Salam, mən başqa bir saytdan paypal hesabıma pul köçürtək istəyirəm. Məsələ orasındadır ki, həmin pulu paypaldan öz kart hesabıma köçürdə bilməyəcəm, çünki paypal Azərbaycan banklarına pul göndərmir.
1) Belə olan halda paypal həmin pulu necə edəcək? Paypal pul saxlayır, yoxsa onu geri həmin sayta gəndərəcək? Pul saxlayırsa, neçə müddət saxlayacaq?
2) Paypala göndərdiyim pulla ebayda və başqa saytlarda alış-veriş edə bilərəm?
Cavablarınıza görə əvvəlcədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
0
Dimeli mende tezelikce bele problemle rastlashdim. Lakin paypal qeydiyyatiniz varsa siz alish verish ede bilersiniz ve paypala pul kocurmeden sadece kartinizi paypala daxil edirsiniz ebaydan alish verish etdikde paypal ozu sizin kartinizda pul cixarir. Lakin paypal hele Azerbaycan ucun pul kocurmelerini etmirşyeni sizin paypal hesabiniza hec kim pul kocure bilmezş Bu Azerbaycan ucun beledir
0
Bunları bilirəm. Sadəcə bilmək istəyirəm ki, başqa bir saytdan paypala köçürtdüyüm pul necə olacaq? Həmin puldan istifadə edə biləcəmmi? Paypal o pulu neyləyəcək?
0
Salam. Paypal pulu saxlaya bilir mən bilən. Düzü mən əvvəllər elə sanırdım ki paypalda saxlama xüsusiyyəti yoxdur, pulu sadəcə ötürür, ötürə bilməsə ödəyənə geri qaytarır əməliyyatı ləğv edir. Amma sonralar eşitdim ki yox Paypal pulu saxlaya bilir, pulu oradanca xərcləmək də olar. İngilisdilli saytlarda axtarışım nəticə vermədi, çünki ingilisdilli ölkələrlə bu problem yoxdur, bütün banklar Paypalla əla işləyir, bu problem heç kimin ağlına belə gəlməyib. Rusdilli internetdə isə nəticə tapdım, orda da təsdiqlənir ki, əgər normal təsdiqlənmiş paypal hesabınız varsa, siz pulu orada qəbul etdikdən sonra saxlaya və xərcləyə bilərsiniz. Sonra özümüzdə yoxladıq dostlarla və alınmadı. Çünki Azərbaycan üzrə ancaq pul göndərmək imkanı var. Belə bir səhv mesajı çıxdı:
“Currently PayPal accounts in Azerbaijan Republic are only able to send payments. This recipient is not eligible to receive funds.”
Beləliklə yekun nəticə bu ki, ümumiyyətlə bu imkan Paypalda var, amma ancaq pul göndərmək funksiyası aktiv olan Azərbaycan kimi ölkələrin istifadəçiləri üçün bu funksiya aktiv deyil.
0
Indi məsələn bir saytdaki pulumu paypala göndərə bilməyəcəm elə? Göndərsəm necə olacaq o pul?
0
Aha indi catdı cavabınız, təşəkkür edirəm..
1
paypalda ölkələr 3 cür sinifə ayrılır.
Birinci sinifə hər bir əməliyyat olar. (Misal Amerika, Kanada. bəzi avropa ölkələri və sair)
İkinci sinif qismən əməliyyat olar. məsələn pul ala bilərsən (Danimarka və bəzi avropa ölkələri)
ücüncü sinif isə yalnız kartdan pul köcürə bilərsən buda Azərbaycan kimi ölkədi. pul qəbul etmir.
Ölkələrə bax
Sual verin
Cavab verin