Noutbukda kameraya daxil olarkən, səs xışıltılı olur. Görüntü normaldır. Amma səs çox xışıltılı-uğultulu olur. Səhv etmirəmsə, ona şum effekti deyilir. Xüsusən də video çat-a daxil olanda (məs, mail.ru, skype və.s.) xışıltı olur. Səsi necə ayarlamaq lazımdır ki, normal olsun.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
bəs musiqiyə qulaq asdıqda necə? xışıltılı olur?
0
Yox musiqiyə qulaq asdıqda, təmiz səs olur. Xışıltı ancaq kamera açılarkən, olur. Hətta sakit durub gözləyirəm ki, nə vaxt xışıltı-uğultu nə vaxt kəsəcək.
0
onda bəlkə siz camera driverini pozub yenidən yazasınız.
Sual verin
Cavab verin