Bu yaxında mənə windowsda pəncərəsiz proqram yükləmək tələb olundu. Proqram yüklənməli idi, öz işini yerinə yetirməli idi və heç bir pəncərə açılmamalı idi. Sadəcə task manager -dən proqramı görmək mümkün olardı. Unixdə buna arxa fonda icra olunma deyirlər. Running in the background.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Həlli tapdım və paylaşmaq istəyirəm. Ms Visual Studio -da
Configuration Manager -> Linker -> System -> Subsystem : /Subsystem:Windows
Linker -> Advanced -> Entry Point : WinMain
Proqramın əsas faylında main funksiyasının adını WinMain ilə əvəz edin və əvvəlinə __stdcall ifadəsini artırın.
Daha sonra istədiyiniz kodu tərtib edin. Proqram yüklənir və arxa fonda icra olunur, heç bir pəncərə açılmır (istifadəçilərlə əlaqə üçün).
Əlavə məlumat
http://msdn.microsoft.com/en-us/library/fcc1zstk(v=vs.71).aspx
http://msdn.microsoft.com/en-us/library/f9t8842e(v=vs.71).aspx
Sual verin
Cavab verin