İP dəyişikliyi

Salam. iş yerimdə facebook, youtube kimi saytlara daxil ola bilmirəm. zəhmət olmasa köməklik göstərərdiz.


Yadda saxlama
Kateqoriya: İnternet bağlantı . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (17 cavab var)

(13:13, 14/05/2012 ) #15314

Salam
https://www.torproject.org/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:17, 14/05/2012 ) #15315

    bağışlayın, saytdakı linki endirmək lazımdır?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:20, 14/05/2012 ) #15316

Bəli Download Tor edin programdır yükleyin start edin connecting olacaq sonra özü browser açacaq orda yoxlayın daxil olamğı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:21, 14/05/2012 ) #15317

MS DOS-da ipconfig/release yazın entere basın.Sonrada ipconfig/renew yazın entere basın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:24, 14/05/2012 ) #15318

Və yaxudda
@echo off
ipconfig /flushdns
ipconfig /release
ipconfig /renew
exit
bu kodu notepad-a yazın bat formatına çevirib save edib faylı hər açanda ip dəyişəcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:06, 14/05/2012 ) #15321

    təşəkkür edirəm . amma təssüf kömək olmadı. yenə də user gate yazılır

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:14, 14/05/2012 ) #15330

    Bu dediklərinizin Firevall a nə dəxli var ki? release edib ip ni yeniləyəndə nə dəyişiklik baş verir ki? İP dəyişə bilməz! Cünki DHCP server (router, svitch və s.) ip verəndə mac addresə görə verir sən min dəfə release elə dhcp serverdə dəyişiklik olunmasa ip dəyişə bilməz…
    Belə bir şərtdə ola bilər. Bəlkə statik İP durub həmin şəxsin komputerində?

    Firevall qurulanda onsuzda orda lazım olan təhlükəsizlik tədbirləri qurulur. İP dəyişməklə internətə girə biləcəksənsə deməli ordakı Administrator ya Adminloxdu ya da başından edib yola verir…

    Bu yazdıqlarımı tənqid kimi qəbul etmə sadəcə göstərdiyin yolun yalnış olduğunu izah etməyə çalışdım gələcəkdə sənə də lazım olar bildiyin yol səni yarıda qoyar…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:20, 14/05/2012 ) #15323

iş yerində daxil ola bilmirsinzsə demək müdriyət istəmir daxil olmanızı:) sonra işinizə problem yaradarsınız.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:29, 14/05/2012 ) #15325

Salam. Firewall-dan firewall-a fərq var. Elə sərt firevallar var ki nə etsəniz də bir əlac tapa bilməyəcəksiniz. Elələri də var ki, proxy tunnel saytlar vasitəsilə qadağan olunmuş saytlara asanlıqla girmək olur.
Məsələn proxshare.com, wildtunnel.com və.s. yoxlayın girməsə deməli sərt firevalldur sizdə. Həm də yuxarıda deyildiyi kimi sabah problem çıxa bilər iş yerinizdə, məsləhət deyil. Bütün girdiyiniz saytlar server log-da qalır, sabah asanlıqla sübut edə bilərlər sizə ki, iş vaxtı qeyri iş saytına girmisiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:39, 14/05/2012 ) #15328

    demək qeydiyyat olur? onda həqiqətən girmək məsləhət deyil. Təşəkkür edirəm, kömək və məsləhətlər üçün.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:16, 14/05/2012 ) #15331

    Elvin bəlkə firevall dan keçirməyə lömək edək ? )) Admin sənsən, kömək sahəsi isə qeyri leqal istəkdi əgər icazə verirsənsə kömək edək keçirək ))

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:45, 14/05/2012 ) #15333

    Ruslan, düzü bu sualdakı istəyin qeyri leqal olması barədə əmin deyiləm, çünki burada pozulsa pozulsa sual verənin işlədiyi yerin idarədaxili intizamı pozula bilər, ki bunun nədən ibarət olduğu, ümumiyyətlə olub olmadığı haqda bilgimiz yoxdur. Ona görə də sualı moderasiyadan buraxdıq ki dərc olunsun. Amma hər bir halda yaxşı olar ki izah edilməsin belə şeylər. Faydalı nəsə öyrətmək lazım, zərərli yox 🙂 Həm də sual verən artıq yuxarıda log-lar barədə öyrəndikdən sonra vaz keçdi istəyindən mən bilən.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:07, 14/05/2012 ) #15334

