Ubuntu ƏS haqqında bir neçə sualım var.

Hər kəsə salam! Mən səhərdən bu saytda Ubuntu haqqında oxuyuram. Youtube-dədə bir neçə videoya baxdım. bu əməliyyat sistemi çox xoşuma gəldi. Amma qurmamışdan əvvəl dedim bəzi sullarım olacaq. Onların cavabını alım sonra quraram.

1) İlk öncə demək istəyirəm ki, mənim kompüterimin sistem göstəriciləri belədir: RAM 512 MB; Prosessor: Intel(R) Pentium (R) 4 CPU 3.06 Ghz (2CPUs); Videokart: səhv etmirəmsə 512 MB olmalı idi; Yaddaş (HDD): 80GB; ƏS: Windows Xp Sp3
Mənim kompüterimə Ubuntu ƏS gedir?

2) Bu Ubuntunun saytında oxudum ki, səhv etmirəmsə bu ƏS-in 3 tipi var: Desktop, Server, Cloud. Sizin fikrinizcə hansı daha sərfəli və yaxşıdır? Yəni mənə hansını qurmaq sərf edər?

3) Mən bir sıra lazımlı .exe formatlı (crack) proqramlardan istifadə edirəm. Bu proqramları Ubuntu ƏS-də wine adlı proqram ilə işlədə biləcəm? Yəni bu mümkündür?

4)Sizin fikrinizcə Ubuntunu hansı dildə quraşdırmaq daha sərfəlidir? Yəni Azərbaycanca quraşdırım yoxsa rusca?

5)Bu ƏS-i yazmaq üçün adi qaydada BİOS-dan yükləməliyəm? Yoxsa başqa cür? Çünki bu ƏS-in saytında yazılıb ki, nə bilim wubi kimi proqram var. O nə olan şeydir?

6) Bir də mən driverləri Ubuntuya necə köçürə bilərəm? Backup eliyim? Yoxsa başqa nəsə məsləhət görürsünüz?

7) Bəs mənə lazım olan faylları necə? Bu faylları D diskinə atıb, bu ƏS-i yazım? Yoxsa bu format zamanı D diski silinəcəksə mən fayllarımı fləş karta atım?

8) Ən sonda isə mən istəyirəm ki, bu ƏS-i fləş kart ilə ustanovka eliyim. Nə etməliyəm? Və Bios-da obzoru necə seçməliyəm?

Xahiş edirəm, mənə kömək edin. Sizi bu qədər suallla narahat etdiyimə görə üzr istəyirəm :)))) Əvvəlcədən təşəkkürlər.


Yadda saxlama
Kateqoriya: Linux və digər əməliyyat sistemləri . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

(20:53, 24/04/2012 ) #13564

1) ubuntu sizin sistem paramertlərinə uyğundur əgər vizual effekləri istifadə etməsəniz (like unity )
2) sizə Desktop lazımdır
3) wine`nın yaradılma məqsədi elə *exe run etməkdir
4) siz hansı dildə rahat use edə bilirsinizsə OS`ni onu seçin
5)Hə bios `dan Boot Priority`dən
6) XP `driver`lər NT kernel`inə görə yazılıb ,amma ubuntu isə Linux kernel istifadə edir odurki *exe`li driver`lər ubuntuda lazım deyil
7) siz butun faylariniz hansılarkı lazimlıdır onları Backup edin
sonda isə əgər linux ilə işləmə səriştəniz yoxdursa VT ilə sınaqdan keçirin oyrəşəndən sonra full instal edərsiniz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Məlumatlara görə çox sağ olun. Bir neçə sualım da var.

