Flash Template Götürmək

Salam,Bir çox saytlara baxıram Flash Template-lər var amma qiymətləri çox bahadır.Həm də Demo-nu görmək olur, bilmək istəyirəm ki,swf faylı yükləyib sonra hər hansı decompiler ilə (Məsələn Sothink ) saytı götürmək olar pulsuz? Olmazsa onda başqa nə cür bu saytları pulsuz əldə etmək olar?


Yadda saxlama
Kateqoriya: Sual . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(10:14, 20/01/2012 ) #7092

http://www.youtube.com/watch?v=jpuvTajkB9s

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:17, 20/01/2012 ) #7094

Salam. Mümkündür ümumən, amma adi decompile ilə yox, uzun məsələdir. Ordan götürülən swfi decompile etsəniz belə nəticə almayacaqsınız, çünki onlar xeyli müdafiə tədbirləri görüblər. fayllar birbirinin içinə çağırılıb yüklənilir, adları kript olunur, belə dolayı formada metodlar tətbiq edib müdafiə edirlər. Həm də ki mal neçəyə olur olsun müəllif hüquqlarına hörmət etmək lazımdır. necə ki demirsiniz “filan mağazada filan şey satırlar amma çox bahadır, görən onu vitrindən necə götürüb qaçmaq olar” 🙂 hər iki hal eyni şeydir, sadəcə bizdə elektron, intellektual mülkiyyət anlayışları inkişaf etməyib deyə əksəriyyət internetdə kimdənsə nəyisə icazəsiz götürməyi tam notmal bir şey hesab edir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:39, 20/01/2012 ) #7096

Elvin men swf ni goturub ,decompile de fla formaina salib adobe flash da editleyirem.hec bir problemde olmur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:41, 20/01/2012 ) #7135

    Sahin adi swf-ləri olur bəli, özü də bir klik ilə asanlıqla, amma ciddi saytlarda satılan flash template-lərin demo-sunu götürüb decompile etmək adətən nəticə vermir. Bunu necə etdiklərini google-da how to protect swf files yazıb baxa bilərsiniz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:02, 20/01/2012 ) #7097

Bəli orası düzdür müəllif hüquqlarını tapdalamaq lazım deyil, amma istənilən halda crack keygen-dən istifadə edəndə də pozmuş oluruq ).Yoxsa gərək ümumi proqramlara indiyə qədər 10-15 min dollar pul xərcləyərdim ) . Decompile etmək olur, amma bir məsələ var ki, flashın xəbər bölümünü və digərr bölümləri hansı text-in içindən oxuduğunu tapmaq lazımdır, o bir az problemdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:34, 20/01/2012 ) #7100

    Crack keygendən də istifadə etməmək lazımdır deməli 🙂 İstər ümumi qiymət 100min olsun, bu bizə haqq qazandırmır. Yəni tədricən də olsa hamı bunu qəbul etməlidir ki başqasının halal məhsulunu qanunsuz yolla istifadə etmək olmaz. Ya baha da olsa almalıyıq, ya pulsuz alternativ tapmalıyıq, ya da istifadə etməməliyik. Düzdür indi buna hamının əməl etməsi real deyil, amma çalışmaq lazımdır. Maraq üçün deyim ki kompüterimdə lisenziyasız proqram və ya əməliyyat sistemi yoxdur. Ya cüzi qiymətə satılanı almışam, ya da pulsuz alternativ istifadə edirəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:06, 20/01/2012 ) #7098

He problemdi basdan ayaga

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:26, 20/01/2012 ) #7127

Əgər həqiqətən də elədirsə onda Halal Olsun.Amma qiymətlər də od tutub yanır, düzdür yuxarıda dediyiniz kimi bu bizə haqq qazandırmır, amma kefiyyətli proqramlar pulsuz və ya ucuz olmur.Heç olmasa bunu 5-10 dollar etsələr heç crackerlərdə çalışmaz bunu qırmağa, hər istifadəçidən də 10 dollar almaq daha çox pul qazandırar nəinki 200 dollarlıq proqram çıxsın,amma hamı crack işlətsin lisenziya alan olmasın. Amma qiymətlər 100-200 dollar arası dəyişirsə çox təəssüf ki o qədər pul verməyə imkan çatmır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Poçtla yoxsa kargo şirkəti ilə sifariş etmək? Hansı daha yaxşıdır? (2 gün əvvəl)

Software Developer cavab verdi - 25 yaşında universitetə girmək məntiqlidir? (2 gün əvvəl)

Software Developer cavab verdi - Kriptovalyuta üçün hansı fəaliyyət növü seçilməlidir? (4 gün əvvəl)

E. Hacı cavab verdi - Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir? (8 gün əvvəl)

E. Hacı cavab verdi - İnformatika muellimi yoxsa sistem administratorluğu? (8 gün əvvəl)

Jorpy cavab verdi - Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir? (8 gün əvvəl)

E. Hacı cavab verdi - Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Eynicinsli mal dedikdə nə nəzərdə tutulur? (9 gün əvvəl)

Jorpy cavab verdi - İnformatika muellimi yoxsa sistem administratorluğu? (9 gün əvvəl)

E. Hacı cavab verdi - Kriptovalyuta köçürmələrini VÖEN-ə bağlı bank kartına almağım vacibdir? (10 gün əvvəl)

Software Developer cavab verdi - Sifarişlərin çatdırılması üsulu (10 gün əvvəl)

Jorpy cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (10 gün əvvəl)

rdrobert cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (10 gün əvvəl)

rdrobert cavab verdi - canada ve america saytlarindan sifaris (10 gün əvvəl)

rdrobert cavab verdi - Sifarişlərin çatdırılması üsulu (10 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23254 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024