Paypaldan pul çıxartmaq

1.azərbaycanda paypaldan karta pul köçürüb çıxartmaq mümkündürmü.
2.mümkün deyilsə mən öz balansımdakı pulu moskvadakı hər hansı bank kartına köçürüb ordan çıxarda bilərəmmi.


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(19:44, 03/07/2012 ) #17502

1. Azərbaycandan olan paypal hesablarına pul göndərmək belə mümkün deyil, paypal imtina edir göndərərkən. Nəinki pul çəkmək. Başqa ölkə adına hesab açdlqda isə gərək pulu da başqa ölkədəki bank hesabından çəkəsiniz. Bu Azərbaycanlı developerlər üçün narahatedici problemlərdən biridir və cavablar.net-də bu mövzuda xeyli sual var, axtarıb müzakirələrlə tanış ola bilərsiniz.
2. Balansınıza pul axı necə yığıla bilər əgər hesab Azərbaycandakı bank hesabına uyğundursa? Mümkün deyil. Hesabı Moskvadakı bank hesabına uyğun açıb pulu da ordan hər hansı formada çəkə bilsəniz, hə bu halda mümkün olar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:37, 04/07/2012 ) #17526

    Cox sagolun cavabiniza gore.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:34, 04/07/2012 ) #17528

    Əvvəlki sualda balansım dedikdə paypal hesabıma köçürməyimi nəzərdə tuturdum,o da dediniz ki mümkün deyil Azərbaycanda
    1.Birdəki mən saytdan qazandığım pulu ölkə Azərbaycan olmaqla açdığım paypal hesabıma köçürə bilmərəm heç cür?
    2.Mən Azərbaycanda ola ola ölkə Rusiya olmaqla Paypal hesabı açsam saytdan qazandığm pulu hıəmin hesaba köçürə bilərəm?Əgər mümkündüsə Moskvadakı qohumuma desem orda hər hansı bir bankda özünə kart açdırıb alsın və mən həmin paypal hesabımdakı pulu hemin o karta köçürsəm qohumum pulu orda hər hansı bir bankomatdan çıxarda bilər?
    3.Mən burda Rusiya adına açdığım hesabdakı dannılar Moskvadakı qohumumun orda şəxsiyyetilə kart açdırarkən yazılan dannılarına uyğun olmalıdır?yoxsa fərqi yoxdur?Yəni paypal hesabı başqa,kart başqa adamın adına olsa pulu çəkmək olar?
    Bilirəm sualım uzun oldu,ama zəhmət olmasa ətraflı cavab verəsiniz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:49, 04/07/2012 ) #17533

      1. Yox mümkün deyil. Moneybookers kimi alternativə köçürə bilərlərsə ordan pulu Azərbaycan hesablarına qəbul etmək mümkün. Amma paypal yox.
      2-3 bəli belə mümkün olar. Sadəxə hesabl açarkən qohumun ad soyadını yazın,ölkə rusiya seçin,sonra da qohumun kartını paypala qoşun. Belədə hər şey qohumunuzun adına olacaq problem də çıxmaz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:59, 04/07/2012 ) #17535

    ünvan,posta kodu ayrı olsa poroblem olmaz ki?olduğu kimidə yaza bilərəm

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:36, 04/07/2012 ) #17536

    paypalin türk səhifəsinə baxdım.belə problemler ola bilər yazır.DÜZDÜ BU? (( Çekimim Neden Reddedildi?
    Çekim girişimlerinin reddedilmesi genellikle PayPal hesabında kayıtlı bilgiler ile banka hesabı veya kredi kartı detaylarında kayıtlı bilgilerin eşleşmemesinden kaynaklanır.))ona gorə mən bunu yazdım…

    Mən burda Rusiya adına açdığım hesabdakı dannılar Moskvadakı qohumumun orda şəxsiyyetilə kart açdırarkən yazılan dannılarına uyğun olmalıdır?yoxsa fərqi yoxdur?Yəni paypal hesabı başqa,kart başqa adamın adına olsa pulu çəkmək olar?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:51, 04/07/2012 ) #17546

    Hər şeyi dəqiqləşdirib sonra yazın. Postal kod və.s. problem olmaz. Əsas olan bu bu ki, ölkə,ad,ata adı, soyad tam dəqiqliklə bank hesabındakı məlumatlarla eyni olmalıdır. Məsələn Macidov-Majidov fərqi belə olmamalı, həmin adamın kartında Majidov-dursa, siz də paypala Majidov yazmalısınız.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:10, 04/07/2012 ) #17548

    Çox sağolun ətraflı cavabınıza görə.Təşəkkür edirəm.Gördüm ki cavab gəlmir ona görə təkrar yazdım

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:23, 06/07/2012 ) #17613

    Bir daha salam.1.Ölkə Rusiya olmaqla açdığım paypal hesabında da pul ola ola balans 0 göstərir?
    2.Birdəki Ölkə Rusiya olmaqla açdığım paypal hesabındakı pulu karta köçürməyi şəkillərlə izah edərdiz zəhmət olmasa.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:00, 06/07/2012 ) #17628

    zəhmət olmasa cavab verin

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:54, 03/07/2012 ) #17509

moneybookers.com vasitəsilə hər hansı birinə pul göndərmək mümkün olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024