1) Bu format zamanı D diskini də format edim? Çünki, D diskində lazımsız fayllar çoxdu.
2) Bu mən də olan .exe formatlı fayllar crack versiyalarıdır. Onun Ubuntuya zərəri olmaz ki?
3) Axırıncı sualım yaddan çıxdı. Bu ƏS-i fləş kart ilə ustanovka eliyim. Nə etməliyəm? Və Bios-da obzoru necə seçməliyəm?
4) Bir də bu 1-ci sualınızın cavabını başa düşmədim. Vizual effektləri istifadə etməsəniz nə deməkdir?
5) Bir də ki mən 4-cü sualı ona görə verdim ki, yəni deyirəm ki, hansı dildə tərcümə zənginliyi çoxdu. Yəni hansı daha rahatdı?
6)Bir də xahiş edirəm mənə bu Əs-in yükləmə linkini verində. Çünki bunun saytında lap başımı itirmişəm :))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:02, 24/04/2012 ) #13567

4. Ingilis və ya rus
5. 3 yol var: Wubi yəni Windows daxilində app kimi. Sadəcə növbəti restartda boot-dan load olacaq adi qaydada. Fərq odur ki virtual diskdən boot olur, real diskdən yox. İkinci yol, adi qaydada boot install-ıdır. Bu zaman C diskinə yazıb D-ni saxlaya da bilərsiz və ya bütün sistemi format edə bilərsiz. 3cü yol CD və ya USB boot-dur, o demo üçün yaxşıdır, amma onu deyim ki köhnə kompüterlər(4-5 il əvvələdək çıxanlar) əsasən USB boot dəstəkləmir.
7. Mütləq backup edin, amma Ubuntunu install edəndə Cni seçin ki D qalsın qorunsun. Amma yenə də backup edin.
Ubuntu.com yükləmə linki 🙂 32 bit seçib yükləyin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Məlumat üçün çox sağ olun. Onda mən bu ubuntunu yüklüyüb (700 mb-lıq) sonra onu ya diskə ya da fləşə burn eliyib, elə yazaram kompüterə. Məncə heç bu wubi-yə heç ehtiyac yoxdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bəs birdə bir sual soruşum. Bu ubuntunu xp-nin üzərinə elə həmin ki yolla yazım? Məsələn( Biosa daxil olmaq — Lisenziya ilə razılaşmaq — C diskini silib, yenidən yaratmaq və ƏS-i ora yazmaq və s.) yəni bunun kimi? necə ki, əvvəllər yeni xp yazanda

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:24, 25/04/2012 ) #13589

    Xeyr. Ubuntunu CD-yə burn edib taxırsız kompa, kompu restart edirsiniz, restart zamanı F2, F8 və ya hansısa düyməylə(hər kompda fərqli ola bilir) keçirsiniz boot rejimində boot from CD verirsiniz, vəssalam. Gerisi artıq step step-dir. Sadəcə nəzərə alın ki backup etməyiniz yaxşı olar, çünki install zamanı bilmədən C və ya D əvəzinə bütün sistemi seçib format edərsiz, fayllarınız itər. Susma prinsipinə görə elə bütün sistemin formatı təklif olunur, siz özünüz onu dəyişib C partitionunu seçməlisiniz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Hə. Çox gözəl. Onda belə çıxır ki, Ubuntunu yazmaq windowsa nisbətən daha rahatdır. Mən fayllarımı ya fləş karta ya da başqa kompüterə köçürəcəm. Sizin dediyinizə görə də driverləri backup etməyə ehtiyac yoxdur. Amma mən istəyirəm ki, həm C həm də D diskini format edim. Çünki D diskindədə virus nə bilim lazımsız fayllar çoxdu. Nə məsləhət görürsünüz? Hər iki diski format edim?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:50, 25/04/2012 ) #13621

    Windowsun viruslarının, driverlərinin Ubuntuya dəxli yoxdur, odur ki D diskiniz virusla aşıb daşsa belə, bunun Ubuntuya hər hansı zərəri olmayacaq.
    Amma yenə də baxın da, necə istəyirsiz elə də edin.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Yəni ki, mən həm virus baxımından həm də orada lazımsız faylların olduğuna görə dedim. Yəni D diskini də format etmək olarda? Bir də bir sual soruşum. Bu ubuntunu yazdıqdan sonra kompüterin beyni təmiz boş olacaq. Yəni proqram paketi olmalıdı məndə. Necə ki, əvvəllər mxp-ni format edib ondan sonra xüusi disklər satırdılar ki, formatdan sonra xp-yə proqramlar yazılsın deyə. Bəs bu ubuntuda bunu necə eliyim? Xahiş edirəm kömək edərdizdə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:29, 25/04/2012 ) #13628