    Nəttər Məsləhətdi )))

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:24, 14/05/2012 ) #15346

Bu iş yerlərindəki qadağalar heç cürə anya bilmirəm … keçənlərdə Adminlə söhbət eliyim bu barədə ki niyə əksər officail acces`lər denided olub .. Cavabı nə ola yaxşıdı Freedos servaka *exe paketlərindən virius düşür…
İndi siz fikirləşin Microsoft`un update`lərini bəzən manual edirmək lazım olur .. bu halda indi necə başa salansankı ay insan niyə parazitlik edirsən axı sistemi update etməkdə elədə qeyri leqal heçnə yoxdur ..
amma əksər Fb kimi social networklərdən istifadə demək olarki kreativlik gətiri əksər firmalara .. yəni bunu əngəlləməyin nə mənası var ?
ya heyif deyil mi ildə neçə milyon inet pul verilir elə ondansan bu xərci azaldıb neti kəsinlər əvəzində işçilərin maaşına əlavələr eləsinlər…. daha neynirlər gb`lar trafiki böşu-boşuna sərf edirlər özüdə elektron sənəd dövruyyəsinə bu trafikin çox cuzi hissəsi sər olunur ..
Elvin marğında olan onsuzda bu əngəli aşamağa calışacaq .. istəyir firewall ən sıx qaydalarla nizamlansın … istər istəməz bir bug tapan olur…
bir ehtimal deyimdə təsəvvür eləki elə vaxt olur sən o anlıq hansısa yararlı exe`li tools yükləyib excute etmək istəyirsən bu netdən endirmək olmur .. indi sən bundan ötrü hər dəqiqə adminin yanına qaçmalısan kı amandı bunu yüklə ver mənə yada gəl bunu instal elə bu client`ə ki mən onu istifadə edim

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:04, 15/05/2012 ) #15356

    exe freedos servaka virus dusur? siz eminsiz bele dediyine?

    Lap bize ise girmeye terifli adam gondermisdiler freedos da TMG qaldiriram demeyine oxshadi.. ))

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:36, 15/05/2012 ) #15361

    Salam. Qadağanın mən də əleyhinəyəm. Ümumiyyətlə işçi deadline-da işi təhvil verirsə, onun hansı sayta girməsinin nə etməsinin əhəmiyyəti olmamalı. Bir çox xarici şirkətlərdə də belədir.
    Amma elə şirkətlər də var ki firevall qadağasına üstünlük verir və biz buna da hörmətlə yanaşmalıyıq. Hər şirkətin öz daxili nizam intizam qaydaları mövcuddur.
    Əngəli aşmaq istəyən aşacaq deyirsiniz, bu belə deyil, sərt firevall məhdudiyyətini aşmaq üçün gərək bu sistemdən baş çıxaran bir adam olasan. Orta statistik bir şirkətdə isə belə işçilərin sayı adətən 0 olur, ya olanda da olsun 1-2. Hər hansı mühasibatçı, laborant, tərcüməçi və.s. hardan bilsin ki firevall necə aşılır və yaxud proxy tunnel məntiqi nə deməkdir. Məsələn mən tanıdığım bir şirkətdə odnoklassniki qadağan olunub, nəticədə əvvəl hər gün 300-400 nəfər girirdisə o sayta, indi 1-2 nəfər girə bilir. Amma 300-ün hamısı GİRMƏK İSTƏYƏNLƏR qrupuna daxildir, sadəcə bacarmırlar. Çünki sadə proxy saytlar ilə belə girməyin də qarşısı alınıb.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:50, 15/05/2012 ) #15368

    Təbiidir. Azeərbaycanda bu düzgündür Elvin. Bizdə anlayış xaricdən fərqlidir. İşçi əlinə şans düşəndə bütün günü çatlaşmağa üstünlük verir nəinki işləməyə. Ona görə də bağlamaq səmərəlidir. Şəxsi təcrübəmdir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (17 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (16 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024