Ubuntu nədir?

Salam, Ubuntu nədir mən bilmək istəyərdim?


Yadda saxlama
Kateqoriya: Linux və digər əməliyyat sistemləri . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (41 cavab var)

(17:29, 04/02/2012 ) #8033

Ubuntu Linux nüvəli Açıq Qaynaq Kodlu əməliyyat sistemidir. (Vindovs kimi) Son versiyası 11.10
Server və Desktop tipli iki növü var… Pulsuzdu… GNU lisenziyası ilə paylanır… Proqram təminatı cəhətdən zəngindir…
Debian əməliyyat sistemi ilə çox bənzərdir hetta demək olar ki, eynidir
Geniş Driver bazası var… Vindovsdan daha sürətli işləyir…
Bunu da nəzərinizə çatdırım ki Ubuntu + Toshiba = ən çox satılan notebooklardı… Azərbaycan dil interfeysi mövcuddur
Rəsmi saytı
http://ubuntu.com

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:42, 04/02/2012 ) #8034

    Həm Windows həm də Ubuntu işlətmək olar? Bu ziyan deyil kompa? Sora xoşumuza gəlməsə necə silək?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:21, 02/11/2014 ) #48868

      http://wiki.ubuntu-tr.net/index.php?title=Windows%27un_yan%C4%B1na_Ubuntu_kurmak

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:55, 04/02/2012 ) #8035

Mümkündü… Quraşdırma zamanı… Digər əməliyyat sistemi ilə bir yerdə yaz deyə bir seçim var… Onu seçirsiniz… Sonra ayrıca bir disk varsa onu formatlayıb ext4 fayl sisteminə keçirin… Sonra Ubuntunu o diskə quraşdırın… Sonra xoşunuz gəlməsə Həmin diski NTFS fayl sisteminə keçirib formatlayın…
Amma daha praktik yol var… Virtual Kompyuter (Vmware programi) quraraq… Vmware proqramini qurursunuz virtual kompyuter yaradirsan orda ubuntunu qurasdira bilersiniz xosunuz gelmese Vmware programindan silə bilərsən…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:18, 05/02/2012 ) #8117

    Vmware proqramındansa wubi proqramını qurub.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:59, 04/02/2012 ) #8036

Ziyan deyil kompyuterə amma Vmvvare programı kompyuteri yoracaq… Çünki Virtual PC yaradarkən Həm virtual HDD həm də virtual RAM ayırırsan həm də virtual CPU… Sistemi biraz ağırlaşdırır…
Birinci Əgər hər iki əməliyyat sistemini eyni anda quraşdıracaqsansa heç bir sürət azalması yaşamayacaqsan… Sadəcə Kompyuter açılarkən Vindovsu və ya Ubuntunu seçib daxil olursan… Sistem bütün gücü seçilmiş əməliyyat sisteminə işləyir yəni digəri işləmir… Bircə HDD-də hər iki əməliyyat sisteminin fayllarını saxlayacaq…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:10, 04/02/2012 ) #8038

    Bəs siləndə eləcə ubuntunu necə silim?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:11, 04/02/2012 ) #8039

