MS SQL və Oracle

Salam dostlar.Mən database öyrənmək istəyirəm.Amma seçim arasında qalmışam.Microsoft SQL Server yoxsa Oracle? Sizcə hansından başlamalıyam?MS SQL-dən sonra Oracle-ı neçə ilə və yaxud aya öyrənə bilərəm?


Yadda saxlama
Kateqoriya: Proqramlaşdırma . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(12:31, 14/05/2012 ) #15307

Salam
Siz təməl olaraq SQL dili öyrənin.
Bu 2si arasında seçim etmeyə vaxt itirməyin.İllərdir bu iki platforma müharibəsi gedir və bitmir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:47, 14/05/2012 ) #15308

Delphidən qalan database(interbase) biliklərim var.SQL komandalarını öyrənmək eşitdiyimə görə 1 həftə vaxt aparır.Mənə əsas maraqlı olan odur ki, Azərbaycanda ən çox hansına tələbat var.Və birdə bu ikisi arasındakı oxşarlıq nə qədərdir? MS SQL tam bilsəm ondan sonra Oracle öyrənməyə çox vaxtım gedər? P.S Köməyiniz üçün təşəkkürlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:00, 14/05/2012 ) #15312

    Oracle mütəxəssisi Azərbaycanda MS SQL nisbətən daha azdır və təlabat var.SQL dilinən başqa oxşarlıq yoxdur.Oracle öyrənməyə daha çox vaxtınız gedər məncə.SQL 1 həftəlik bir dil deyil təbii ki işin həcminən aslıdır.Açığı Azərbaycan Oracle dba çox maaş istiyəcək deyə MS SQL istifadə edirlər 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:49, 14/05/2012 ) #15309

Salam. Bəli əsas olan SQL-dir, SQL-i öyrənin.
Sonrakı mərhələdə seçimi edin. Şəxsən mən birmənalı olaraq Oracle məsləhət görərdim. Oracle daha populyardır, daha dərindir, karyera baxımından qat-qat daha perpsektivlidir, “əjdaha” sertifikatları var, hansı ki əlində olanda iş tapmaq çox asan olur(düzdür Microsoftun da sertifikatları olur təbii ki), Cross-platform-dur yəni bütün əməliyyat sistemlərini dəstəkləyir, Express Edition tam pulsuzdur, kompda install edib rahat rahat öyrənə bilərsiniz.
Amma Oracle-a keçsəniz PL/SQL də öyrənməli olacaqsınız. PL/SQL qaba formada desək Pascal dilində olan SQL əmrləridir. Maraqlı bir dildir.
Hər bir halda Oracle məsləhətlidir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:57, 14/05/2012 ) #15310

Köməyiniz üçüm çox sağolun Elvin..Məndə istəyirəm Oracle başlayım amma programlama dili olaraq C# öyrəndiyimdən Oracle-nin burda problem olacağını düşünürəm.MS SQL və C# eyni şirkətə tabedir.Java və Oraclə isə Oracle şirkətinə.Ona görə belə bir seçim qarşısında qalmışam.C sharpdada çox irəlilədiyim üçün atıb Javaya keçmək istəmirəm.Amma bu iki dilin sintaksaları demək olarki eyni olduğundan C sharpı tam öyrəndikdən sonra Javaya keçmək daha rahat olar məncə ordanda Oracle-a.Siz necə fikirləşirsiniz? Bu arada bütün köməkləriniz üçün təşəkkürümü bildirirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:17, 14/05/2012 ) #15322

    proqramlama dili ilə dbms seçimi arasında asılıq elə də güclü deyil. bu mövu əslində arxitektura mövzusudu. developer olaraq sizə lazım deyil indidən bu haqda fikirləşmək. c sharp ilə oracle necə lazımdı işləyəcək. qarşınıza problem çıxmamalıdır. eləcə də java ilə sql server normaldan yaxşı işləyir. yəni bu qərarda baş sındırmayın. elə oracle öyrənmək istəyirsinizə öyrənin c sharpa bir maneə olmayacaq. sadə dillə desək oracle + java oracle+c sharpdan daha yaxşı işləyir, eynilə c sharp+sql server java +sql serverdən daha yaxşı işləyir. bu o demək deyil ki c sharp oracle ilə pis işləyir ya java sql server ilə pis işləyir. aradakı fərqi o qədər cüzi və dərindədirki siz hiss etməyəcəksiz, hiss etmək üçün də təcrübə lazımdı. ona görə elə oracle öyrənmək istiyirsinizsə başlıyın onu öyrənin.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:45, 15/05/2012 ) #15363

    İlk sualdan sonra sandım ki siz sırf DB ilə maraqlanırsınız ona görə o cavabı yazdım. Siz developersinizsə başqa məsələ.
    Yuxarıda da Bəhruz düz qeyd elədi. Siz developersinizsə, DB barədə ayrı mövzu olaraq düşünmək lazım deyil. Developerlər üçün DB ayrı şey deməkdir, DB-çilər üçün DB ayrı şey. Məsələn mən əvvəllər ancaq MySQL ilə təcrübəm varkən sonradan nəsə oxumadan Oracle, MSSQL bazaları ilə də asanlıqla işləməyə başladım. Çünki baza administrasiyası, arxitekturası yox, sorğularla məşğulam. Necə deyərlər bazanın içində işləməklə yox, bazaya kənardan touch etməklə məşğul olmaq. SQL sorğular, view,table,stored procedure, trigger və.s. Bu saydıqlarım isə demək olar bütün DB-lərdə eynidir və ya çox oxşardır.
    Odur ki, siz əsas SQL-in özünü yaxşı öyrənin sonra da ya MSSQL-də ya da Oracle-də sizə lazım olan işləri görün.
    C#-la işləyirsinizsə, onda kompaktlıq üçün elə MsSQL ilə işləyin. Gələcəkdə Java-Oracle-a keçe bilərsiniz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:26, 14/05/2012 ) #15324

Bəhruz qaqa çox sağol elə mənədə əsas maraqlı olan bu idi.Təşəkkü edirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:25, 14/05/2012 ) #15342

eshitdiyime gore Oracl daha qeliz bazalara nezaret etmek ucundur.ve tebiiki qarshiliginda oracl admistrator digerlerinden daha cox emek haqqi alir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:40, 14/05/2012 ) #15344

MS SQL bilen adam daha daha doğrusu MS sertifikatı olan adam Azərbaycanda heç olmasa ayda 1000-1500 manat qazana bilər? 🙂 Birdəki mənim 21 yaşım var bu işlərə başlamaq üçün gec deyil? 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:04, 14/05/2012 ) #15349

    Öyrənmək heç vaxt gec deyil.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (18 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024