Təyin olunmuş vaxtda skritpin işə düşməsi

Sualım bir az qəribə və qəliz görünə bilər. Mən bunun üzərində təzəlikcə baş sındırmağa başlamışam. Sual budur: Crontab köməyi olmadan php-də təyin olunmuş vaxtda müəyyən bir əməliyyatı işə salmaq olarmı?
Məsələn, tutaq ki, mesaj qutularını təyin olunmuş vaxtda sistem özü təmizləsin. Dəyək ki saat 23:59 olsun bu teyin olunmuş vaxt. Mən bir-neçə variantlar yoxladım,amma istənilən halda brauzer aktiv olmalıdır və daim həmin səhifəni yeniləmək lazım gəlir. Əks halda kod təyin olunmuş vaxtda işə düşmür. Yəni fon rejimində işlətmək olmur.


Yadda saxlama
Kateqoriya: Web skriptlər, kod həlləri . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

(15:54, 19/02/2012 ) #9168

düşünürəm ki belə bir variant alınar.
məsələn sən 1 həftə əvvəl göndərilmiş mesajları silmək istəyirsən..
bazadan seçirsen 1 həftə əvvəl göndərilməş mesajları və səhifənin yuxarısında uyğun bir yerdə mysql sorğunu yerləşdirirsən.. daimi olaraq kimsə həmin səhifəni istifadə edən kimi həmin sorğu işə düşəcəkdir..

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:59, 19/02/2012 ) #9170

Ruslan Butdayev,təşəkkür, anladım. Bu mümkün versiyadır. Ancaq o halda ki, saytda istifadəçi çox olsun. Ən azı o sayda olsun ki, həmin saniyədə səhifəni kiminsə yeniləyəcəyi ehtimalı 100% olsun. Bəs istifadəçi az olarsa. Ümumiyyətlə fon rejimində bu mümkündürmü görəsən? Brazuerin müdaxiləsi olmadan.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:08, 19/02/2012 ) #9171

Doğrusu mən inanmıram ki kənar müdaxilə olmadan kod özlüyünde hər hansı bir funksiya yerinə yetirsin.. Ancaq yenə də əmin deyiləm bəlkədə mümkündür mənim məlumatım yoxdur 🙂 ama məntiqi cəhətdən biraz qəbul olunmur məncə ))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:55, 19/02/2012 ) #9180

Mene de maraqlidi bu movzu.Countdown vasitesile etmek olar bunu?Yeni men bele fikirlesirem ki jquery vasitesile etmek olar ama men de bacarmiram.Mene de lazimdi bele bir sey.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:01, 19/02/2012 ) #9181

DML Trigger vasitesi ilə bunu etmək olmaz? Müəyyən vaxtlarda məslən 23:59 mesaj qutusundakı məlumatları saxlayan table-da bütün məlumatlar silinir. Bu mümkündür trigger vasitəsi ilə. Heç bir PHP-yə də ehtiyac qalmır

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:09, 21/02/2012 ) #9281

    Bahruz Garamammadov, DDL və DML Trigger barədə çox az məlumatım var, yox dərəcəsindədir:) Geniş məlumat olan ünvan bilirsənsə qeyd edərsən zəhmət olmasa.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:17, 19/02/2012 ) #9188

bu haqqda habr’da bir yazı oxumuşdum. bəlkə maraqlı olar habrahabr.ru/blogs/webdev/132609/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:08, 20/02/2012 ) #9216

Test etməmişəm ancaq düşünürəm ki, etmək mümkündür. Sənə lazım olan tək bir şey kəsilməz işləyən skript yaratmaqdır buna set_time_limit(0) funksiyası ilə nail ola bilərsən. Bu skripti bir dəfə çağırdıqdan sonra kəsilməz olaraq işləyəcək və skriptdə sonsuz dövr yarat dövrün daxilində isə misal üçün 23:59 da test() funksiyasını çağırmaq üçün belə bir şey yaz bilərsən:

set_time_limit(0);
...
while(true) {
 if date("h:i") == "23:59" test();
}
...
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:07, 21/02/2012 ) #9280

    Elvin Əfəndi ,:) təşəkkür. Amma mənim indiki tələbimə görə bu üsul sistemi məhv edər)) Salamatı düz deyirsən crondur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:42, 20/02/2012 ) #9234

Fikir məntiqli görünür.. Mənə maraqlıdı bəs sonzsuz dövr problem yaratmayacaq server üçün? (yüklənmə kimi)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:36, 20/02/2012 ) #9251

    Daha yaxşı olar ki elə crontabdan istifadə edilsin bu məsələlər üçün, yadaki server dəstəkləyirsə orda job yaratmaq olar, yəni məncə PHP-də belə bir şey etməyə ehtiyyac yoxdu və effektsiz olacaq. Sonsuz dövrün problem yaradıb yaratmamağı daha çox dövrün daxilində nə yazılacağından asılıdır, yəni RAM-ı davamlı olaraq dolduracaqsa vəya hesablama zaman keçdikcə ağırlaşacaqsa problem yarana bilər əks halda isə normal işləyər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:04, 21/02/2012 ) #9279

Samir Hajiyev (Profil) (22:17, 19/02/2012 )

bu haqqda habr’da bir yazı oxumuşdum. bəlkə maraqlı olar habrahabr.ru/blogs/webdev/132609/

Təşəkkür. Bu məqaləni düzü oxumuşdum. Elə bu problemi axtara-axtara gedib üstünə çıxdım. Amma düşündüm bəlkə daha sadə üsul tapmaq olar. Belə görünür ki, hələki bunu sınaqdan çıxarmaq olar. Nəticə yaxşı olsa bura yazacam:)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (5 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024