Belədirki, mən komputeri yandırarkən göy qırmızı rəngdə qarışıq rənglər çıxır, windows yükləndikdən sonra mavi ekran açılır və qəribə yazılar yazılır. Amma 5 – 10 dəqiqədən sonra restart verdikdə normal açılır. Məncə ekran kartındadı problem. Bilən varsa necə düzəldə bilərəm?
İndidən təşəkkür!
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
3
Salam. Cox guman ki, sizim yuklediyiniz windiws da, problem var. Eyer ekranda kompyuter acildiqdan sonra hec bir problem yoxdursa, windowsdan ola biler problem.
1
Yox windowsu format eləmişəm yenə həmin qaydada olur, həmdəki Biosun belə yazıları qatışır. Komputeri yandıran kimi qarmaqarışıq rəqəmər həriflər yazılır.
0
Sizin kompüterin anaplatasında BİOS xarabdır! Bu cür defekt məhz BİOSundur. Biosu reset edib yoxlamagınız gerekdir. Bunun üçün akkumulyatoru chixarib, onun yanındakı cüt kontaktları qısa qapayıb 1 dəqiqə saxlayın. Sonra yeni akkumulyator taxıb kompüterinizi işə salın.
2
Hm, siz Linux LiveCD-ni yoxlayın,açılsa deməli problem windowsdadır. Başqa windows versiyasını tapın yazın. LiveCD elədir ki, sistemi cd diskə yazırsız, diski kompüterə qoyub boot rejimində kompüteri yandırırsız (kompüter yananda tez-tez F8,del, F12,F2 və cancel düymələrindən 1inəbasırsız, hər kompüterdə ayrı-ayrı olur, amma əsasən bu sadaladığım düymələrdən biri olur. Kompüter açılanda çox vaxt aşağıda hansı düymə olduğu qeyd olunur.) . Boot menyuda cd seçirsiz və açılmış səhifədə Try seçirsiz. Bununla sistem açılır və siz öz fayllarınıza və s. baxa bilirsiz.Əgər sistem açılmasa o zaman deməli sizdə problem kompüterin hissələrindən birində(hardware)-dir. Videokartda problem olanda kompüterdə o dediyiniz yazılar da gəlmir.
LiveCD üçün sistemi buradan pulsuz yükləyə bilərsiz.
1
Kompyuterimə ubuntu yazım?
1
yox, Sadəcə olaraq LiveCD düzəldin və ubuntunu liveCD-dən buraxın, bu kompüterdə heç nəyi dəyişmir, sadəcə olaraq görəcəksiz ki, fayllar və s. yerindədir ya yox, açılsa deməli problem Vindovsdadır, açılmasa deməli kompüterin hansısa hissəsi zədələnib.
0
mənim fikrimcə, BSOD (blue screen of death) mavi ölüm pəncərəsidi. lokal diskləri check up etsəniz düzələr. (my computer-C- sağ düymə-properties-servies-check up- hamısını qeyd edirsiz və ok)
1
Kompüter yanmadıqda və ya tez-tez error verdikdə my computer-də check etmək istədikdə dərhal mavi ekran gələcək.Bunu həll etmək üçün bütün son yazılan proqramları pozmaq,reyesteri təmizləmək və hər hansı bir antivirusun trial versiyası ilə check-up etmək lazımdır. Ya da sistemi təzədən yazmaq.
Sual verin
Cavab verin