Riyazi median nə deməkdir?

Salam.Mövzudan biraz kənara çıdxdığım üçün üzr istəyirəm amma bunu öyrənmək mənim üçün vacibdir.Deməli belə mən bu il 1-ci qrupa imtahan verdim və 359 bal toplamışam.TQDK-nın verdiyi rəsmi statistikaya görə 1-cu qrupda yığılan balların ortalaması 146-dır. Bunu başa düşdüm amma birdə deyirki Riyazi meridian 99 baldır.Xahiş edirəm əgər riyaziyyatdan başı çixanlar varsa mənə kömək etsin.
Təşəkkür edirəm.


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(14:49, 25/07/2012 ) #18231

Salam. İlk öncə düzəliş edim ki meridian yox median olar. Yəqin yadınızda səhv qalıb. Meridian coğrafi termindir.
Median isə Riyaziyyatın iki qoluna, Ehtimal Nəzəriyyəsində və Riyazi Statistika-ya məxsus anlayışdır. Verilmiş çoxluğu yarıya bölən deməkdir. Prosentil anlayışının xüsusi halıdır, hansında ki, göstərici 50%-ə bərabərdir.
Konkret desək 99 bal mediandır o deməkdir ki bu il 1-ci qrupa məsələn 30 min adam sənəd veribsə, onlardan düz 15 mini 99 baldan az, düz 15 mini 99 baldan çox bal toplayıb. 99 bal 1-ci qrup abituriyentlər toplusunu yarı bölür.
P.S. 99 bal dəhşətli dərəcədə pis göstəricidir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:58, 25/07/2012 ) #18233

Elvin müəllim verdiyiniz cavab üçün təşəkkür edirəm.Meredian sözü mənədə qəribə gəlmişdi amma indi o xəbəri oxuduğum sayta birdə baxdım ordada səhv edib meredian yazıblar:) Sizə bir sualım daha olacaq.Deməli bu il belə pis nəticə olduğuna görə bundan istifadə edə bilərəm? Yəni i keçən il keçid balı 500 olmuş bir fakültəyə 359 balla düşmək ehtimalım var? Xahiş edirəm bir böyük kimi məsləhət verəsiniz.Çünki yaşım 21 olub universitetə qəbul olacamsa heç olmasa özümə uyğun fakultəyə düşüm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:47, 25/07/2012 ) #18235

    Təbii ki bu mümkündür. Şəxsən özümdən nümunə deyim. 10 il əvvəl biz imtahan verərkən mənim ixtisasıma keçid 548 bal idi. Mən yüksək bal yığıb ora qəbul oldum o heç. Amma jurnalda baxarkən gördüm ki, keçid balı 548-dən 463-ə düşüb. 90 bala yaxın düşüş. Növbəti il isə birdən birə bu ixtisasa minimal keçid balı qalxdı oldu 622. Və daha sonrakı illərdə həmişə 610-630 arası dəyişərək qaldı.
    Sözüm onda ki, dəqiq demək olmasa da, hər halda çox böyük ehtimalla siz 359 balla keçən ilki 420-450 ballıq ixtisaslara düşə bilərsiniz. Çünki bu il qəbulda yaşananlar eynən 2002-ci ilin təkrarıdır.
    Onda da ərizə verənlər əvvəlki ildəkindən az qala 50min nəfər az idi.
    Onda da müsabiqə balı məcburən 150-yə endirilmişdi.
    Onda da yüksək bal yığanların sayı həddindən artıq az idi.
    Odur ki ümid etməyə dəyər. Ən yüksəkdən ən aşağıya bütün normal bildiyiniz ixtisasları yazarsınız, inşallah yaxşı olar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:52, 25/07/2012 ) #18236

İnşallah.Cavabınız üçün təşəkkür edirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (40 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (53 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (70 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (138 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026