Domen almaq

Salam,bilmək istərdim məsləhətli domen (.com) haradan almaq olar və onu aldıqdan sonra necə yönləndirmə edə bilərəm..?


Yadda saxlama
Kateqoriya: Domen, hostinq, server . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(23:58, 14/03/2012 ) #10731

Salam Aqil bəy,

Domainlər üçün adətən
http://www.godaddy.com/
http://www.name.com/
istifadə edirəm. Saytlara daxil olaraq, sadəcə istədiyiniz domain adınıa axtarın əgər boşdursa add to card və proceed edin. Növbəti mərhələdə qeydiyyatdan keçib pulunu ödəyirsiniz.
Daha sonra isə, istifadəçi panelindən DNS records bölməsinə daxil olub, edit dns tıklayırsınız və istədiyiniz nsləri yazırsınız.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:03, 15/03/2012 ) #10754

Çox sagolun,Allah razi olsun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:33, 15/03/2012 ) #10783

Aqil_rm, məsləhətli domen???
.xxx.am bunlardan başqa qalanları məsləhətdi 🙂
Haradan almaq??
www.domain.com
www.register.com
www.name.com
və … 34 700 000 ədəd nəticə ilə digərləri 🙂

Sualın digər hissəsinə artıq Eyvazlı Ələkbər cavab verib.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:30, 15/03/2012 ) #10789

çox sagol..xxx mənlik deyil 🙂 onun qiyməti var prosta,mənasi yoxdu 🙂 bir söz də sorushum,wordpress vasitesile yaratdigim saytin tehlùkesizliyini nece artira bilerem? Umumiyyetle bele saytlari sindirmaq olur?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:32, 15/03/2012 ) #10797

    Bu sualın cavabını Elvin Hacı verər.

    Mənim cavabım: dünyada 100% təhlükəsiz, 100% təhlükəsizlik deyə bişey yoxdu.

    Nəyinsə ölçü vahidi, göstəricisinin 100% olması mütləqlik deməkdir. Ümumiyyətlə bu dünyada, qalaktikada, kainatda mütləq olan hansısa ölçü vahidi, keyfiyyət göstəricisi var?
    YOX. YOXDU. və ya hələ ki mənə məlum deyil 🙂 Mütləq olan hansısa ölçü vahidi, keyfiyyət göstəricisi bilirsinizsə bura yazın.

    Bütün ölçü vahidləri, keyfiyyət göstəriciləri NİSBİDİR.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:06, 16/03/2012 ) #10800

    Salam.
    İlk öncə qısaca deyim ki, WordPressdə etibarlı theme və pluginlərdən istifadə edərək sayt qursanız, heç bir əlavə tədbir görmədən təhlükəsiz bir sayta malik olmuş olarsınız. Arxayın olun.
    Ətraflı: Xeyr WordPress-də hazırlanmış saytların sındırılma ehtimalı 0-a yaxındır, 0-dır demirəm, çünki heç bir sistemin mükəmməlliyinə 100% zəmanət vermək olmaz, insandır, hardasa kiçik xəta yapa bilər. Amma WordPress core kodu üzərində illərdir çalışılır, ona görə də orada güman ki, artıq sındırılacaq nəsə qalmayıb, arabir(ildə bir, iki ildə bir) yeni versiyalarda kiçik security bug-lar olur ki, bunlar da qorxulu nəticələrə, sınmalara səbəb olacaq dərəcədə olmurlar.
    Amma yuxarıda dediklərim Core-yə aiddir. Theme və pluginlərin kodlarına WordPress cavabdeh deyil, ona görə də onların ancaq etibarlılarını işlətmək, hansını gəldi yükləməmək, özünüz sıfırdan qurduqda da yaxşıca analiz etmək lazımdır.

    Məhz plugin və theme məsələsinə görə də WordPressdə xeyli əlavə təhlükəsizlik metodları təklif olunur..
    Bu barədə əla bir yazı var ingiliscə, lazım olsa oxuyarsınız: http://wp.smashingmagazine.com/2011/11/10/securing-your-wordpress-website/
    Qısaca 3-nü sadalayım burada:
    admin userinin adını admin yox, başqa bir ad qoymaq.
    sql table prefixlərini wp_ yox başqa bir prefix seçmək.
    Bu iki metod saytda plugin və ya theme-lərdə ola biləcək boşluqlar zamanı baza və admin əmrlərini qoruyacaq addımlardır.
    wp-admin bölməsinə apache htpasswd parolu qoymaq – parolunuzu təsadüfən öyrənmiş adamın login olmasının qarşısını almaq üçün.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:56, 16/03/2012 ) #10805

Çox sagolun,çox köməyiniz dəydi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (21 dəqiqə əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (17 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (7 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (7 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (7 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (12 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (13 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (13 gün əvvəl)

Memmiroff cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (19 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23296 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024