    Ubuntuda kompüterə lazım olan bütün driverlər avtomatik qurulur. Çatışmayan driver olsa, yuxarıda adınız yazılan yerin böründə setting var. Orada Additional Drivers seçib baxa bilər. Əsas nVidia qrafik kartının default driveri olmur, amma buradan avtomatik qurulur. Yenə də hansısa hissədə problem olsa ya bizdən soruşun ya da internetdə axtarın. Həmçinin Ubuntuda dil seçimində istədiyiniz dili seçib kompüteri o dildə işlədə bilərsiz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bəs proqramlar necə? Yadımdadı ki, windowsda ƏS-i yazdıqdan sonra kompüterdə proqram olmurdu. Əlavə disk zad alıb əsas proqramları yüklüyürdün. Buna ubuntuda ehtiyac yoxdur? Özü əsas proqramları yüklüyür? Mən dil seçimi dedikdə, dilin zənginliyi baxımından dedim. Axı mən bilən Azərbaycan dilində heç çoxlu sözlər tərcümə olunmayıb axı. Sözlərin 90%-i ingiliscə olacaq 🙁

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:00, 25/04/2012 ) #13632

    Azərbaycanca tərcümə hələ ki qaneedici səviyyədə deyil, ona görə rus və ya ingilis dili məsləhətdir.
    Ubuntuda heç bir disk lazım deyil proqramlar üçün. Başlanğıcda üstündə əsas lazımi proqramlar olur(şəkil,video,ofis və.s.), ondan sonrasını isə internet üzərindən işləyən Ubuntu Software Center adlı çox faydalı proqramı açaraq 10 minlərlə proqramı kataloq və axtarış şəklində görürsünüz. bəyəndiyinizi seçib install-a basırsınız vəssalam, proqram kompüterinizdədir. Nə warez sayta girmək lazımdır, nə 3 manatlıq disk almaq, nə torrentdən nəsə yükləmək, nə də internetdən crack keygen axtarmaq. Hər şey bir kliklə həll olunur, pulsuz və asan.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:31, 25/04/2012 ) #13636

Həmçinin Desura adlı proqram var, oyunlar üçün hazırlanıb. Həm pullu(elə də baha olmur) həm də pulsuz oyunlar var. Bir də Wine adlı proqramı Ubuntu Soft Centerdən yazıb Vindovsa aid proqramları onunla aça bilərsiz. Vindovs üçün olan ağır proqram və oyun disklərini isə PlayonLinux və ya Crossover ilə yazmaq olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Məlumatlara görə çox sağ olun. Həqiqətəndə bu ubuntu windowsa baxanda çox üstündür. Super! İNşallah rus dili ilə yazacağam.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:18, 25/04/2012 ) #13661

Salam.Mövzu açılmışkən mən də belə bir sual soruşmaq istəyirəm.Iso formatlı faylı burn etmək aydındır.Amma mən istəyirəm ki hər 2 əməliyyat sisteminnən eyni anda istifadə edə bilim.Komputeri yandırarkən istəyimnən asılı olaraq ubuntu və ya windows 7 sistemini işlədə bilim.Bunun üçün nə etməliyəm? Bir də faylı cd və ya dvd yə burn etməyimin bir fərqi var?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:33, 27/04/2012 ) #13877

    Yox, cd və dvd fərqi yoxdur.Amma əgər dvd yazacaqsızsa o zaman saytda dvd versiya var. Orda daha çox driver olur. Elə cd versiyanı da dvd-yə burn edə bilərsiz. Yazanda sizə seçim gələcək. Windowsu silmək, Vindovsu saxlamaq və Ubuntunu yazmaq,(orda həmçinin bu zaman hər iki sistemin kompüterdə işləyəcəyi deyilir.Bu siz istəyəndir) həmçinin something else bölməsi,orada siz diski bir neçə yerə bölə bilərsiz. Bir hissədə Vindovs,o birində Ubuntu.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (40 dəqiqə əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (2 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (3 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (3 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (3 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (15 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (16 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (16 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (16 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024