Salam. Flaş oyun saytı scriptində açıqlama mətn qutusuna aşagıdakı kodu yazdıqda kod bazaya 2 ədəd “\” işarəsi əlavə olunmuş şəkildə yazılır. Bunun səbəbi nədir? Əvvəlcədən təşəkkürlər.
Daxil etdiyim mətn
<a href="#xaltab">Xallar</a>
Bazaya yazılan mətn
<a href=\"#xaltab\">Xallar</a>
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
İnyeksiya təhlükəsinə qarşı serveriin default müdafiəsidir bu, magic quotes aktivdir php.ini faylında. Elə də olmalıdır. Qoyun elə də qalsın bazada. Sadəcə oxuyarkən echo $sizin_data əvəzinə echo stripslashes($sizin_data); işlədin. Ümumiyyətlə isə bazaya yazılarkən mysql_real_escape_string($data), oxuyarkən htmlspecialchars() funksiyalarından istifadə etmək məsləhətdir
0
Çox sağ olun. Təşəkkürlər.
Sual verin
Cavab verin