Nokia C6-00 haqqında bir neçə sualım var.

Hər kəsə salam. Mənim bu Nokia C6-00 haqqında bir neçə sualım var. Xahiş edirəm mənə yardım edəsiniz.

1)Mənim telefonumun sensoru xarab olmuşdu. Telefonumun
qarantiyası var idi. Apardım servisə, usta dedi ki, bəs telefonda virus
var yəqin ki, ona görə əvvəlcə format etmək lazımdır. Mən də razı
oldum. Telefonum format olandan sonra normal işliyirdi. Mən indi
bilmək istəyirəm ki, bu symbian telefonları üçün ən yaxşı hansı
antivirusu məsləhət görürsünüz. Həm də elə antivirus olsun ki, bir
dəfə lisenziyalaşdırım, qurtarıb getsin. Yoxsa mən əvvəllər netqin
işlədirdim. Hər ayt məndən 70 qəpik lisenziya pulu alırdı.

2)Mən belə telefona 2-3 dənə proqram yazan da telefon yenə bəzi
vaxtlarda donur. Bu nədən ola bilər? Yəni telefonu sürətləndirməyin yolu nədi?

3)Bir də bu telefon üçün qəşəng tema, oyun, proqramları bildiyiniz
hansı qəşəng saytdan yüklüyə bilərəm? Tanıdığım saytlarda qəşəng
tema və oyun demək olar ki, azdır.


Yadda saxlama
Kateqoriya: Mobil telefon, smartfon və proqramlar . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(11:32, 27/01/2012 ) #7495

1)Telefon üçün çox adam kaspersky işlədir. istəsən [http://www.tricks4indya.in/2011/06/kaspersky-mobile-security-90-cracked.html] saytdan endirə bilərsən crack olunub bəlkə aktivasiya üçün kod lazım olmadı.
2)Adətən telefonda fayllar çox olanda tutulur.” əşi şəkildi(mahnıdı,videodu) dəə qoy dursun”  dediyiniz lazımsız fayllar varsa oları silin.
3)themes for nokia C6 :http://www.onsmartphone.com/themes-for-nokia-c6-00/
http://www.appmobile.org/en/nokia-c6-00-themes?page=2

program: getjar.com
oyun:   http://gallery.mobile9.com/c/nokia-c6-softwares_2996/1/
Bildiklərim bu qədərdir….

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:46, 27/01/2012 ) #7508

bütün bu suallara cavabı www.mobiland.az saytında tapa bilərsən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:21, 27/01/2012 ) #7526

Qardaş, əziyyətin üçün çox sağol.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:24, 27/01/2012 ) #7527

İki il symbian s60v5 telefonumu anti-virussuz işlətdim, bütün saytlara daxil oldum və yalnız 1 dəfə virus düşdü. O da kaspersky proqramını yazanda kasperin özündən(crack versiyalarından bəzilərində virus qoyurlar).Belə qərara gəldim: Antivirus lazım olmur,yazmayın. Tanımadığınız saytlardan oyun və ya proqram yazmayın. Düz işləməyən telefonlardan bluetooth ilə heç nə köçürməyin. Bu qaydalara əməl etsəz probleminiz olmayacaq

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:27, 27/01/2012 ) #7528

Donmə məsələsi: Proqramları açıq qoymayın. Mən TaskManager işlədirdim,oradan proqramları bağlamaq olurdu. Oyun və proqramları çalışın Ovi Store-dan yükləyin. Telefonun menyusunda göy mağaza işarəsi. Orada çoxlu pulsuz maraqlı proqram və oyunlar var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:05, 27/01/2012 ) #7537

1. Mən ümumiyyətlə məsləhət görərdim ki, anti-virus işlətmə. Sadəcə bir az ehtiyyatlı ol. Hər saytdan fayl yükləmə. Ancaq məşhur və adlı-sanli saytlardan yüklə.2. Telefonun donması bəzi prosesslərin işlək olmasından irəli gəlir. JBak Taskman proqramı ilə lazımsız prosessləri öldürüb telefonun sürətini artıra bilərsən.3. Azərbaycan belə saytlar var. MoBiLiM.Az və MobiLand.Az

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:50, 27/01/2012 ) #7541

Al birdənə SonyEricsson firmwaresinə bir iki dənə patch elə.nə virus qorxusu olsun nədəki bir şey. istəyirsən bax  k750i w800ə çeviriblər : http://www.youtube.com/watch?v=-Wgq7K554ps

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:38, 28/01/2012 ) #7582

Məumatlara görə çox sağ olun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (31 dəqiqə əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024