Salam. Bəlkə burda kimsə bu problemlə rastlaşıb. Saytı təzə serverə köçürən gündən 10 gün keçib artıq. Azercell abunəçiləri sayta daxil ola bilmir hələ də. Normalda mən bildiyimə görə bütün provayderlər ,operatorlar 24-72 saat ərzində DNS keşləri yeniləməlidi. Azercelldə bu müddət daha uzundur ya necə? Onu da qeyd edim ki giriş problemi yalnız .az domenlərimdədir. Digər .mobi və .net domenlərinə Azercell-dən daxil olmaq olur. Məni çaşdıran məqam da burasıdır. Təşəkkür.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam. Yeni serveriniz Almaniyada deyil təsadüfən? Alman serverləri ilə bizim bəzi providerlər düz gəlmir. Məndə də alman serverinə köçəndə hətta 2 aya kimi nsləri köhnə kimi qəbul edən provider olmuşdu vaxtilə.
1
Elvin Hacı , Təşəkkür cavab üçün. Almanlardan almışam. hetzner.de Hal-hazırda Azercell və bəzi provayderlərlə problemim var. Demək ki, gözləməkdən başqa heç nə qalmır.
Sual verin
Cavab verin