Ubuntu nədir?

Salam, Ubuntu nədir mən bilmək istəyərdim?

Verilmiş cavablar və yazılan şərhlər (41 cavab var)

senan24 (2016-08-08 00:41:28)
Linux tabanli ozgur ve ucretsiz bir isletim sistemidi.

Aylin1997 (2016-05-20 10:28:33)
Ubuntu, Windows gibi bir işletim sistemi

Ramiz Əsgərov (2016-05-07 09:50:02)
Ubuntu ("insanpərvərlik"[2], "humanizm"[3][4]) — Debian layihəsi əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. Bu ad Cənubi Afrikada mövcud olan Ubuntu fəlsəfəsi (başqalarına qarşı humanizm) şərəfinə qoyulub.[5] Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS[6] versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).[7] Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı[8] ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD[9] və ya mətn sehrbazı[10] vasitəsilə masaüstü fərdi kompyuterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir. Əməliyyat sisteminin həmçinin i386, amd64, ARM tipli arxitekturaların da rəsmi dəstəyi mövcuddur. Bundan əlavə 2013-cü ildən ARM və x86 arxitekturasında olan smartfonların xüsusi Ubuntu versiyası

FM-sift (2016-02-18 21:39:40)
Mən iki ildir Ubuntu istifadəçisiyəm və çox razıyam. Sürət və təhlükəsizlik baxımından Vindovsu və Mac i keçər. Sadəcə Proqram və oyunlara görə geridə qaldığını deyə bilərəm. Birçox proqramların isə əslində Ubuntu üçün alternativləri mövcuddur lakin istifadəçi interfeysləri fərqlidir deyə öyrəşmək çətindir. Qeyd edim ki, Ubuntunu yükləyəndən sonra bir çox proqramlar(Firefox veb-brauzeri, LibreOffice ofis paketi,PDF üçün document viever və s.) hazır vəziyyətdə olur,Vindovsda bunların əksəriyyəti olmur deyə sistemin tam yüklənməsi 1-2 saat sürür. Həmçinin, Ubuntunun Live-cd versiyasıda var ki bu da sizə əməliyyat sistemini hard-diskə yükləmədən istifadə etmənizi təmin edir(şəxsən mənim dəfələrlə köməyimə çatmışdır).

majidoff (2015-08-21 22:58:16)
windows kimi bir şey deyil ele "ubuntu"-dur :D

a_y_s_u (2015-02-28 15:16:36)
vindovs kimi br weydir

Rashadd (2015-02-06 16:10:36)
Linux nuvesini istifade eden emeliyyat sistemidir

Kanan (2014-11-02 13:21:18)
http://wiki.ubuntu-tr.net/index.php?title=Windows%27un_yan%C4%B1na_Ubuntu_kurmak

programmer (2013-03-26 21:28:59)
Ubuntu ("insanpərvərlik"[2], "humanizm"[3][4]) — Debian layihəsi əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. Bu ad Cənubi Afrikada mövcud olan Ubuntu fəlsəfəsi (başqalarına qarşı humanizm) şərəfinə qoyulub.[5] Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS[6] versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).[7] Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı[8] ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD[9] və ya mətn sehrbazı[10] vasitəsilə masaüstü fərdi kompyuterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir. 2007-ci ildə Fransa parlamenti Windows XP əməliyyat sistemindən Ubuntu istifadəsinə keçir. 2008-ci ildə fransız polisinin istifadə etdiyi 70 min kompyuterin də planlı şəkildə Ubuntu-ya keçəcəyi haqda xəbərlər yayılıb.[73][74]. İspaniyada (2008-ci ildəki vəziyyətə görə) təhsil ocaqlarında 400 min kompyuterə Ubuntu əməliyyat sistemi yazılıb [75]. Ubuntu Gürcüstan və Makedoniya orta məktəblərinin bütün kompyuterlinə yazılıb. Google korporasiyasında işçilər Ubuntu əsasında hazırlanmış Gobuntu əməliyyat sistemindən istifadə edirlər.[76] Ubuntu Vikipediya layihəsinin serverlərində əsas əməliyyat sistemi kimi istifadə edilir.[77]. 2009-cu il oktyabr ayına görə Ubuntu-dan dünyada 12 milyon istifadəçi istifadə edir. [78]. Menbe:wikipedia.org

