Salam. Windows sistemi yüklənmiş kompüterin ip ünvanını və hostname -ni örgənməliyəm. Sistemdə problem olduğundan onu yükləmək mümkün deyil. Live Linux diskindən yükləyib sərt diki mount edib orada olan faylları görə bilirəm.
Bilmək istəyirəm İP ünvan və hostname barədə məlumatlar hansı faylda yerləşir, əgər ümumiyyətlə windows şəbəkə konfiqurasiyası barədə məlumatı mətn faylında yerləşdirirsə(linux kimi). etc/hosts və debug/netsetup.log faylları kömək etmədi. Bu fayllarda konfigurasiya məlumatları yoxdur. Mən elə bir fayl axtarıram ki ipconfig /all əmrinin nəticələrinə bənzər məlumatları özündə saxlasın. Bu arada interneti çox axtarmışam, heç bir nəticəsiz. Öncədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Ele bir fayl olduğunu düşünmürem. Amma bele bir balaca proqram var. Belke işine yarayar.
BGInfo
Sual verin
Cavab verin