Java sual

Salam.belə bir misal var.bunu javada necə yazmaq olar?
Aşağıdakı məsələnin həll alqoritminin blok sxem təsvirini və alqoritmik dildə (istənilən) proqramını tərtib etməli…

A(N) və B(M) massivləri elementlərinin qiymətlərinin azalma istiqamətində nizamlanmısdır.Bu massivlərdən qiymətlərinin azalma istiqamətində nizamlanmiş C(N+M) massivini düzəltməli….


Yadda saxlama
Kateqoriya: Java . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

(19:58, 02/05/2012 ) #14275

bunun həllini sizə kimsə desə siz gedib dərsdən əla qiymət alacaqsınız. axırda da diplom alıb iş bazarında bu məsələni özü həll etmiş tələbələrə mane olacaqsız. bu da onların haqqını yeməkdi ki yaxşı bir iş deyil.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:22, 21/05/2012 ) #15707

    Behruz Qardasim Duz Deyir Deestekleyirem Bu Fikiri…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:20, 02/05/2012 ) #14277

Bu diplom isi deyil kurs isidir.haqqi yemek meselesine geldikde ise men hec kimin haqqini yemirem.sadece sizden komek istedim her seyi duz basa dussez yaxsi olar.nevaxtdan bilmediyini oyrenmek baskasinin haqqini yemek olub?!…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (08:11, 03/05/2012 ) #14297

    kurs işi də tədrisin bir hissəsidi nə fərqi var. siz bilmədiyinizi öyrənməyə çalışmırsız, rəsmən həll istiyirsiz mən də ona görə yazdım. bunun həllini kimsə desə siz guya nəsə öyrənmiş olacaqsız? sadəcə cavabı kurs işinə yazıb qiymət alacaqsız. qəbul eliyin ki bunun həlli sizə qiymət almaq üçün lazımdı. öyrənmək məsələ olsaydı sualı başqa cür qoyardınız, necə var bura yazmazdız. qəbul eləməsəz də burda kurs işinə həll axtarmaq bu məsələni özü yazan bütün tələbələrin haqqını yeməkdir. nə fərqi var ki burda həll soruşmaqla başqasından köçürməyin?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:02, 03/05/2012 ) #14301

Bəhruz m. bəlkə sadəcə həlli üçün istiqamət verilsin helə kömək edək?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:45, 03/05/2012 ) #14305

Salam. Dostlar mübahisə etməyək. 🙂
Mənim fikrimcə də məsələni olduğu kimi qoyub hazır həllini istəmək hər bir halda yanlışdır. Bəlkə də sualı verən bu mənada yazmayıb, mən heç nədə ittiham etmirəm, sadəcə sualdan belə çıxır. Çünki qoyulan problemdə SUAL yoxdur ki CAVAB da olsun, problemdə sadəcə tapşırığı həll etmək istəyi var. Sual-cavab saytında təbii ki tapşırıq həll edilə bilməz.
Məsələn yazılsaydı ki, mən C massivini qururam, amma sətir və sütun yerləri dəyişik düşür və ya proqram filan nömrəli filan mesajlı səhv verir və.s. – o halda sualın qoyuluşu tam ədalətli olardı.
Lütfən sualınızı dəqiqləşdirin, çətinliyiniz hardadır, onu deyin, köməklik edərik.
Hazır blok sxem tərtib edib alqoritmik dildə yazmağı hər halda məlumdur ki heç kim etməz, çünki bu artıq cavab verən yox, tapşırıq həll edənin öhdəliyidir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:28, 03/05/2012 ) #14312

Deməli belə. Sualın başlanğıcı JAVA ilə başladığına görə cavab verməyə biraz tərəddüd elədim, amma məlum olur ki, bunun JAVA ilə əlaqəsi yoxdur. Əvvəla onu deyim ki, kusr işiniz həqiqətən də çox maraqlıdır və bunun həll alqoritmi də çox maraqlıdır, ikinci də ki cavablar.net saytına bu cür həllərin yerləşdirilməsində pis bir şey görmürəm. Konkret problemin həllinə gəlincə isə aşağıdakıları təklif edə bilərəm:

Sizə 2 cərgə verlib A və B. Tutaq ki, A-nın k, B -nin isə n sayda elementi var. Həm də bu cərgələr azalma istiqamətində nizamlanıb. Məsələnin maraqlı tərəfi də elə burdadır. Əgər cərgələr nizamlanmış olmasaydı, onda C cərgəsinə əvvəlcə A-nın, sonra B -nin elementlərin əlavə edərdiniz, daha sonra hər -hansı nizamlama alqoritmi (puzırkovaya sortirovka misal üçün) tətbiq etməklə məsələni həll edərdiniz. Bu qayda indi də keçərlidir, amma müəllim qəbul etməz, çünki başlanğıc cərgələr nizamlanmış olduğundan
bir də onlara nizamlama tətbiq etmək çox israfçılıq olar.
Bu halda siz aşağıdakı alqoritmdən stifadə edə bilərsiniz: Fərqi yoxdur ya A-nın, ya -da B-nin elementlərini yoxlamağa başlayın. İlkin elementdən sonuncuya kimi. Onsuzda istənilən i üçün A[i] > A[i+1].
Siz eyni zamanda B nin elementlərini nəzərdən keçirməlisiniz və A -nın elementlərin B-ninki ilə müqaisə etməlisiniz. Əgər A[i] > B[j] onda j -ni artır və yenidən yoxla o vaxta qədər ki, bu şərt ödənir. Şərt pozulanda i-ni artır və yenidən müqaisə et. ödənməsə i-ni bir də artır, o vaxta qədər ki şərt ödənsin.
Həmişə i ilə j-nin qiymətlərini yadda saxla və elementləri bir-bir C -yə yerləşdir. Yekundə C -də A və B -nin elementlərindən ibarət nizamlanmış cərgə alınar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:27, 03/05/2012 ) #14318