Sevindirici haldır ki son zamanlar Windows-dan başqa əməliyyat sistemlərinin mövcudluğundan xəbərləri olanların sayı artır. Bu barədə Ubuntu ilk sıradadır, son aylarda dost-tanış içində 10larla şəxs Ubuntu ƏS istifadəsinə başlayıb, Windowsdan tam imtina etməklə və çox məmnundurlar. (Mən özüm də Ubuntu istifadəçisiyəm)
Ubuntunun üstünlüklərini loru formada qısa yazım
1. Tam pulsuz və lisenziyalı olması: Siz daha qanunsuz pirat disk alıb Windows yazmağa, üstəgəl bütün proqramların krakını axtarmağa və.s. məcbur olmursunuz. Bütün proqramlar pulsuzdur, kiminsə haqqını tapdamadan, virtual oğurluq etmədən ƏS istifadə edə və çoxlu proqramlar quraşdırmaq olar.
2. Virus-antivirus dərdinin olmamadı. Ubuntuda virus mümkün deyil demirəm, praktiki cəhətdən istənilən ƏS-də virus mümkündür, amma reallıq budur ki Ubuntunda virus problemi yoxdur və siz illərlə heç bir donma, zədələnmə, format ehtiyacı olmadan sakit əsəblərlə rahat əməliyyat sistemi istifadə edə biləcəksiniz.
3. Daha sürətli olması. Ubuntu istənilən halda Windowsdan daha çevik, daha sürətli işləyir.
4. Proqramların vahid kanalının olması. Software Center adlı proqram kanalı vasitəsilə siz istənilən proqramı yükləyə bilərsiniz. Daha CD almaq, CD axtarmaq, internetdə proqram axtarmaq lazım deyil, hər
şey bir kanalda əl altındadır, və müntəzəm yenilənir.
5. Öyrənilməsi Windowdan qat-qat asandır, yadınıza salın Windowsu nə qədər müddətə öyrənmişdiniz, yəqin ki aylar lazım olmuşdu tam normal işləməyə. Ubuntuda işləmək üçünsə 5-6 gün müntəzəm işləmək bəs edər.
Və.s.
Mənfilərini də sayım
1. Bəzi az istehsal olunan laptoplara quraşdırılanda kiçik aparat təminatı problemləri ola bilər(videokartı tanımamaq, bluetooth işləməməsi və.s.) Amma bu çox nadir hallarda olur deyə, problem deyil orta istifadəçi üçün
2. Güclü 3D oyunların çox az olması. Windowsda tanınan məşhur 3D oyunlarn Ubuntuda olmaması. Bunun da səbəbi aydındır, o oyunlar kommersiya məhsuludur deyə Ubuntuda onları pulsuz yerləşdirmək sərf eləmir istehsalçıya. Amma yaxın gələcəkdə olacaq, pullu formada.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:22, 04/02/2012 ) #8042

    Çox sağolun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:23, 04/02/2012 ) #8043

Mən də artıq bir iki ildi Ubuntu ilə tanışam… Son vaxtlar Vindovsa məcbur olmuşdum amma indi Ubuntu sistemini istifadə edirəm Çox raziyam

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:18, 04/02/2012 ) #8051

cavablara gore tesekkurler,bir sualda verim bes ubuntuda oyunlar nece isleyir bu barede ne demek olar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:12, 05/02/2012 ) #8079

    Ubuntunun öz oyunları azdır nisbətən. Amma Wine adlı proqram var ki onun köməyilə Windowsdakı oyunları asanlıqla Ubuntuda da oynamaq olar. Məsələn PES, Countr Strike kimi oyunları tanışlarım Ubuntuda oynayır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:18, 04/02/2012 ) #8056

Men ubuntunu kompa nece yukluyub istifade ede bilerem?Hal hazirda win7 di.Basdan izah ede bilersiz zehmet olmasa?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:45, 05/02/2012 ) #8083

    Ubuntunu usb fləş kartdan da istifadə etməklə kompyuterə yükləmədən istifadə etmək olar.O zaman sizə birinci ubuntunun öz proqramı ikinci Universal-USB-Installer-1.8.7.9 proqramı üçüncü isə en azı 1Gb yaddaşlı fləş kart lazım olacaq

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:02, 05/02/2012 ) #8076

Ubuntu-da Vindovsa yazdigimiz oyunlar işləmir Ubuntu-da Softvvare Center var orda Game hissəsindən Ubuntuya uyğun oyun yükləyə bilərsiniz…
Xaliq Babayev Ubuntunu başdan izah eləmək çətin məsələdi… Özünüzə əziyyət verib Google-da axtarışlar verin…
Ubuntu rəsmi saytı da köməyiniz ola bilər
ubuntu.com

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (03:24, 05/02/2012 ) #8094

    Youtubede baxdim cox sagolun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:22, 05/02/2012 ) #8121

Bir də getdeb adlı servis var. Onu ubuntu soft center-ə əlavə etdikdə oyunların sayı artır. Əəlavə etməyin yolu:
http://em94.tk/blog/ http://em94.tk/blog/en/

