MS SQL və Oracle

Salam dostlar.Mən database öyrənmək istəyirəm.Amma seçim arasında qalmışam.Microsoft SQL Server yoxsa Oracle? Sizcə hansından başlamalıyam?MS SQL-dən sonra Oracle-ı neçə ilə və yaxud aya öyrənə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Elvin Hacı (2012-05-15 09:45:45)
İlk sualdan sonra sandım ki siz sırf DB ilə maraqlanırsınız ona görə o cavabı yazdım. Siz developersinizsə başqa məsələ. Yuxarıda da Bəhruz düz qeyd elədi. Siz developersinizsə, DB barədə ayrı mövzu olaraq düşünmək lazım deyil. Developerlər üçün DB ayrı şey deməkdir, DB-çilər üçün DB ayrı şey. Məsələn mən əvvəllər ancaq MySQL ilə təcrübəm varkən sonradan nəsə oxumadan Oracle, MSSQL bazaları ilə də asanlıqla işləməyə başladım. Çünki baza administrasiyası, arxitekturası yox, sorğularla məşğulam. Necə deyərlər bazanın içində işləməklə yox, bazaya kənardan touch etməklə məşğul olmaq. SQL sorğular, view,table,stored procedure, trigger və.s. Bu saydıqlarım isə demək olar bütün DB-lərdə eynidir və ya çox oxşardır. Odur ki, siz əsas SQL-in özünü yaxşı öyrənin sonra da ya MSSQL-də ya da Oracle-də sizə lazım olan işləri görün. C#-la işləyirsinizsə, onda kompaktlıq üçün elə MsSQL ilə işləyin. Gələcəkdə Java-Oracle-a keçe bilərsiniz.

Onar Alili (2012-05-14 23:04:25)
Öyrənmək heç vaxt gec deyil.

fightclub_husen (2012-05-14 19:40:42)
MS SQL bilen adam daha daha doğrusu MS sertifikatı olan adam Azərbaycanda heç olmasa ayda 1000-1500 manat qazana bilər? :) Birdəki mənim 21 yaşım var bu işlərə başlamaq üçün gec deyil? :)

Ali (2012-05-14 18:25:41)
eshitdiyime gore Oracl daha qeliz bazalara nezaret etmek ucundur.ve tebiiki qarshiliginda oracl admistrator digerlerinden daha cox emek haqqi alir.

fightclub_husen (2012-05-14 14:26:45)
Bəhruz qaqa çox sağol elə mənədə əsas maraqlı olan bu idi.Təşəkkü edirəm.

Bahruz Garamammadov (2012-05-14 14:17:32)
proqramlama dili ilə dbms seçimi arasında asılıq elə də güclü deyil. bu mövu əslində arxitektura mövzusudu. developer olaraq sizə lazım deyil indidən bu haqda fikirləşmək. c sharp ilə oracle necə lazımdı işləyəcək. qarşınıza problem çıxmamalıdır. eləcə də java ilə sql server normaldan yaxşı işləyir. yəni bu qərarda baş sındırmayın. elə oracle öyrənmək istəyirsinizə öyrənin c sharpa bir maneə olmayacaq. sadə dillə desək oracle + java oracle+c sharpdan daha yaxşı işləyir, eynilə c sharp+sql server java +sql serverdən daha yaxşı işləyir. bu o demək deyil ki c sharp oracle ilə pis işləyir ya java sql server ilə pis işləyir. aradakı fərqi o qədər cüzi və dərindədirki siz hiss etməyəcəksiz, hiss etmək üçün də təcrübə lazımdı. ona görə elə oracle öyrənmək istiyirsinizsə başlıyın onu öyrənin.

Onar Alili (2012-05-14 13:00:36)
Oracle mütəxəssisi Azərbaycanda MS SQL nisbətən daha azdır və təlabat var.SQL dilinən başqa oxşarlıq yoxdur.Oracle öyrənməyə daha çox vaxtınız gedər məncə.SQL 1 həftəlik bir dil deyil təbii ki işin həcminən aslıdır.Açığı Azərbaycan Oracle dba çox maaş istiyəcək deyə MS SQL istifadə edirlər :)

fightclub_husen (2012-05-14 12:57:41)
Köməyiniz üçüm çox sağolun Elvin..Məndə istəyirəm Oracle başlayım amma programlama dili olaraq C# öyrəndiyimdən Oracle-nin burda problem olacağını düşünürəm.MS SQL və C# eyni şirkətə tabedir.Java və Oraclə isə Oracle şirkətinə.Ona görə belə bir seçim qarşısında qalmışam.C sharpdada çox irəlilədiyim üçün atıb Javaya keçmək istəmirəm.Amma bu iki dilin sintaksaları demək olarki eyni olduğundan C sharpı tam öyrəndikdən sonra Javaya keçmək daha rahat olar məncə ordanda Oracle-a.Siz necə fikirləşirsiniz? Bu arada bütün köməkləriniz üçün təşəkkürümü bildirirəm.

Elvin Hacı (2012-05-14 12:49:55)
Salam. Bəli əsas olan SQL-dir, SQL-i öyrənin. Sonrakı mərhələdə seçimi edin. Şəxsən mən birmənalı olaraq Oracle məsləhət görərdim. Oracle daha populyardır, daha dərindir, karyera baxımından qat-qat daha perpsektivlidir, "əjdaha" sertifikatları var, hansı ki əlində olanda iş tapmaq çox asan olur(düzdür Microsoftun da sertifikatları olur təbii ki), Cross-platform-dur yəni bütün əməliyyat sistemlərini dəstəkləyir, Express Edition tam pulsuzdur, kompda install edib rahat rahat öyrənə bilərsiniz. Amma Oracle-a keçsəniz PL/SQL də öyrənməli olacaqsınız. PL/SQL qaba formada desək Pascal dilində olan SQL əmrləridir. Maraqlı bir dildir. Hər bir halda Oracle məsləhətlidir.

fightclub_husen (2012-05-14 12:47:46)
Delphidən qalan database(interbase) biliklərim var.SQL komandalarını öyrənmək eşitdiyimə görə 1 həftə vaxt aparır.Mənə əsas maraqlı olan odur ki, Azərbaycanda ən çox hansına tələbat var.Və birdə bu ikisi arasındakı oxşarlıq nə qədərdir? MS SQL tam bilsəm ondan sonra Oracle öyrənməyə çox vaxtım gedər? P.S Köməyiniz üçün təşəkkürlər.

Onar Alili (2012-05-14 12:31:49)
Salam Siz təməl olaraq SQL dili öyrənin. Bu 2si arasında seçim etmeyə vaxt itirməyin.İllərdir bu iki platforma müharibəsi gedir və bitmir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kompyuterdə VPN necə quraşdırılır.

Hosting web deploy

Oracle log fayllar

Oracle-da drop, alter, delete, insert, update edilmiş cədvvəllərin siyahısı və hansı user tərəfindən edildiyini tapmaq

İnstagramdakı butikə data qurmaq

Paradox to MS SQL