brandbook.az saytı tam olaraq nədir?

Salam, weboxuda oxudum brandbook.az saytı açılıb. dəvətnamə ilə qeydiyyatdan keçdim. Sayt tam olaraq necə işləyir. Sadəcə biraz daha işləyişi haqqında məlumat almaq istəyirəm. yəni private shopping klubu deyirlər bunun nə olduğunu bilmək istərdim. Bu start-upı dəstəkləməyə dəyər?


Yadda saxlama
Kateqoriya: Nə nədir? Nəyi necə etməli? . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(22:21, 12/05/2012 ) #15260

brandbook.az e-ticarətin bir modeli olan private shoppingi tətbiq edir. Özəl alışveriş klubu da demək olar buna. Qapalı sistemlə işləyir. Yəni sadəcə dəvətnamə vasitəsiylə qeydiyyat etmək olur. Bu model Fransada yaranıb ilk dəfə. Sonra Amerikada bənzəri yarandı. Model özünü xarici bazarda isbat edib artıq. Hətta qardaş ölkə Türkiyədə e-ticarət bu modelin tətbiqi ilə çox böyüdü. Brandbook.az isə yeni başlayıb və Azərbaycanda ilk private shopping klubudur. İşlmə prinsipi haqqında məlumat verim. Qısa müddətli kompaniyalar təşkil edir. Hər bir brend üçün 7 günlük kompaniya açılır. 7 gündən sonra satışlar dayandırılır yəni kompaniyalar bağlanır və sonrakı 7 gündə fərqli brendlərlə yeni kompaniyalar açılır. Və bu o deməkdir ki 1 ayda bir birindən fərqli brendlərin məhsullarını almaq şansımız olur. Amma ən vacibi ENDİRİMLƏRdir. Brendlər ancaq endirimli qiymətləri ilə kompaniyaya çıxa bilərlər. Qiymətlər bazardakı qiymətlərdən aşağı olmalıdır. Bu endirimlərdən isə ancaq Kluba üzv olanlar yararlana bilərlər. Yəni brandbook.az bu fürsətləri ancaq öz üzvləri üçün yaradır. Digər diqqəti cəlb edən tərəf isə aldığımız məhsulu geri qaytara bilirik (Mağazalardan fərqli olaraq). Təbii ki bəzi təməl şərtlər var. Məs: geri qaytarılacaq məhsul istifadə olunmamış olmalıdır. Geri qaytarma müddəti isə 7 gündür. Bundan əlavə aldığımız məhsulun ünvanımıza çatdırılması kompaniya bitəndən sonra ən gec 14 gündür. Çatdırılma isə pulsuzdur. Qısacası brandbook.az belə işləyir. www.brandbook.az saytının bütün haqqları BRANDBOOK Ltd. şirkətinə aiddir. Azəraycanda E-Ticarət şirkətləri qurulmağa başlanıb. Brandbook.az investisiya alsa çox böyüyüyər. Bu həm də Azərbaycanda e-ticarət sahəsinin böyüməyi deməkdir. Bu startup-ı dəstəkləməyə dəyər. Nəinki Brandbook.az-ı, ölkəmizdə olan bütün startupları dəstəkləməliyik.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:30, 12/05/2012 ) #15262

Rustam suala göndərdiyin cavabını bura əlavə etdim. Çox sağol. Halal et.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:37, 14/05/2012 ) #15296

məni kim dəvət edeəcək ki məndə klub üzvü olum ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:47, 15/05/2012 ) #15396

Orda sayt acilan kimi ad familiya və email yazıb qeydiyyatdan keçin. Özləri göndərəcəklər sizə dəvət. Düzü hələlik normal bir brend zad yoxdur, amma yəqin işləməyə başlayarlar yaxın zamanda. Rusiyanın məşhur KupiVip.ru saytı kimi bir ideyadır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Elektron servis xidmətləri (6 gün əvvəl)

cavaninsan cavab verdi - Amerika səhmləri (15 gün əvvəl)

Software Developer cavab verdi - Amerika səhmləri (15 gün əvvəl)

SN cavab verdi - Kripto vergi (24 gün əvvəl)

Nicat97 cavab verdi - ilkaddimlar.com-a nə oldu? (31 gün əvvəl)

nicatmemmedli cavab verdi - Proqramlaşdırma - fəlsəfə (34 gün əvvəl)

nicatmemmedli cavab verdi - ilkaddimlar.com-a nə oldu? (34 gün əvvəl)

Software Developer cavab verdi - ilkaddimlar.com-a nə oldu? (45 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (54 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (56 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (56 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (56 gün əvvəl)

E. Hacı cavab verdi - Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır (56 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (57 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (57 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23309 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025