Android Marketdə pul qazanmaq

Android marketdən pul qazanmaq barədə təcrübəsi olan olub? Maraqlıdır bu qeder pulsuz və keyfiyyətli app'ların olduğu bir bazarda pul qazanmaq üçün nə dərəcədə şans var? Bundan əlavə araşdırmalarıma görə en çox biznes ve hava ilə elaqəli uygulamalar satılır. Sizcə ne cür bir uygulama düzeltsem onu satmaq şansım artar?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

komek etmey savabir (2015-02-22 02:10:37)
Salam hansi proqramlarnan app hazirlamaq olar

Emin Mastizadeh (2012-01-27 18:19:02)
Bunu praktika ilə öyrənəndə az vaxt alır. Ümumiyyətlə Mən bir neçə gün əvvəl 2 saata yeni app yaratdım. Bilik kimi isə Hackathon təlimində verilmiş 1 saatlıq dərsdən istifadə elədim. Tez öyrənilir. Və işləyə-işləyə daha çox şey öyrənəcəksiz. Təxminən 2-3 həftəyə əsasları tam öyrənmək olar.

Ferid Mövsümov (2012-01-27 12:21:26)
Çox sağol bu dolğun cavaba göre. Pulsuz app qoyanların çoxu ordaki app lara reklam yerleşdirerek pul qazanırlar. Eslinde bu da mentiqli yoldur. Bu mövzuda bir neçe maraqlı sayt tapmışam sizinle de paylaşım burdan baxa bilərsiz en maraqlı olanına. Bir de texminen ne qeder vaxt alır androidi sade bir app düzeldecek qeder öyrenmek?

Elvin Hacı (2012-01-27 12:03:17)
Salam. Pullu yox, pulsuz app yerləşdirdiyim olub ora. Bir dost da pullu app da yerləşdirib müəyyən miqdarda satış olub. Amma bilirsiniz, bazar hər yerdə bazardır, eyni qaydalarla idarə olunur. Bütün sadə ağla gələn proqramlar reallaşdırılıb və reallaşdırılır, bir nəfərin düzəltdiyi proqrama qarşılıq bir heyətin düzəltdiyi proqram əlbəttə daha zəngin olacaq, daha çox satılacaq. Ona görə də təkbaşına developerin uğur qazanma şansı çox azdır, bu ancaq əla, fərqli ideya olduqda mümkün ola bilər. Digər şans isə lokalla bağlıdır, belə ki lokal bazara hesablanmış proqramlarla uğur qazanmaq şansı çox olub həmişə. Amma pis orasıdır ki bizim lokal bazar demək olar ki yoxdur, yəni Azərbaycanlı istifadəçilərə hesablanmış proqrm düzəltsəniz, satış çox aşağı olacaq, həm e-alıcılıq qabiliyyəti çox azdır, həm də istifadəçi sayı da çox deyil. Bir sözlə nikbin gələcək üçün strategiya seçilməlidir. Məşhur olmasa da, gəlir gətirməsə də inaddan dönməyib yaxşı pulsuz app-lar düzəltmək portfolio yığmaq, zaman zaman heyət formalaşdırmaq lazımdır. Bunu edəndən sonra əlinizdə bazar haqda real praktiki biliklər də olacaq, təcrübə də heyət də, yəni olacaqsınız bazarın güclü oyunçusu. Ondan sonra həm pullu həm pulsuz applardan qazanacaqsınız. Nümunə kimi deyim ki Rovio firması keçən il mən baxanda Android marketdəki pulsuz Angry Birds oyunlarından aya 1 milyon $ qazanırdı. Reklama olan kliklərdən. Appstore-də isə 1$-a satırdı və ona da keçən il baxmışdım, səhv etmirəmsə 100 milyon dəfə satılmışdı ümumən yaranandan. İndiki rəqəmlər daha yüksəkdir yəqin ki. Angry Birds kimi oyunlar heyət əməyinin nəticəsidir, 1 nəfərin işi deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android cleaner

GALAXY A7 unroot etmek

Androiddə install SD or Phone sorğusu

Samsung Galaxy Grand I9082 kömək

Telefon sensor tutulması

Android telefonda MMs və İnterneti açmaq