Nəsə probleminiz olsa cavablar.net-də soruşun dərhal cavablandırarıq

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:04, 05/02/2012 ) #8155

Mene deye bilersiz UBNUT-a Kasperski 2011 yazmag olur hec vaxt ubnut istifade etmemisem deyə hələki tanış deyil.Bunuda yoxlamaq istəyirəm

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:00, 06/02/2012 ) #8185

    Kaspersky? Antivirus adlı şeyi unudun. Ubuntu-da sizə antivirus lazım olmayacaq, Ubuntu linux nüvəli sistemdir və bu sistemlərdə virus olmur. Virus yoxdursa deməli antivirus da lazım deyil,

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:47, 06/02/2012 ) #8197

    Cavaba görə çox sağol.Yükləmişəm vin7 ilə birgə işlədirəm normaldır mənə ubnut üçün proqram və driverlər saytı lazımdır.Bildiyiniz sayt varsa yazarsınız.Bir şey var.. exe uzantılı proqramları burda işlətmək üçün tanıdığınız proqram varmı, və driverləri idare etme panelinə daxil oluram System Settings–Additional Drivers açılanda proqram axtariş gedir amma diverler çıxmır mene driverleri idare etmek üçün proqram lazımdırr.Zehmət olmasa deyerdinizdə

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:51, 05/02/2012 ) #8160

Salam men ubuntunu inet.den yukleyib her hansi bir proqramin setup.u kimi ustanovka etmishem bu ne qeder dogrudur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:21, 06/02/2012 ) #8187

    Salam. Siz Wubi install etmisiniz? Yəni Ubuntunu windows daxilində proqram kimi install etmisiniz və kompüter açılanda əməliyyat sistemi seçimi gəlir? Elədirsə bu öyrənmə dövrü üçün yaxşıdır, birdəfəlik keçmək üçün isə ya windowsu silib ubuntu yazmaq lazımdır, ya da boot-dan install edib hər iki sistemin paralel işləməsini, birbirindən asılı olmamasını təmin etmək lazımdır

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:47, 06/02/2012 ) #8205

Elvin Hacı, beli acilanda emeliyyat sistemini secmek gelir ekrana men xp ile bir terde isletmek isteyirem onu nece eliyim etrafli yazardiz zehmet olmasa

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:54, 07/02/2012 ) #8293

Men unversal usb ile ubuntunu 2gblik flasa qurdum.ama boot eliye bilmirem daha dogrusu biosun parolu yadimnan cixib.bu problemi nece hell ede bilerem?Mende hp di nece boot ede bilerem?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:20, 07/02/2012 ) #8295

Bot eledim usb drive secdim ama normal windows acildi ubuntu yox.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:31, 08/02/2012 ) #8320

win7 ni siradan cixardim :)acilmir komputer.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:49, 14/02/2012 ) #8810

Yazmısız ki,pulsuzdur tez işləyir.Bunlar hamısı XP də də var axı.Mən kompüteri XP ya format edənədə heç vaxt lisenziya problemi olmayıb.Özüdə Windows xp oyunları programları işləmirsə daha nəyə lazım oldu bu.Məncə yaxşı sistem blokun (yəni RAM vidokarta)oldu birdə WIndowsun bəsdi.Məncə bu Ubuntunun yaxşı xüsusiyyəti Virusun olmamasıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:30, 14/02/2012 ) #8830

