoşulmaya bilir. Problemin bunda olub olmadığını bilmək üçün ilk əvvəl yaxşı olardı ki müvəqqəti olara modemin Wi-Fi şifrəsini söndürün və bu cür yenidən planşeti Wi-Fi-a qoşmağa cəhd edin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:54, 15/01/2012 ) #6914

Salamlar.
Emin bəy, məndə “Disable VMM Advertise”i – seçmək, yəni qarşısındakı kvadrata “quş” qoymaq olmur.
Orxan bəy, bu Çin istehsalı olan MİD Google Androiddir. Modemdə şifrələmə metodu WEP-dir. Düzgün buyurursunuz, Wi-Fi şifrəsini söndurındə qoşulur. Amma belə istifadə etmək normal deyil, bildiyiniz kimi. Nəsə əlavə məsləhətiniz olarsa, minnətdar olaram.
Hər ikinizə təşəkkür edirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(04:19, 15/01/2012 ) #6917

WEP şifrələmə metodu stabillik cəhətdə artıq vaxtını keçirmiş bir metoddur. Ola bilsin buna görədir ki planşetiniz Wi-Fi qəbul edicisi həmin şifrələmə metodu ilə işləmir. Əgər modeminiz dəstəkləyirsə WPA və ya WPA2 ilə şifrə yazıb planşetinizi yenidən qoşmağa çalışın. Əgər bu cür də alınmasa planşetinizin Wi-Fi qəbuledicisində problem var deməkdir.
Son çıxış yolu üçün əgər modeminiz dəstəkləyirsə “MAC Filtering” quraşdıra bilərsiniz. Belə ki gündəlik modeminizə qoşulan bütün Wi-Fi qurğuların MAC adreslərini modemin “ağ siyahısına” əlavə etməlisiniz, o siyahı xaricindəki qoşulacaq bütün Wi-Fi cihazlara modeminiz avtomatik olaraq rədd cavabı verəcək. Bu halda modemə artıq modemin Wi-Fi-na şifrə qoymağa da gərək qalmır.
Adi Wi-Fi şifrəsi qoymaq qədər təhlükəsiz yol olmasa da son çıxış yolu kimi bu metoddan istifadə edə bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Memmiroff cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (3 gün əvvəl)

E. Hacı cavab verdi - Verification code gəlib çıxmır (6 gün əvvəl)

E. Hacı cavab verdi - Almaniyaya köçməyə dəyər? (6 gün əvvəl)

Cənab cavab verdi - Almaniyaya köçməyə dəyər? (7 gün əvvəl)

Memmiroff cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (7 gün əvvəl)

Cənab cavab verdi - Almaniyaya köçməyə dəyər? (8 gün əvvəl)

E. Hacı cavab verdi - Almaniyaya köçməyə dəyər? (8 gün əvvəl)

E. Hacı cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (8 gün əvvəl)

E. Hacı cavab verdi - Voenim varmi? (8 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (11 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (11 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (18 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (18 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (18 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (26 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23290 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024