Salam. Delphidə yazılmış kod hissəsi Word sənədi açır və ora MS Equation ilə bir neçə düstur atır. Sonda aktiv sənədi *.docx faylı kimi yaddaşda saxlamaq istəyirəm, alınmır, avtomatik *.doc faylı kimi saxlayır. Sənədi *.doc kimi saxladıqda isə düsturlar MS Equationdan şəklə çevrilir ki, şəkli də redaktə etmək olmur.
Sual: Necə edə bilərəm ki, sənədim məhz *.docx faylı kimi saxlanılsın, *.doc faylı kimi yox?!
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
0
Sizin ms word necənci il versiyasıdır?
0
MS Office 2010
Ehtimal delphi`nin əvvəliki versiyalarından birini işlədirsinz ?
Niyə deyirəm bunu ,çünki köhnə versiyalar buraxıldığı vaxt MS word `də docX formatı yox idi.
Bundan olmuş olmazmı ki ? ya delphi update ya insert new component ,like TNT comp.
0
Müsarir, Delphi XE 2011 işlədirəm 🙂
0
Siz vördün ayarlarından baxın görün save edərkən hansı seçilib? doc-dursa doc olacaq bunu dəyişib docx edin
0
Ayarlar susma rejimində *.docx göstərir, əvvəl mən də Sizin kimi fikirləşirdim, ancaq səbəb başqadır. Kod hissəsində nəsə yazmaq, bəlkə də hansısa modulu qoşmaq filan lazımdır. Kod hissəsindən şübhələnirəm, bunun üçün kod hissəsində nə yazmalıyam ki, aktiv sənədi *.docx kimi yaddaşa verim, *.doc kimi yox?
Belə bir hal məndə də olub.
Word proqramını kompyuterə quraşdırdıqda windows api-a öz api-larını əlavə edir.
Hansılar ki, word fayllarla işləməyə kömək edir.
Delphi də məhz bu api-ın obyektini yaradır.
Yəni əgər kompyuterə word proqramı qurulmayıbsa, delphi onun fayllarını tanımayacaq.
Yəqin ki, sənin kompyuterində word proqramının əvvəlki versiyası da var.
Delphi də elə həmin versiyanın obyektini yaradır.
Əgər qurulan word-ün yeni versiyası, portable -dirsə onda onun api-dan söhbət belə gedə bilməz :).
Sual verin
Cavab verin