NModern (2012-04-01 05:34:47)
LinuxMint bəyənmədim. Nə üçünsə donurdu məndə. Forumlarında baxdım axırıncı versiyanın nəsə problemi var idi. Ubuntu pis deyil. Hal-hazırda bir komputerimdə var. Düzdü ətrafdakılar mənə gülsələr də silmirəm. Amma netbukuma quraşdıra bilmədim, gedir gedir axıra çatanda error verir. Oyun oynamağı xoşlayanlar üçün məsləhət deyil. Tezliyə gəldikdəsə o qədər də deməzdim. Düzdü mən ubuntunu başqa kompda quraşdırıb sonra hard diski bir başqasına taxmışam, bəlkə də problemlər ondan irəli gəlir. Məsələn son bir iki aydı Update getmir el dili ilə desək updateləri ustanovka ede bilmir. Ehhh... gərək formatlıyım.

Kamran (2012-03-20 12:18:53)
Windowsda işləyərkən sadəcə Firefox acıq olmasına baxmayaraq donmalar olur. Amma arxa planda regedit panelinde əməlli başlı proseslər gedir. mən CD diskə yazmışam endirdiyim faylı icində deyəsən wubi də var. ordan inşallah 1-2 günə qurmaq istəyirəm hərşey yaxşıdı yaxşıca arastırməşam hərşeyi amma disklərin bölünməsində problemim OLA BİLƏR. Bundan əvvəldə qısa müddət Ubuntu 11.10 işlətmişdim amma "prefix is not set" xətası verdiyinə görə BOOT menyudan 2 dəfədən artıq sistemə daxil ola bilmirdim. Dayanmadan CAPS LOCK yanıb sönürdü. Hələlik windowsdayam işimlə əlaqədar. Yazdığım problemlərin həlli varmı?

Arzu (2012-03-08 10:00:31)
Ubuntu ƏS istifadəçisi olaraq çox razi olduğumu sizlərlə bölüşmək istərdim. Ubuntunu 1 ay olar kı istifadə edirəm və inanın bu bir ay sıxıcı olaraq gördüyüm kompumu mənə daha da çox sevdirdi. Başından ayrıla bilmilərm hal hazırda komp un . Yeni şeylər öyrənirəm və ən yaxşısı isə açıq qaynaqlı yazılımlarla tanışmağın qürurunu yaşayıram. Düzdü Microsoft un ƏS ləri ubuntu dan daha da irəlidədi . Lakin lisenziya problemi bugün bütün azərbaycana yayılıb və cracklanmış proqramların istifadəsi kompumuz çox zərər görür. Köhnə bir windows istifadecisi olaraq ubuntu ya kecmek isteyenlere en boyuk tovsiyyem bunu etmeyinizi soylemekdir. Inanin mene bunu xoslaayacaqsiniz )

Navair (2012-02-22 14:43:19)
Mene konkret komey ede bilersinizki men D diskini saxlayaraq C diskini format edib Ubuntunu yazim..?

Emin Mastizadeh (2012-02-20 13:51:55)
Ubuntu üçün yükləmə saytı axtarmayın. İlk əvvəl ubuntunun özündə olan Software Center-proqramına daxil olun və ordan kalan app yazıb test edin) ordakılardan bezsəz getdeb proyektini google saytından axtarıb ppa adresini repositiyə əlavə edin(bu haqda yuxarıda link vermişdim). Əlavə olaraq daha sonra internetdən başqa oyunları axtara bilərsiz.

