İnternet bankingə qoşulmaq üçün ən sərfəli bank hansıdır?

Salam. Sizcə, plastik kart əldə etmək və internet bankingə qoşulmaq üçün ən sərfəli şərtləri olan bank hansıdır? Öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Jurnalist (2012-04-25 00:38:46)
Cavablarınız üçün təkrar təşəkkürlər,bəylər!

Emil_Rustamov (2012-04-23 14:59:11)
Biyabırçılıqdı AzeriCard-ın internet banking sistemi. Mən ABB platin kartımı demək olar ki, ona görə istifadə etmirəm heç. Get ATM-dən 20 OTP şifrə götür, həmişə o kağızı özündə saxla, day nələr nələr. Elə birinci istifadədə dedim ki Başın üçün :) Məsələn DəmirBankın sistemi (MilliKart) çox əla işləyir ona baxanda. İnterfeysi rahat, artıq funksiyalar yoxdur, təhlükəsizlik də normal səviyyədədir. Giriş üçün adi login parol (bir neca merheleli) istifade olunur. Daxilde odenish etmak isteseniz gerek elave OTP paroldan (e-mail ve SMS vasitesile almaq olur) istifade edib rejimi deyishesiniz. 1-2 defe istifade etsaniz öyrəşəcəksiniz.

Tural Əlisoy (2012-04-23 12:44:43)
Təklif olaraq Xalq Bank məsləhət görürəm. Ətraflı burada

Elvin Hacı (2012-04-23 12:22:19)
Salam. Beynəlxalq bank bu xidməti pulsuz təqdim etsə də proqram təminatı dəhşətli dərəcədə əlverişsiz və köhnədir. Mən hesabım orda olduğundan açdırmışam, amma Windows istifadə etmədiyimdən yararlana bilmirəm, başqa kompda cəhd etmişdim, çox həssas və pis işləyir. 1. Ancaq Windows olmalıdır. 2. Ancaq İnternet Explorer olmalıdır, özü də məsləhət gördükləri 5 və ya 6-cı versiyadır. 3. Java install olunmuş olmalıdır kompda. 4. İnternet Explorer-lə təhlükəsizliklə bağlı sertifikat yaratmaq açar söz və.s. üçün xeyli iş görülməlidir(pdf təlimat verirlər). 5. Çox həssasdır, bir müddət istifadə etmədikdə bloka düşür, 2-3 dəfə səhv parol daxil edəndə neçə saatlıq bağlanır və.s. Sistem çox köhnədir deyə belədir, çünki bank hesabı ilə işləməkçün bu qədər əngələ gərək yox idi, adi rahat interfeysdə müasir veb saytlarda pul ilə əməliyyatlar asanlıqla aparılır, https protokolu üzərindən. Daha nə sertifikatlar lazımdır, nə Java, nə də ki İnternet Explorer 6. Amma ümumən Beynəlxalq Bank hesab açmaqda idarə etməkdə, xidmətdə yaxşıdır, qane edir. Fikrimcə digər banklarla əlaqə saxlasanız, proqram təminatı haqda bilgi istəyin. Görün onlarda da belədirmi vəziyyət.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Internet Banking-ə daxil olmaq

Kapital bank

İnternet bankingdə qeydiyyat