İnternet bağlantısı tez-tez kəsilir

Əvvəla salam. Komputerde yeni bir problemlə qarşılaşmışam. İnternet tez-tez şəbəkədən çıxır. Hardasa 5-10 dəq rahat işləyir amma sonra internet atır. Gərək modemi yandırıb söndürsəsən ki, yenidən düzəlsin. Şəbəkəyə qoşulur və yenədə 5dəq sonra şəbəkə xarici olur. Avira antivirus yazdım k, bəlkə təmizləyə virus düşübsə amma bir nəticə olmadı. Mümkünsə ətraflı bir cavab və yardım edin. Hörmətlə.


Kateqoriya: İnternet bağlantı . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(12:38, 02/02/2012 ) #7873

Sən modemin sazlamalarını bilirsənsə, format elə yenidən daxil et sazlamaları. Modemin arxasında kiçik yuva var. Ora iynə taxıb 10-15 saniyə gözlə ki, modem format olunsun.SOnra yenidən modemi quraşdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:46, 04/02/2012 ) #7992

Mümkünsə modemin sazlanma qaydasını başa salardınız. Modem D-link Provaider-Bakinter

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:40, 04/03/2012 ) #10027

Məndə bu problemlə vaxtilə üzləşmişdim. Hər bir şeyin çarəsi olduğu kimi, hər bir şeyin yaranma səbəbi var. Sizdə bu problem yaranibsa deməli bunun səbəbi var.”İnternetden tez-tez çıxmağını”, modemde “ADSL və İnternet işığının tez-tez yanıb-sönməyi” günün problemidir və bunun səbəbini bacardığım qədər sadə dildə izah edəcəyəm.
Bir qism insan bunu provayder, bəziləri kompda olan virusla və ya modemin nasazlığıyla, bəziləridə ATS-lə bağlayır. Yadda saxlayın sualınızda sadaladığınız problemlər baş verirsə bunun “teqsirkarı” A T S-dir. Evinizdən ATS-ə qədər olan XƏTTDƏDİR problem!!! Yox əgər dediyimə şübhə edirsinizsə gəlin bunu Sizə sübut edim.(Bunu özünüzdə özünüzə sübut edə bilərsiz) Deməli belə, ADSL modeminin “Nastroykasına” daxil olursunuz. Orada Down Stream Attenuation və Down Stream SNR Down Stream Link Speed funksiyaları mövcuddur. Bunlar nədir? Bunlar sizin ADSL modemiylə ATS-in modemi(DSLAM) arasında keyfiyyətlilik və ötürücülük qabiliyyətlərini göstərən parametrlərdir. Down Stream Attenuation dB(desibel) ilə ölçülür. Modeminizin nastroykasina daxil olduqda Doun Stream Attenuation 20 db-lə qədərdirsə ATS xəttiniz ƏLADIR, 20 db-dən 30 db-ə qədərdirsə deməli xəttiniz YAXŞIDIR, 30 db-dən yuxaridirsa – yaxşı deyil ORTADIR, 40db və ya daha çoxdursa xəttiniz “PİS GUNDEDİR” və s. Bir sözlə db nə qədər az olsa bir o qədər yaxşidir…
Down Stream SNR – bunda tərsinə, göstərici nə qədər çox olsa bir o qədər yaxşıdır. ƏGər SNR 5-10 db-dirsə “yazıq modem necə sönməsin, internet necə qırılmasın?!” ), əlbəttə bu ZƏİFDİR internet hər dəqiqədən bir qırılacaq, SNR -10-18 dbdirsə tez-tez olmasada, qırılmalar yenə olacaq(ORTA), 20 db-dən yüksəkdirsə bu əladır, qırılmalar heç vaxt olmayacaq.
Əgər xətdinizin keyfiyyət göstəriciləri aşağidirsa gedin ATS-n”boğazindan yapışın” ) qoy xettini təzələsinlər. Çox güman ki, Sizə orda bunun “günahını” provayderdə olduğunu bildirəcəklər, qulaq asmayın, xəttini dəyişdir və ya təmir elətdir gör necə düzələcək. Uğurlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026