Salamlar hamınıza. Mən hetzner.de saytında olan dedicated serverlərdən birini gotürmək istəyirəm. Lakin bəzi suallarım var. Orda yazılıb ki, serverin qiyməti 50 euro. Mən sədecə 50 avro ödəyəcəm, bu qədər ? ingiliscə yaxşı bilmədiyimdən tam anlaya bilmədim. İnstall ilə birlikdə məncə o qiymətədi yoxsa özüm install etməliyəm? Cpanel və digər proqramlara görə də ayrıca pul ödəməliyəm? yoxsa ayda 50 avro verəcəm vəssalam, hamısı ona daxildi? Çox xahiş edirəm ətraflı izah edində mənə bu prosesi. Əvvəlcədən təşəkkür edirəm
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
3
baxdım, orada müxtəlif serverlər var, siz dediyiniz 50 dollara olan iki cürdür.
Dedicated Server x4 və Dedicated server EQ 4.
Bunlardan birincisinin quraşdırılmasına pul istəmirlər, ikincisinə isə istəyirlər.
Burda daha bir əmma var.
Terms hissəsində belə bir şey var: No minimum contract period, bu isə o deməkdir ki, Siz 1 aylıq pulu verin o serveri götürə bilməzsiniz, çox güman ki, 1 illik pulu əvvəlcədən istəyəcəklər. yəni 600 dollar.
Üstündə heç bir şey verilmir, nə cPanel nə Directadmin, cPanel əlavə olaraq aylıq 29 dollardır. Yəni bir sözlə Sizə root acces verirlər, nə istəyirsiz onu da edin.
2
Salam. Sayt Alman dilində olduğunda tam məlumat almaq olmur. Ancaq Əgər serverin kirayəsi o qədərdisə deməli heç bir proqram təminatı verilmir. Çünki ən ücüz server kirayəsi 140$-dı. Bütün proqramlar ilə birlikdə. Burdan baxa bilərsən.
3
indi gördüm ki, üstündə vvebmin verilir (o da ki, onsuz da havayıdır). Amma çox güman ki, Siz onunla işləyə bilmirsiniz.
-1
Men saytda olan Dedicated Server x4 serverini deyirdim. bele cixir ki o serveri 1 ayliq goturmek olmaz. olsada install olunan proqramlarin pulu ile ayliq 100 manata qeder cixacaq?
0
beli
0
ondansa ucuzvari bir dənə VPS götürüb işlədin də.
Sual verin
Cavab verin