Elvin Hacı (2012-02-14 18:30:21)
1. Windows XP lisenziya problemi olmayıb deyirsiniz? Siz pulla almısınız indiyədək install etdiyiniz XP disklərini ya pirat disklərdən, torrent yükləmələrdən və.s. yükləmisiniz? :) Axı bunun da önəmi var, işlək disk əldə etməkdən başqa onu necə əldə etmək də önəmlidir. Ubuntu tam pulsuz və lisenziyalıdır, heç kimin hüququ tapdanmır istifadə zamanı. 2. Ubuntu işlədən adam kompüterini format etmir ümumiyyətlə. İllərlə eyni sistemlə çalışır, yeni update və uprage-lər avtomatik, heç bir data itkisi olmadan reallaşır. 2. Ubuntunu işlədəndən sonra tez və sürətli olmağın nə deməyini daha aydın başa düşmək olur, XP tez və sürətli deyil heç də. 3. Wine adlı köməkçi proqramın köməkliyi ilə XP və ya 7 oyunlarını Ubuntuda da işlətmək olur. Məcbur etmək olmaz insanları ki, hamı keçsin Ubuntuya və ya LinuxMintə, kimə hansı ƏS xoşdur, onu da istifadə etsin, əsas budur. Sadəcə istifadəçilər əsas ƏS haqqında məlumatlı olsalar yaxşı olar ki, hansı yaxşıdır hansı pis, onu görsünlər.

Nicat Hesenov (2012-02-14 14:49:26)
Yazmısız ki,pulsuzdur tez işləyir.Bunlar hamısı XP də də var axı.Mən kompüteri XP ya format edənədə heç vaxt lisenziya problemi olmayıb.Özüdə Windows xp oyunları programları işləmirsə daha nəyə lazım oldu bu.Məncə yaxşı sistem blokun (yəni RAM vidokarta)oldu birdə WIndowsun bəsdi.Məncə bu Ubuntunun yaxşı xüsusiyyəti Virusun olmamasıdır.

Xaliq Babayev (2012-02-08 00:31:20)
win7 ni siradan cixardim :)acilmir komputer.

Xaliq Babayev (2012-02-07 18:20:29)
Bot eledim usb drive secdim ama normal windows acildi ubuntu yox.

Xaliq Babayev (2012-02-07 17:54:23)
Men unversal usb ile ubuntunu 2gblik flasa qurdum.ama boot eliye bilmirem daha dogrusu biosun parolu yadimnan cixib.bu problemi nece hell ede bilerem?Mende hp di nece boot ede bilerem?

night_dj85 (2012-02-06 14:47:24)
Elvin Hacı, beli acilanda emeliyyat sistemini secmek gelir ekrana men xp ile bir terde isletmek isteyirem onu nece eliyim etrafli yazardiz zehmet olmasa

Qubadov (2012-02-06 10:47:14)
Cavaba görə çox sağol.Yükləmişəm vin7 ilə birgə işlədirəm normaldır mənə ubnut üçün proqram və driverlər saytı lazımdır.Bildiyiniz sayt varsa yazarsınız.Bir şey var.. exe uzantılı proqramları burda işlətmək üçün tanıdığınız proqram varmı, və driverləri idare etme panelinə daxil oluram System Settings--Additional Drivers açılanda proqram axtariş gedir amma diverler çıxmır mene driverleri idare etmek üçün proqram lazımdırr.Zehmət olmasa deyerdinizdə

Elvin Hacı (2012-02-06 01:21:36)
Salam. Siz Wubi install etmisiniz? Yəni Ubuntunu windows daxilində proqram kimi install etmisiniz və kompüter açılanda əməliyyat sistemi seçimi gəlir? Elədirsə bu öyrənmə dövrü üçün yaxşıdır, birdəfəlik keçmək üçün isə ya windowsu silib ubuntu yazmaq lazımdır, ya da boot-dan install edib hər iki sistemin paralel işləməsini, birbirindən asılı olmamasını təmin etmək lazımdır

Emin Mastizadeh (2012-02-06 01:00:14)
Kaspersky? Antivirus adlı şeyi unudun. Ubuntu-da sizə antivirus lazım olmayacaq, Ubuntu linux nüvəli sistemdir və bu sistemlərdə virus olmur. Virus yoxdursa deməli antivirus da lazım deyil,

night_dj85 (2012-02-05 20:51:20)
Salam men ubuntunu inet.den yukleyib her hansi bir proqramin setup.u kimi ustanovka etmishem bu ne qeder dogrudur

Qubadov (2012-02-05 20:04:04)
Mene deye bilersiz UBNUT-a Kasperski 2011 yazmag olur hec vaxt ubnut istifade etmemisem deyə hələki tanış deyil.Bunuda yoxlamaq istəyirəm

Emin Mastizadeh (2012-02-05 13:22:00)
Bir də getdeb adlı servis var. Onu ubuntu soft center-ə əlavə etdikdə oyunların sayı artır. Əəlavə etməyin yolu: http://em94.tk/blog/ http://em94.tk/blog/en/ Nəsə probleminiz olsa cavablar.net-də soruşun dərhal cavablandırarıq

Emin Mastizadeh (2012-02-05 13:18:57)
Vmware proqramındansa wubi proqramını qurub.