1. Windows XP lisenziya problemi olmayıb deyirsiniz? Siz pulla almısınız indiyədək install etdiyiniz XP disklərini ya pirat disklərdən, torrent yükləmələrdən və.s. yükləmisiniz? 🙂 Axı bunun da önəmi var, işlək disk əldə etməkdən başqa onu necə əldə etmək də önəmlidir. Ubuntu tam pulsuz və lisenziyalıdır, heç kimin hüququ tapdanmır istifadə zamanı.
2. Ubuntu işlədən adam kompüterini format etmir ümumiyyətlə. İllərlə eyni sistemlə çalışır, yeni update və uprage-lər avtomatik, heç bir data itkisi olmadan reallaşır.
2. Ubuntunu işlədəndən sonra tez və sürətli olmağın nə deməyini daha aydın başa düşmək olur, XP tez və sürətli deyil heç də.
3. Wine adlı köməkçi proqramın köməkliyi ilə XP və ya 7 oyunlarını Ubuntuda da işlətmək olur.
Məcbur etmək olmaz insanları ki, hamı keçsin Ubuntuya və ya LinuxMintə, kimə hansı ƏS xoşdur, onu da istifadə etsin, əsas budur. Sadəcə istifadəçilər əsas ƏS haqqında məlumatlı olsalar yaxşı olar ki, hansı yaxşıdır hansı pis, onu görsünlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:51, 20/02/2012 ) #9238

Ubuntu üçün yükləmə saytı axtarmayın. İlk əvvəl ubuntunun özündə olan Software Center-proqramına daxil olun və ordan kalan app yazıb test edin) ordakılardan bezsəz getdeb proyektini google saytından axtarıb ppa adresini repositiyə əlavə edin(bu haqda yuxarıda link vermişdim). Əlavə olaraq daha sonra internetdən başqa oyunları axtara bilərsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:43, 22/02/2012 ) #9374

Mene konkret komey ede bilersinizki men D diskini saxlayaraq C diskini format edib Ubuntunu yazim..?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:00, 08/03/2012 ) #10299

Ubuntu ƏS istifadəçisi olaraq çox razi olduğumu sizlərlə bölüşmək istərdim. Ubuntunu 1 ay olar kı istifadə edirəm və inanın bu bir ay sıxıcı olaraq gördüyüm kompumu mənə daha da çox sevdirdi. Başından ayrıla bilmilərm hal hazırda komp un . Yeni şeylər öyrənirəm və ən yaxşısı isə açıq qaynaqlı yazılımlarla tanışmağın qürurunu yaşayıram. Düzdü Microsoft un ƏS ləri ubuntu dan daha da irəlidədi . Lakin lisenziya problemi bugün bütün azərbaycana yayılıb və cracklanmış proqramların istifadəsi kompumuz çox zərər görür. Köhnə bir windows istifadecisi olaraq ubuntu ya kecmek isteyenlere en boyuk tovsiyyem bunu etmeyinizi soylemekdir. Inanin mene bunu xoslaayacaqsiniz )

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:18, 20/03/2012 ) #11100

Windowsda işləyərkən sadəcə Firefox acıq olmasına baxmayaraq donmalar olur. Amma arxa planda regedit panelinde əməlli başlı proseslər gedir. mən CD diskə yazmışam endirdiyim faylı icində deyəsən wubi də var. ordan inşallah 1-2 günə qurmaq istəyirəm hərşey yaxşıdı yaxşıca arastırməşam hərşeyi amma disklərin bölünməsində problemim OLA BİLƏR. Bundan əvvəldə qısa müddət Ubuntu 11.10 işlətmişdim amma “prefix is not set” xətası verdiyinə görə BOOT menyudan 2 dəfədən artıq sistemə daxil ola bilmirdim. Dayanmadan CAPS LOCK yanıb sönürdü. Hələlik windowsdayam işimlə əlaqədar. Yazdığım problemlərin həlli varmı?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(05:34, 01/04/2012 ) #11851

LinuxMint bəyənmədim. Nə üçünsə donurdu məndə. Forumlarında baxdım axırıncı versiyanın nəsə problemi var idi.
Ubuntu pis deyil. Hal-hazırda bir komputerimdə var. Düzdü ətrafdakılar mənə gülsələr də silmirəm. Amma netbukuma quraşdıra bilmədim, gedir gedir axıra çatanda error verir. Oyun oynamağı xoşlayanlar üçün məsləhət deyil. Tezliyə gəldikdəsə o qədər də deməzdim. Düzdü mən ubuntunu başqa kompda quraşdırıb sonra hard diski bir başqasına taxmışam, bəlkə də problemlər ondan irəli gəlir. Məsələn son bir iki aydı Update getmir el dili ilə desək updateləri ustanovka ede bilmir.
Ehhh… gərək formatlıyım.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:28, 26/03/2013 ) #28542

