Salam.Mənim telefon nömrəm Azercell nömrəsidir yəni ki , Sim nömrədir və deyirlər ki , sim nömrədə elə etmək olur ki , facebook ismarıcları telefonun inbox-a gəlir.Bunu necə edim ki , mənim facebook ismarıclarım telefonumun inbox-a gəlsin? və buna kontur çıxacaq xidmət haqqı kimi?
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
1
Facebook hesabınızda bildirişlər bölümündən bunu aktiv edərək istəyinizə nail ola bilərsiz. Əgər çox bildiriş alırsıza bu narahat edici olacaq
0
ora girdim amma tapmadim siz deyeni zehmet deyilse genis yazin.
0
Bura daxil olun və “qısa mesajları aktivləşdir” sözünə klikləyin. Yerini səv salmışdım
0
cox xais edirem zehmet olmasa sekillerle basa salin basa dusum
2
İlk öncə nömrənizi əlavə edin. Şəkildə göstərildiyi kimi 4-üncü addıma keçərək 50nömrəniz şəkilində qeyd edirsiz.
Nömrənizi təsdiq etdikdən sonra operatorunuzu yəni Azercelli seçirsiz. Sonrakı addımda isə
F hərfini yazıb 3223-ə göndərin. gələn kodu aşağıdakı yerə daxil edib sonrakı addıma keçirsiz. Bu arada nömrənizin görünməsini istəmirsizsə növbəti addıma keçməmişdən qabaq xanadakı işarəni yığışdıra bilərsiz.
Sonuncu mərhələdə 1-inci göstərilmiş xanadakı işarəni yığışdırın. 2-inci də isə bildiriş almaq istədiyiniz şəxsin adını yaza bilərsiz. Messages bölümündə Never yazılıb. onu edit edərək Always edə bilərsiz. İstəsəz vaxt limizi qoyaraq müəyyən vaxt ərzində bildirişlər ala bilərsiz. Əlavə məlumat üçün bura daxil olun
0
Çox sağ olun.
0
Artıq bu xidmət işləmir.
Sual verin
Cavab verin