İnternet bankingə qoşulmaq üçün ən sərfəli bank hansıdır?

Salam. Sizcə, plastik kart əldə etmək və internet bankingə qoşulmaq üçün ən sərfəli şərtləri olan bank hansıdır? Öncədən təşəkkürlər!


Yadda saxlama
Kateqoriya: Elektron alış-veriş . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(12:22, 23/04/2012 ) #13408

Salam. Beynəlxalq bank bu xidməti pulsuz təqdim etsə də proqram təminatı dəhşətli dərəcədə əlverişsiz və köhnədir. Mən hesabım orda olduğundan açdırmışam, amma Windows istifadə etmədiyimdən yararlana bilmirəm, başqa kompda cəhd etmişdim, çox həssas və pis işləyir. 1. Ancaq Windows olmalıdır. 2. Ancaq İnternet Explorer olmalıdır, özü də məsləhət gördükləri 5 və ya 6-cı versiyadır. 3. Java install olunmuş olmalıdır kompda. 4. İnternet Explorer-lə təhlükəsizliklə bağlı sertifikat yaratmaq açar söz və.s. üçün xeyli iş görülməlidir(pdf təlimat verirlər). 5. Çox həssasdır, bir müddət istifadə etmədikdə bloka düşür, 2-3 dəfə səhv parol daxil edəndə neçə saatlıq bağlanır və.s.
Sistem çox köhnədir deyə belədir, çünki bank hesabı ilə işləməkçün bu qədər əngələ gərək yox idi, adi rahat interfeysdə müasir veb saytlarda pul ilə əməliyyatlar asanlıqla aparılır, https protokolu üzərindən. Daha nə sertifikatlar lazımdır, nə Java, nə də ki İnternet Explorer 6.
Amma ümumən Beynəlxalq Bank hesab açmaqda idarə etməkdə, xidmətdə yaxşıdır, qane edir.
Fikrimcə digər banklarla əlaqə saxlasanız, proqram təminatı haqda bilgi istəyin. Görün onlarda da belədirmi vəziyyət.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:44, 23/04/2012 ) #13410

Təklif olaraq Xalq Bank məsləhət görürəm. Ətraflı burada

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:59, 23/04/2012 ) #13428

Biyabırçılıqdı AzeriCard-ın internet banking sistemi. Mən ABB platin kartımı demək olar ki, ona görə istifadə etmirəm heç. Get ATM-dən 20 OTP şifrə götür, həmişə o kağızı özündə saxla, day nələr nələr. Elə birinci istifadədə dedim ki Başın üçün 🙂
Məsələn DəmirBankın sistemi (MilliKart) çox əla işləyir ona baxanda. İnterfeysi rahat, artıq funksiyalar yoxdur, təhlükəsizlik də normal səviyyədədir. Giriş üçün adi login parol (bir neca merheleli) istifade olunur. Daxilde odenish etmak isteseniz gerek elave OTP paroldan (e-mail ve SMS vasitesile almaq olur) istifade edib rejimi deyishesiniz. 1-2 defe istifade etsaniz öyrəşəcəksiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:38, 25/04/2012 ) #13570

Cavablarınız üçün təkrar təşəkkürlər,bəylər!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (8 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024