Ubuntu 11.10 install problemi

Salam,mən 6-7 ay olar ki , Ubuntu 11.04 yazmışdım cd dən. Bugün yenidən yazmaq istədim amma belə bir error gəldi : [code][/code][The installer encountered an error copying files to the hard disk/code] Netdə axtardım dəqiq bir cavab tapa bilmədim. Yenidən 11.10 köçürdüm , flash karta extract elədim .iso nu, flash vasitəsilə yenidən yazmağa çalışdım yenə eyni error gəldi. Nədən ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Xayal Ibrahimov (2012-04-03 14:19:13)
Kamranın dediyi programla, UltraIso

NModern (2012-04-03 02:39:00)
çox sağol. Fləş karta hansı proqramla yazırsan?

Xayal (2012-04-02 17:12:58)
Problem düzəldi, Ultraiso vasitəsilə birinci cdyə yazdım x24 ilə yenə eyni problem oldu, sonra flashkarta USB-HDD+ sürəti ilə yazdım problem düzəldi, deməli cd-yə yazmaq lazım olsa x16 ilə yazılmalıdı ki, yavaş-yavaş yazılsın hər hansı fayl xəsarət almasın. Hamıya təşəkkür

Xayal (2012-04-02 13:22:01)
Tural Əlisoy sağolun amma məndəki error o deyil, bir iki yerdə oxudum Kamranın dediyi kimi yazılıb ki, ola bilərki iso faylı yazılarkən sürətli olduğundan fayllar ziyan görüb ona görə yenidən yazın, elədə edəcəm görüm nəticəni yazaram.

Tural Əlisoy (2012-04-02 00:32:21)
Siz bu yolu yoxlayın görüz nə göstərir. cavablar.net/2011/10/25/exception-processing-message-c0000a3-parameters-75b4bf7c-4-75b4bf7c-75b4bf7c/

Kamran (2012-04-02 00:19:35)
2li sistem işlədəndə belə problem çıxır. ən yaxşısı siz Ultraİso programı vasitəsi ilə yüklədiyiniz İSO faylını yenidən diskə yazın oradan qurun. Məndədə eyni problem olmuşdu BİOS flaşı görmürdü.

Xayal Ibrahimov (2012-04-01 23:57:19)
cd-dən yükləyəndədə eyni problem yazılır, qəribəsi odu ki, indi problem çıxan disknən əvvəlcə yazmışam problemsiz yüklənibdi , əvvəlcə Windowsun yanına quraşdırandada eyni problem yarandı, sonra ümumilə Windowsu silib onu yazmağı yoxladım yenə eyni problem.

NModern (2012-04-01 21:15:04)
xarici disk qurğusu deyəndə disk oxudan nəzərdə tuturdum.

NModern (2012-04-01 21:14:41)
Məndə də eyni şey Netbuka fləş kartdan quraşdırmaq istəyərkən baş verib. 3-4 dəfə yoxladım, quraşdırma gedir, sonuna çatmağa az qalmış belə bir error çıxır. Düşünürəm ki bu fləş kartdan quraşdırıldığına görə baş verir. Xarici disk qurğusundan istifadə edin, bəlkə alındı. Alınsa mənə də xəbər edərsiz.

Tural Əlisoy (2012-04-01 19:41:03)
Salam. Siz bir kompüterdə iki ƏS istifadə edirsiz? Yoxsa Windowsu format edib Ubuntu yazırsız?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Oyunların Windows 7-dən Ubuntuya keçirilməsi

Linux niyə virus tanımır?

Windows-da VirtualBox

Ubuntu nədir?

Digitalocean və AZ domeni

Ubuntu 12.04 internet problemi