Ubuntu (“insanpərvərlik”[2], “humanizm”[3][4]) — Debian layihəsi əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. Bu ad Cənubi Afrikada mövcud olan Ubuntu fəlsəfəsi (başqalarına qarşı humanizm) şərəfinə qoyulub.[5]

Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS[6] versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).[7]

Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı[8] ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD[9] və ya mətn sehrbazı[10] vasitəsilə masaüstü fərdi kompyuterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir.
2007-ci ildə Fransa parlamenti Windows XP əməliyyat sistemindən Ubuntu istifadəsinə keçir. 2008-ci ildə fransız polisinin istifadə etdiyi 70 min kompyuterin də planlı şəkildə Ubuntu-ya keçəcəyi haqda xəbərlər yayılıb.[73][74].
İspaniyada (2008-ci ildəki vəziyyətə görə) təhsil ocaqlarında 400 min kompyuterə Ubuntu əməliyyat sistemi yazılıb [75].
Ubuntu Gürcüstan və Makedoniya orta məktəblərinin bütün kompyuterlinə yazılıb.
Google korporasiyasında işçilər Ubuntu əsasında hazırlanmış Gobuntu əməliyyat sistemindən istifadə edirlər.[76]
Ubuntu Vikipediya layihəsinin serverlərində əsas əməliyyat sistemi kimi istifadə edilir.[77].
2009-cu il oktyabr ayına görə Ubuntu-dan dünyada 12 milyon istifadəçi istifadə edir. [78].
Menbe:wikipedia.org

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:10, 06/02/2015 ) #52758

Linux nuvesini istifade eden emeliyyat sistemidir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:16, 28/02/2015 ) #53536

vindovs kimi br weydir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:58, 21/08/2015 ) #57745

windows kimi bir şey deyil ele “ubuntu”-dur 😀

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:39, 18/02/2016 ) #61590

Mən iki ildir Ubuntu istifadəçisiyəm və çox razıyam. Sürət və təhlükəsizlik baxımından Vindovsu və Mac i keçər. Sadəcə Proqram və oyunlara görə geridə qaldığını deyə bilərəm. Birçox proqramların isə əslində Ubuntu üçün alternativləri mövcuddur lakin istifadəçi interfeysləri fərqlidir deyə öyrəşmək çətindir. Qeyd edim ki, Ubuntunu yükləyəndən sonra bir çox proqramlar(Firefox veb-brauzeri, LibreOffice ofis paketi,PDF üçün document viever və s.) hazır vəziyyətdə olur,Vindovsda bunların əksəriyyəti olmur deyə sistemin tam yüklənməsi 1-2 saat sürür. Həmçinin, Ubuntunun Live-cd versiyasıda var ki bu da sizə əməliyyat sistemini hard-diskə yükləmədən istifadə etmənizi təmin edir(şəxsən mənim dəfələrlə köməyimə çatmışdır).

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:50, 07/05/2016 ) #62956

Ubuntu (“insanpərvərlik”[2], “humanizm”[3][4]) — Debian layihəsi əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. Bu ad Cənubi Afrikada mövcud olan Ubuntu fəlsəfəsi (başqalarına qarşı humanizm) şərəfinə qoyulub.[5]

Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS[6] versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).[7]

Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı[8] ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD[9] və ya mətn sehrbazı[10] vasitəsilə masaüstü fərdi kompyuterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir.

Əməliyyat sisteminin həmçinin i386, amd64, ARM tipli arxitekturaların da rəsmi dəstəyi mövcuddur. Bundan əlavə 2013-cü ildən ARM və x86 arxitekturasında olan smartfonların xüsusi Ubuntu versiyası

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:28, 20/05/2016 ) #63178

Ubuntu, Windows gibi bir işletim sistemi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:41, 08/08/2016 ) #64465

Linux tabanli ozgur ve ucretsiz bir isletim sistemidi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (12 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024