Ümumi proqramlaşdırmaya aid kitab məsləhəti

Mən bəzi alqoritmik məsələləri həll etməkdə çətinlik çəkirəm. Belə ki, proqram yazarkən bu tip prosesləri müasir proqramlaşdırma dillərinin öz funksiyaları vasitəsi ilə həll etdiyim üçün bəzi fərqli məsələlər verildikdə onları çətinliklə həll edirəm. Ona görə, əsasən sıralama və axtarış alqoritmləri haqda ətraflı məlumat və qraflar haqqında ilkin anlayışlar olan başadüşülən dildə (yəni normal izahları olan) və alqoritmlərin izahı ilə yanaşı hər hansı proqramlaşdırma dilində uyğun kod nümunələri olan kitab axtarıram. Azərbaycan dilində belə bir və ya ümumilikdə “programming puzzle”-ların həlli üçün ümumi alqoritm anlayışını formalaşdıran normal mənbə tapmaq mümkündürmü? Mümkündürsə hansılarını məsləhət görərdiniz ? Öncədən təşəkkür.


Kateqoriya: Proqramlaşdırma . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(02:13, 21/04/2012 ) #13128

Başqa cavab yazanlar da olacaq yəqin. Qısaca da mən yazım –
Alqoritmin əsası riyazi məntiq və riyaziyyatdır.
Turbo Pascal-da təcrübəniz varmı? Dərin proqramlaşdırma bu tip platforma ilə başlanılmalıdır. Pascala aid misal məsələ kitabı çoxdur, azərbaycanca bilmirəm, amma Türkiyə türkcəsində var. O tip kitablarda riyazi, məntiqi, puzzle, qraf və.s. yönümlü çalışmalar olur, izahı ilə. Bunları həll etdikdən sonra özünüzü digər sistemlərdə bu bilikləri tətbiq etməyə hazır hesab edə bilərsiniz. İndi birbaşa vizual həlləri olan OOP platformalarda işləməyə başlamaq geri salır tələbələri. Şəxsən mən riyazi məsələləri həll etməmiş başlanılan proqramçılığa proqramçılıq kimi baxa bilmirəm, belə olanda bu hardasa kodçuluq, kodlarla işləyən mühəndis və.s. təriflərinə uya bilir, amma proqramçı anlayışının bazasında riyaziyyat, məntiq durur.
İkilik say sistemi, bul funksiyaları, bul cəbri, qraf, zəruri və kafilik və.s. anlayışlar və bölmələr haqda məlumatın olması çox zəruridir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:54, 21/04/2012 ) #13129

    Cavab üçün təşəkkür. Pascal ilə az-çox təcrübəm var. Daha doğrusu proqramlaşdırmanın ilkin anlayışlarını elə Pascal ilə sadə puzzle`ları həll edərək öyrənmişəm. Sizin qeyd etdiyiniz bul cəbri, qraflar və s. ilə əlaqəli türkcə kitab tapmışam. Sadəcə həmin kitabın yazarı da Türkiyədə fəaliyyət göstərən azərbaycanlı olduğu üçün fikirləşdim ki, yəqin bizim dildə də bu tip kitablar kifayət qədər olar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:59, 21/04/2012 ) #13169

9-cu sinif informatika dərsliyində pascal dilli izah olunur Düzdü kitabda müəyyən qədər səhvlər var ancaq, öyrənməyə nəsə var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:41, 21/04/2012 ) #13182

    Cavabınız üçün təşəkkür. Məndə Pascal ilə bağlı heç bir problem yoxdur. Mənə sadəcə məsələlər və izahları olan kitab lazımdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:45, 05/05/2012 ) #14893

Əgər ingilis dilini yaxşı bilirsinizsə Deitelin kitablarını məsləhət görürəm. freebookspot.es saytında istədiyiniz kitabı tapa bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026