Salamlar. Mən localhostda xammp vasitesile scriptlerimi qurub uzərində işləyirəm. Bu gun səhvən bilmədən cox lazımlı və əziyyətlə hazırladığım bir php fayl unlink() funksiyası ilə silindi. Indi mən o silinən php fayli nəcə geri qaytara bilərəm? Windowsda sistemi geri qaytardim bir günlük ama yene o fayl qayıtmadı. Xahiş edirəm bir yolunu bilən varsa kömək etsin. Təşəkkur edirəm.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam. Bu shift+delete əmrinə uyğun bir əmrdir. Birdəfəlik silmək üçün. Bərpa üçün ancaq Recover proqramlarından istifadə edin, amma onlar da 100% effekt vermirlər, tək-tək faylları bərpa etmək əksər hallarda olur, amma qovluqları olduğu kimi bərpa müşkül məsələdir. Recover My Files var məsələn, istifadə etmək olar.
2
Əlavə olaraq öz bildiklərimdən Handy Recovery Məsləhət görürəm. Əla proqramdır. Mən bundan istifadə edirəm.
Sual verin
Cavab verin