WordPress-də elanlar lövhəsi saytı

1. WordPressdə elanlar lövhəsi saytı hazırlamaq mümkündürmü?
2. Online satış etmək mümkündürmü?
3. Mümkündürsə necə (qısaca olaraq).

Təşəkkürlər.


Yadda saxlama
Kateqoriya: Wordpress . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(13:46, 07/03/2012 ) #10242

Bəli mümkündür. Bunun üçün pullu və pulsuz temalarda var. Bacarırsızsa özünüzdə hazırlaya bilərsiz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:06, 07/03/2012 ) #10246

Tural, cavablandırdığınız üçün təşəkkür edirəm. Deyə bilərsinizmi, bunun üçün nələr etmək lazımdır? Yəni, hansı pluginlərdən istifadə etmək lazımdır, və s. Bu prosesləri izah edən hansısa qeydlər və ya dərslikə link versəniz məmnun olaram.

Bir də bu mövzuda temalara link vermənizi xahiş edərdim.

Təşəkkür edirəm əvvəlcədən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:45, 07/03/2012 ) #10264

Məsələn burada online alış-veriş mövzusunda temalar var. İstədiyinizi ala bilərsiz. Plugini qaldıqda isə wp-admin panelində pluginlər bölümünə daxil olaraq sizə lazım olan pluginlər tapa bilərsiz.
Sizə belə bir türk saytı verim, burada məsləhətlər verilib. Bunu azərbaycan sayağı düşünün 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:34, 08/03/2012 ) #10302

Tural çox sağ olun məlumatlara görə.

Mənim istədiyim açıqcası həm elanlar lövhəsinin, həm də online satışın bir saytda yerləşdirilməsidir. Məni burda əsas maraqlandıran “Elan ver” funksiyasının (düyməsinin) wordpress vasitəsilə necə əlavə olunmasıdır. Ziyarətçi “elan ver” düyməsinə klik edir və elanını saytda yerləşdirir. Bu prosesi wordpress vasitəsilə qurmaqdır.

Yuxarıda verdiyiniz linkdəki template-lər isə əsasən online satışa aid idi (online ödəniş vasitəsilə). Mənim fikirləşdiyim isə bir qədər fərqlidir. Yəni, ziyarətçi məhsulu seçir, aşağıda göstərilmiş formu doldurur və “qapıda ödəmə” sistemi ilə məhsulun dəyərini ödəyir (geniş yayılmış bir şeydir). Onsuz da bizdə sayt üzərindən ödəniş sistemi demək olar ki, işləmir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:46, 08/03/2012 ) #10306

    onlayn satış dediyiniz üçün bu ağlıma gəldi. təbii ki, dediyiniz kimidə etmək olar. bunun üçün pluginlər olmalıdır səhv etmirəmsə. axtarıb-araşdırmaq gərək. Qısası wordpress çox rahatdır bu baxımdan

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:50, 08/03/2012 ) #10307

Çox sağ olun, Tural. Kiçik araşdırma etdim və bəzi pluginlər tapdım. Amma, işləmədi nəsə. Hər halda yenilərini axtaracam. Çox sağ olun cavalara görə. Uğurlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:41, 08/03/2012 ) #10308

Seaman, pluginlərdən başqa bu işi tam hazır təqdim edən pullu vvordpress theme-lar var.
Həm elan saytı, həm də alış veriş.
Təxminən 50-100$-a olur. Amma üstündə işləmək lazımdır alandan sonra: tərcümə etmək, lazımi şeyləri saxlayıb qalanları deaktiv etmək və.s.
Pulsuz etməkçünsə yuxarıda Tural dediyi kimi çoxlu pluginlər var ,düz qoş edib məqsədə çatmaq mümkün.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:16, 09/03/2012 ) #10364

Elvin, bu temada pullu theme ala bileceyim saytlara link vera bilersen?

Teshekkur edirem.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:37, 24/10/2012 ) #22040

Elvin Hacı, mümkünsə cavabınızı gözləyirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:44, 24/10/2012 ) #22042

    themeforest.com

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:54, 24/10/2012 ) #22077

E.Haci, köməyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Lakin, məsələ burasındadır ki, belə saytları bilirəm və onlardan e-commerce temalarını tapıram. Amma, sizin dediyiniz kimi 2 birində olan (yəni həm elanlar lövhəsi, həm də e-commerce) temanı tapa bilmirəm. Belə temalara misal olaraq, Sizdən xahiş etsəm, mail adresimə bir-iki link göndərə bilərsiniz? Əvvəlcədən dərin təşəkkürümü bildirirəm.

E-mail: [email protected]

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Poçtla yoxsa kargo şirkəti ilə sifariş etmək? Hansı daha yaxşıdır? (4 gün əvvəl)

Software Developer cavab verdi - 25 yaşında universitetə girmək məntiqlidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Kriptovalyuta üçün hansı fəaliyyət növü seçilməlidir? (5 gün əvvəl)

E. Hacı cavab verdi - Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir? (9 gün əvvəl)

E. Hacı cavab verdi - İnformatika muellimi yoxsa sistem administratorluğu? (9 gün əvvəl)

Jorpy cavab verdi - Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir? (9 gün əvvəl)

E. Hacı cavab verdi - Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Eynicinsli mal dedikdə nə nəzərdə tutulur? (10 gün əvvəl)

Jorpy cavab verdi - İnformatika muellimi yoxsa sistem administratorluğu? (11 gün əvvəl)

E. Hacı cavab verdi - Kriptovalyuta köçürmələrini VÖEN-ə bağlı bank kartına almağım vacibdir? (11 gün əvvəl)

Software Developer cavab verdi - Sifarişlərin çatdırılması üsulu (11 gün əvvəl)

Jorpy cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (12 gün əvvəl)

rdrobert cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (12 gün əvvəl)

rdrobert cavab verdi - canada ve america saytlarindan sifaris (12 gün əvvəl)

rdrobert cavab verdi - Sifarişlərin çatdırılması üsulu (12 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23254 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024