Mən Windows 7-də Giriş panelinin arxa fonunu dəyişdirmək istəyirəm, amma bunu bacarmıram. Lütfən mənə bunu necə dəyişdirilməsi barədə kömək edərdiz.
Mən Windows 7-də Giriş panelinin arxa fonunu dəyişdirmək istəyirəm, amma bunu bacarmıram. Lütfən mənə bunu necə dəyişdirilməsi barədə kömək edərdiz.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
6
Bunu etməyiniz üçün lütfən bu videonu izləyin və ya aşağıda göstərilmiş şəkillərdə ki, kimi edin.
İlk öncə klaviaturada Windows+R düymələrini eyni anda sıxın və ya Star panelindən axtarış sətrinə regedit.exe ya da regedit yazaraq enteri sıxın. Açılan pəncərədə OK edərək sırası ilə bu sətirə gedin
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background
Sağ tərəfdə OEMBackground üzərinə iki dəfə klik edirik və aşağıdakı pəncərə açılır. Buradakı 0 rəqəmini 1 ilə əvəz edib OK edirik.
Burada işimiz bitdikdən sonra Start (Пуск) panelindən Komputerə daxil oluruq. Daha sonra sırasıyla Windows\System32\oobe\ qovluğuna daxil oluruq. Daxil olduqdan sonra info adlı qovluq yaradırıq və həmin qovluğa daxil olub backgrounds adlı qovluq yaradırıq.
backgrounds qovluğunda isə formatı JPG olan 256 kb həcmində olan hazırladğımız və ya qoyacağımız şəkili seçib, adını backgroundDefault.jpg şəklində qeyd edirik. Bu qədər artıq işlərimizi bitiririk. Necə olmağını görmək istəyirsizsə klaviaturada Windows+L düymələrini sıxaraq alınan nəticəni görə bilərsiz. Özünüzü çətinə salmaq istəmirsizsə sizə Windows 7 Logon Screen Rotator proqramını məsləhət görə bilərəm. Proqramı endirib quraşdırdıqdan sonra Desktop (Рабочий Стол) da siçının sağ düyməsin klikləyərək Logon Screen seçib dəyişikliyi edirik.
QEYD: Sual və cavab məlumatlandırıcı xarakter daşıyır.
Sual verin
Cavab verin