Xaliq Babayev (2012-02-05 03:24:12)
Youtubede baxdim cox sagolun

OrxaN (2012-02-05 00:45:10)
Ubuntunu usb fləş kartdan da istifadə etməklə kompyuterə yükləmədən istifadə etmək olar.O zaman sizə birinci ubuntunun öz proqramı ikinci Universal-USB-Installer-1.8.7.9 proqramı üçüncü isə en azı 1Gb yaddaşlı fləş kart lazım olacaq

Elvin Hacı (2012-02-05 00:12:50)
Ubuntunun öz oyunları azdır nisbətən. Amma Wine adlı proqram var ki onun köməyilə Windowsdakı oyunları asanlıqla Ubuntuda da oynamaq olar. Məsələn PES, Countr Strike kimi oyunları tanışlarım Ubuntuda oynayır.

Kamran Nadjafzadeh (2012-02-05 00:02:31)
Ubuntu-da Vindovsa yazdigimiz oyunlar işləmir Ubuntu-da Softvvare Center var orda Game hissəsindən Ubuntuya uyğun oyun yükləyə bilərsiniz... Xaliq Babayev Ubuntunu başdan izah eləmək çətin məsələdi... Özünüzə əziyyət verib Google-da axtarışlar verin... Ubuntu rəsmi saytı da köməyiniz ola bilər ubuntu.com

Xaliq Babayev (2012-02-04 22:18:42)
Men ubuntunu kompa nece yukluyub istifade ede bilerem?Hal hazirda win7 di.Basdan izah ede bilersiz zehmet olmasa?

Milan (2012-02-04 20:18:15)
cavablara gore tesekkurler,bir sualda verim bes ubuntuda oyunlar nece isleyir bu barede ne demek olar

Kamran Nadjafzadeh (2012-02-04 18:23:11)
Mən də artıq bir iki ildi Ubuntu ilə tanışam... Son vaxtlar Vindovsa məcbur olmuşdum amma indi Ubuntu sistemini istifadə edirəm Çox raziyam

Darky Pislick (2012-02-04 18:22:45)
Çox sağolun

Elvin Hacı (2012-02-04 18:11:36)
Sevindirici haldır ki son zamanlar Windows-dan başqa əməliyyat sistemlərinin mövcudluğundan xəbərləri olanların sayı artır. Bu barədə Ubuntu ilk sıradadır, son aylarda dost-tanış içində 10larla şəxs Ubuntu ƏS istifadəsinə başlayıb, Windowsdan tam imtina etməklə və çox məmnundurlar. (Mən özüm də Ubuntu istifadəçisiyəm) Ubuntunun üstünlüklərini loru formada qısa yazım 1. Tam pulsuz və lisenziyalı olması: Siz daha qanunsuz pirat disk alıb Windows yazmağa, üstəgəl bütün proqramların krakını axtarmağa və.s. məcbur olmursunuz. Bütün proqramlar pulsuzdur, kiminsə haqqını tapdamadan, virtual oğurluq etmədən ƏS istifadə edə və çoxlu proqramlar quraşdırmaq olar. 2. Virus-antivirus dərdinin olmamadı. Ubuntuda virus mümkün deyil demirəm, praktiki cəhətdən istənilən ƏS-də virus mümkündür, amma reallıq budur ki Ubuntunda virus problemi yoxdur və siz illərlə heç bir donma, zədələnmə, format ehtiyacı olmadan sakit əsəblərlə rahat əməliyyat sistemi istifadə edə biləcəksiniz. 3. Daha sürətli olması. Ubuntu istənilən halda Windowsdan daha çevik, daha sürətli işləyir. 4. Proqramların vahid kanalının olması. Software Center adlı proqram kanalı vasitəsilə siz istənilən proqramı yükləyə bilərsiniz. Daha CD almaq, CD axtarmaq, internetdə proqram axtarmaq lazım deyil, hər şey bir kanalda əl altındadır, və müntəzəm yenilənir. 5. Öyrənilməsi Windowdan qat-qat asandır, yadınıza salın Windowsu nə qədər müddətə öyrənmişdiniz, yəqin ki aylar lazım olmuşdu tam normal işləməyə. Ubuntuda işləmək üçünsə 5-6 gün müntəzəm işləmək bəs edər. Və.s. Mənfilərini də sayım 1. Bəzi az istehsal olunan laptoplara quraşdırılanda kiçik aparat təminatı problemləri ola bilər(videokartı tanımamaq, bluetooth işləməməsi və.s.) Amma bu çox nadir hallarda olur deyə, problem deyil orta istifadəçi üçün 2. Güclü 3D oyunların çox az olması. Windowsda tanınan məşhur 3D oyunlarn Ubuntuda olmaması. Bunun da səbəbi aydındır, o oyunlar kommersiya məhsuludur deyə Ubuntuda onları pulsuz yerləşdirmək sərf eləmir istehsalçıya. Amma yaxın gələcəkdə olacaq, pullu formada.