Sagollun allah razi olsun.bir sey daha sorusum massivleri yazanda meselen:static int A[] = {5, 8, 11, 15, 18, 22};
static int B[] = {9, 15, 21, 25, 28, 45}; bes melum olmayan C massivini nece elan edim?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:05, 03/05/2012 ) #14323

Hansı dildə yazdığınızı qeyd etməmisiniz. Mən C++ -a aid nümunə verə bilərəm.
Elementləri static elan etməyə səbəb yoxdur, adi int tipindən də elan edə bilərsiniz. Yuxarıda yazdığınız nümunədə siz hər ikisi 6 elementi olan A və B massivləri elan etmisiniz. C massivi bu ikisinin elementlərini özündə saxlayacaq. Deməli C -də 12 element olmalıdır. Bunu

int  C[12];

kodu ilə elan edə bilərsiniz.
Nə sualınız olsa verin, heç nədən çəkinmək lazım deyil, addım-addım da olsa suallarınızı verə bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:24, 03/05/2012 ) #14325

A[] = {5, 8, 11, 15, 18, 22};
B[] = {9, 15, 21, 25, 28, 45}
Sizin tərtib edəcəyiniz proqram kodu veriimiş bu A və B massivlərinə görə aşağıdakı kimi C massivi yaratmalıdır.
C[] = {5, 8, 9 , 11, 15, 15, 18, 21, 22, 25, 28, 45}

Ziqzaqvari A-dan və B-dən götürməklə və nizamı gözləmək şərtilə. Həm də məsələnin şərtində ədələrin azalan sıra ilə düzüldüyü deyilir, nümunədə isə siz artan ədədlər ardıcıllığı vermisiniz.

A[] = { -> 5–8 11—15—18 22- }
| | || | | |
| | || | | |
B[] = { 9– 15 21– 25–28–45 -> }

A[] = {5, 8, 11, 15, 18, 22};
B[] = {9, 15, 21, 25, 28, 45}
C[] = {5, 8, 9 , 11, 15, 15, 18, 21, 22, 25, 28, 45}

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:42, 03/05/2012 ) #14326

ok.sagolun.
public class Ders {
public static void main(String[] args) {
int k = 0;
int A[] = {5, 8, 11, 15, 18, 22};
int B[] = {9, 15, 21, 25, 28};
int C[] = new int[A.length + B.length];

for (int i = 0; i> A.length; i++) {
C[k] = A[i];
k++;
}

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:42, 03/05/2012 ) #14327

    burada for bele yazmaq olar yoxsa sefdir?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:54, 03/05/2012 ) #14329

for (int i = 0; i> A.length; i++) sintaksis Java dilininə oxşayır, Mənim Java təcrübəm 0-dır. Ancaq adi nəzər salanda səhv olduğu görünür. i -yə ilk olaraq 0 qiyməti mənimsədirsiniz. Şərtdə də ki, i -nin 6 -dan böyük olduğunu yoxlayırsınız, Bu şərt elə başlanğıcdan ödənmir. ona görə dövr heç bir dəfə də təkrar olmaz.
aşağıdakı kimi olmalıdır
for (int i = 0; i< A.length; i++)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:23, 03/05/2012 ) #14330

    cox sagolun.basa dusdum.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:24, 03/05/2012 ) #14331

/*
* To change this template, choose Tools | Templates
* and open the template in the editor.
*/
package Serbestislerim;

public class NewClass {

public static void main(String[] args) {

int[] a = {2, 4, 6, 12, 16, 24, 35};
int[] b = {1, 3, 8, 9, 15, 45, 56, 78, 100};
int[] c = new int[16];
int x = 0;

// Add
System.arraycopy(a, 0, c, 0, a.length);

System.arraycopy(b, 0, c, a.length, b.length);

// Sort
for (int i = 0; i < c.length; i++) {

for (int j = 0; j c[j]) {

x = c[j];

c[j] = c[i];

c[i] = x;
}
}
}

for (int i = 0; i < c.length; i++) {

System.out.print(" " + c[i]);
}

}
}

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:28, 03/05/2012 ) #14333

    for (int j = 0; j c[j]) {

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (9 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024