Ümumi proqramlaşdırmaya aid kitab məsləhəti

Mən bəzi alqoritmik məsələləri həll etməkdə çətinlik çəkirəm. Belə ki, proqram yazarkən bu tip prosesləri müasir proqramlaşdırma dillərinin öz funksiyaları vasitəsi ilə həll etdiyim üçün bəzi fərqli məsələlər verildikdə onları çətinliklə həll edirəm. Ona görə, əsasən sıralama və axtarış alqoritmləri haqda ətraflı məlumat və qraflar haqqında ilkin anlayışlar olan başadüşülən dildə (yəni normal izahları olan) və alqoritmlərin izahı ilə yanaşı hər hansı proqramlaşdırma dilində uyğun kod nümunələri olan kitab axtarıram. Azərbaycan dilində belə bir və ya ümumilikdə "programming puzzle"-ların həlli üçün ümumi alqoritm anlayışını formalaşdıran normal mənbə tapmaq mümkündürmü? Mümkündürsə hansılarını məsləhət görərdiniz ? Öncədən təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

fightclub_husen (2012-05-05 22:45:55)
Əgər ingilis dilini yaxşı bilirsinizsə Deitelin kitablarını məsləhət görürəm. freebookspot.es saytında istədiyiniz kitabı tapa bilərsiniz.

Valeh Hajiyev (2012-04-21 12:41:34)
Cavabınız üçün təşəkkür. Məndə Pascal ilə bağlı heç bir problem yoxdur. Mənə sadəcə məsələlər və izahları olan kitab lazımdır.

Cabbarov Sübhan (2012-04-21 10:59:01)
9-cu sinif informatika dərsliyində pascal dilli izah olunur Düzdü kitabda müəyyən qədər səhvlər var ancaq, öyrənməyə nəsə var.

valeh (2012-04-21 02:54:22)
Cavab üçün təşəkkür. Pascal ilə az-çox təcrübəm var. Daha doğrusu proqramlaşdırmanın ilkin anlayışlarını elə Pascal ilə sadə puzzle`ları həll edərək öyrənmişəm. Sizin qeyd etdiyiniz bul cəbri, qraflar və s. ilə əlaqəli türkcə kitab tapmışam. Sadəcə həmin kitabın yazarı da Türkiyədə fəaliyyət göstərən azərbaycanlı olduğu üçün fikirləşdim ki, yəqin bizim dildə də bu tip kitablar kifayət qədər olar.

Elvin Hacı (2012-04-21 02:13:22)
Başqa cavab yazanlar da olacaq yəqin. Qısaca da mən yazım - Alqoritmin əsası riyazi məntiq və riyaziyyatdır. Turbo Pascal-da təcrübəniz varmı? Dərin proqramlaşdırma bu tip platforma ilə başlanılmalıdır. Pascala aid misal məsələ kitabı çoxdur, azərbaycanca bilmirəm, amma Türkiyə türkcəsində var. O tip kitablarda riyazi, məntiqi, puzzle, qraf və.s. yönümlü çalışmalar olur, izahı ilə. Bunları həll etdikdən sonra özünüzü digər sistemlərdə bu bilikləri tətbiq etməyə hazır hesab edə bilərsiniz. İndi birbaşa vizual həlləri olan OOP platformalarda işləməyə başlamaq geri salır tələbələri. Şəxsən mən riyazi məsələləri həll etməmiş başlanılan proqramçılığa proqramçılıq kimi baxa bilmirəm, belə olanda bu hardasa kodçuluq, kodlarla işləyən mühəndis və.s. təriflərinə uya bilir, amma proqramçı anlayışının bazasında riyaziyyat, məntiq durur. İkilik say sistemi, bul funksiyaları, bul cəbri, qraf, zəruri və kafilik və.s. anlayışlar və bölmələr haqda məlumatın olması çox zəruridir.