MS Excel-də kalkulyator düsturu

Mənə microsoft excel-də kalkulyator hesablama düsturu lazımdı.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Şəhriyar (2012-05-24 11:21:58)
çox sağol.

Mehman Elxanoglu (2012-05-19 10:20:52)
Birdən milyona kimi ədədləri sütun üzrə ardıcıl yazmaq istəyirsinizsə, A1 xanasına "1", A2 xanasına "2", A3 xansına "3" yazırıq (ilk üç həddi yazmaq kifayət edir ki, Excel növbəti həddi tapıb. xanaya yazsın). Sonra siçanla A1, A2 və A3 xanalarını qeyd edirik (bu əməliyyatı klaviaturadan Shift ilə də edə bilərsiniz). Sonra siçanı qeyd etdiyimiz xanaların sol aşağı küncündəki qara kvadratın üstünə gətiririk. Bundan sonra Excelin ənənəvi "plus" işarəsi dəyişərək fərqli "plus" işarəsinə çevriləcəkdir. Fərqli "plus" işarəsini gördükdə siçanın sol düyməsini sıxıb, buraxmadan aşağı çəkirik və istədiyiniz nömrəyə çatdıqda əlimizi buraxırıq.

Şəhriyar (2012-05-18 11:24:34)
qardaş mənə lazımdı rəqəmləri ardıcıl birdən milyona kimi avtomatik yazılması.

Onar Alili (2012-05-16 12:47:17)
Sualınız tam aydın yazın.Aşağdakı adressdə excel üzərində bəzi hesablama əməliyyatları nümunələri var. http://office.microsoft.com/en-us/excel-help/calculate-percentages-HP001141712.aspx

Bahruz Garamammadov (2012-05-16 12:29:08)
kalkulyator düsturu nəyə deyirisiz? kalkulyator müxtəlif əməliyatları yerinə yetirir, onun hansısa sabit düsturu yoxdur. sadə toplama çıxma əməliyatları onsuz da bütün xanalarda etmək olur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Excelde səhifələrin toplanması

Excel funksiyalarının izahı

C++ və Excel

TimeSheet excel

Exceldə yaddaş xətası

MC Office proqramları – Sumqayıt