Darky Pislick (2012-02-04 18:10:33)
Bəs siləndə eləcə ubuntunu necə silim?

Kamran Nadjafzadeh (2012-02-04 17:59:56)
Ziyan deyil kompyuterə amma Vmvvare programı kompyuteri yoracaq... Çünki Virtual PC yaradarkən Həm virtual HDD həm də virtual RAM ayırırsan həm də virtual CPU... Sistemi biraz ağırlaşdırır... Birinci Əgər hər iki əməliyyat sistemini eyni anda quraşdıracaqsansa heç bir sürət azalması yaşamayacaqsan... Sadəcə Kompyuter açılarkən Vindovsu və ya Ubuntunu seçib daxil olursan... Sistem bütün gücü seçilmiş əməliyyat sisteminə işləyir yəni digəri işləmir... Bircə HDD-də hər iki əməliyyat sisteminin fayllarını saxlayacaq...

Kamran Nadjafzadeh (2012-02-04 17:55:14)
Mümkündü... Quraşdırma zamanı... Digər əməliyyat sistemi ilə bir yerdə yaz deyə bir seçim var... Onu seçirsiniz... Sonra ayrıca bir disk varsa onu formatlayıb ext4 fayl sisteminə keçirin... Sonra Ubuntunu o diskə quraşdırın... Sonra xoşunuz gəlməsə Həmin diski NTFS fayl sisteminə keçirib formatlayın... Amma daha praktik yol var... Virtual Kompyuter (Vmware programi) quraraq... Vmware proqramini qurursunuz virtual kompyuter yaradirsan orda ubuntunu qurasdira bilersiniz xosunuz gelmese Vmware programindan silə bilərsən...

Darky Pislick (2012-02-04 17:42:10)
Həm Windows həm də Ubuntu işlətmək olar? Bu ziyan deyil kompa? Sora xoşumuza gəlməsə necə silək?

Kamran Nadjafzadeh (2012-02-04 17:29:02)
Ubuntu Linux nüvəli Açıq Qaynaq Kodlu əməliyyat sistemidir. (Vindovs kimi) Son versiyası 11.10 Server və Desktop tipli iki növü var... Pulsuzdu... GNU lisenziyası ilə paylanır... Proqram təminatı cəhətdən zəngindir... Debian əməliyyat sistemi ilə çox bənzərdir hetta demək olar ki, eynidir Geniş Driver bazası var... Vindovsdan daha sürətli işləyir... Bunu da nəzərinizə çatdırım ki Ubuntu + Toshiba = ən çox satılan notebooklardı... Azərbaycan dil interfeysi mövcuddur Rəsmi saytı http://ubuntu.com

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu 10.10 ilə Windows 7 arasında fayl əlaqəsi

Kubuntu-da driver problemi

ubuntudakı parolu ləğv etmək

Ubuntu Notepad++ əvəzedici

Ubuntu 14.04 ə.s.-nin qurulması

Ubuntu-da klaviatura dilini dəyişmək.