Desktop Proqramlaşdırma Java ya C#

Salam. Java vs C# bütün dünyadakı mübahisələri oxuyuruq görürük.. Bu sahələrdə biliyim çox azdır arada bir oxuyuram fikir yaratmaq üçün ama seçim çətinliyim var mənimdə.. Sualım bu iki dildə təcrübəsi olanlaradır. Desktop proqramlaşdırma üçün Java ya C# ?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

huseynaliyev (2012-06-03 19:23:49)
mən də seçim qarşısındayam açığı birinci desktop üçün yazmaq istəyirəm başlanğıc üçün gələcəyin və ya şəraitin tələbinə uyğun olaraq java-ya keçmək istəsəm dilə uyğunlaşmaqda problem yaşamazam yoxsa çətin oalr deyirsiz başdan java ilə başla?

fightclub_husen (2012-05-05 22:40:04)
C# öyrənsən deməli 75 faiz javanıda öyrənmiş olacaqsan çünki sintaksları demək olarki eynidir...Javanın üstünlüyü platformadan asılı olmamasıdır.C sharpda isə İDE üstünlüyü var.Bunları nəzərə almasaq javada edə bildiklərini c sharp ilə də edə bilərsən.

Onar Alili (2012-05-03 17:33:11)
Salam. Hər 2 dilin üstünlükləri var.Csharp haqqında deyirlər `VB qədər sadə,Java qədər geniş`.Məncə Csharpın Javadan yeganə və ən böyük əksiyi platforma məsələsidir.Yəni Java hər platformada işləyir ama Csharp üçün eyni sözü deyə bilmirik.Csharp və Java ilə tanış olsaz görəcəkiz ki quruluş olaraq eynidirlər çox oxşarlıqlar var.Java illərdir dünyada ən çox istifadə olunan dillərdəndir.Csharp yeni dildir javadan ilhamlanıb :).Çox fikirləşmiyin hansı dili öyrənim əsas bir dildən başlayın və məntiqi anlayın. Uğurlar

Elvin Hacı (2012-04-30 13:35:22)
Bəlkə oxumusunuz, amma yenə də. Burada 2 il öncə ətraflı müzakirə olub: http://cavablar.net/2010/06/09/java-n%c9%99d%c9%99n-baslayim/

Bahruz Garamammadov (2012-04-30 13:08:30)
C # - java-da silverlight, wpf kimi texnologiyalar yoxdu ona görə. javafx var, onu da nə sun o vaxtı nə də oracle indi təkmilləşdirmir. ama əgər proqram linux, unix ya makintoş tipli sistemlərdə işləyəcəksə onda java. linuxda mono üzərindən işlətmək olur ama yenə də c şarp .net üçündü.. silverlight, vvpf sadəcə yaxşı UX üçün gərəklidi. Desktopda UX vacibdi. veb-də də vacibdi ama veb də hamı java script istifadə etdiyi üçün silverlight ya vvpf üstünlük deyil. əgər UX sizin üçün ya müştəriniz üçün vacib deyilsə onda fərqi yoxdu hansı dili yaxşı bilirsiniz onda yazın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C++ aid məsələ

C# ilə Əbob əkob tapan proqram

C++ getwindowtext() səhvi

massiv proqramı qura bilmirəm

Hansı proqramlaşdırma dilini öyrənmək məsləhətlidir?

NetBeans-la bağlı problem